Otşəkilli gəndəlaş
Otşəkilli gəndəlaş (lat. Sambucus ebulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.
Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.