oxatma
oxbatmaz
OBASTAN VİKİ
Oxayy
Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (erm. Օխիկ), abxaz versiyasında Xaytın adlanır. == Nağılın Azərbaycan versiyasında Oxayy == === Xüsusiyyətləri === Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər. Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı.Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir. Qəsrinin həyəti heyvan cildində insanlarla doludur.

Digər lüğətlərdə

анестези́ровать вы́работка недоплати́ть пиетисти́ческий предпочти́тельность тайнови́дец алеу́ты вниз волокни́стость выу́чивать ерунда́ на постном масле отчётливо популя́рность потрясённо уединённый шпон коломянка bas-relief hemiclastic homogeneate quidnunc Sault Saint Marie store-cattle зеленя поза