Molekulyar orbitallar nəzəriyyəsi
Molekulyar orbitallar nəzəriyyəsi(MON) - molekullar çoxnüvəli hissəciklərdir və onların ətrafənda elektron örtüyünün olmasını göstərir.
Molekulyar orbitallar nəzəriyyəsi digər kvant mexaniki nəzəriyyələrdən prinsipcə tamamilə fərqlənməklə molekulda mövcud müxtəlif nüvələrə çoxmərkəzli bir nüvə kimi baxır və onda atomların orbitalları əsasında kvant ədədlərinin kompleksi ilə səciyyələnən molekulyar orbitallar sisteminin qurulmasını qəbul edir. Molekulyar orbitallar sisteminin elektronlarla tamamlanması prosesində Pauli prinsipinin şərtləri gözlənilir. Burada həmçinin Hund qaydasının şərtləri ödənildiyi üçün elektronlar əvvəlcə burada daha aşağı enerjiyə malik olan orbitalları tutur. Lakin, molekulyar orbitallar nəzəriyyəsi elektronların atomdakı halı ilə molekuldakı halı arasında fərq olmasını qəbul edir. Doğrudan da, kimyəvi rabitənin əmələ gəlməsi zamanı qarşılıqlı təsirdə olan hər iki atomun xarici elektronlarının vəziyyəti bu və ya digər dərəcədə dəyişir. Bu dəyişiklik daxili elektronlara, demək olar ki, aid olmur. Lakin rabitənin əmələ gəlməsində bilavasitə iştirak edən xarici elektronlar nəticə etibarı ilə ayrı-ayrı atomlara deyil, molekula aid olduğundan, onların energetik halı molekulun bütün həcmi boyu yayılmış yeni orbitallarla təsvir edilir. Başqa sözlə, rabitənin əmələ gəlməsində iştirak edən elektronlar molekul həcminin bütün nöqtələrində yerləşə bilər. Lakin elektronların olma ehtimalı bu nöqtələrin hamısında eyni ola bilməz.