Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Teodor Aman
Teodor Aman (20 mart 1831[…], Kımpulunq – 19 avqust 1891[…], Buxarest) — rumın rəssamı, çap ustası və professoru.
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
Sent-Aman-Monron (rayon)
Sent-Aman-Monron (fr. Saint-Amand-Montrond) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şer (departament). Suprefektura — Sent-Aman-Monron. Rayon əhalisi 2006-cı ildə 67 468 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 2670 km².
Sent-Aman-de-Kot
Sent-Aman-de-Kot (fr. Saint-Amans-des-Cots, oks. Sant Amanç) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12209. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 39 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 773 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 411 nəfər (15-64 yaş) arasında 308 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 74.9%, 1999-cu ildə 64.3%) idi.
Sent-Aman-de-Kot (kanton)
Sent-Aman-de-Kot (fr. Rignac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1230. Sent-Aman-de-Kot kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Sent-Aman-de-Kot kommunasıdır. 2006-cı ildə əhalinin sayı 2 228 nəfər təşkil edirdi.
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Beddu Amanq
Beddu Amanq (7 avqust 1936, Makasar – 9 yanvar 2021) — İndoneziyalı iqtisadçı. 1995–1998-ci illərdə İndoneziyanın Qida Naziri vəzifəsini icra etmişdir. O, həmçinin, Dövlət Lojistik Agentliyinin (BULOG) rəhbəri idi. Qacah Mada Universitetinin Kənd Təsərrüfatı fakültəsini, sonra isə 1977-ci ildə Kənd Təsərrüfatı Sosial-İqtisadiyyat Bölməsini və magistr dərəcəsini bitirmişdir. 1981–1984-cü illərdə ABŞ-nin Deyvis Kaliforniya Universitetinin iqtisadi inkişaf doktoru dərəcəsini almışdır.
Christiane Amanpour
Kristian Amanpur (fars. کریستین امان‌پور‎; 12 yanvar 1958, İlinq[d], Midlseks[d]) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır. Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedir Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur.
Chrysanthemum amanum
Tanacetum depauperatum (lat. Tanacetum depauperatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum amanum Rech.f.
Cun Amano
Cun Amano (19 iyul 1991, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kristian Amanpur
Kristian Amanpur (fars. کریستین امان‌پور‎; 12 yanvar 1958, İlinq[d], Midlseks[d]) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır. Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedir Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur.
Les amants de minuit
Les amants de minuit (azərb. Gecəyarı aşiqləri‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Yaquez Lassriyə, musiqisi isə Simone Laurensinə məxsusdur.
Mail Amanov
Mail Vəli oğlu Amanov (1938, Nüvədi, Meğri rayonu – 2007) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru. Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.
Mirzə Yəhyaəli xan Amani
Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı (23 sentyabr, 1748 - 21 sentyabr, 1797) — Aud nəvvabı. Mirzə Yəhyaəli xan 23 sentyabr, 1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu. Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib. Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Paragigagnathus amantis
Paragigagnathus amantis (lat. Paragigagnathus amantis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paragigagnathus cinsinə aid heyvan növü.
Qasım Amanjolov
XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb. 2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib. 2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib. 2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Rosa amansii
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Sarsen Amanjolov
Sarsen Amanjolov (27 dekabr 1903, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 28 yanvar 1958, Almatı — Sovet dilçi-türkoloqu, qazax dilçiliyinin banilərindən biridir. Filologiya elmləri doktoru (1948), professor (1948), Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1954). İbtidai, orta və ali təhsil müəssisələri üçün qazax dili qrammatikasının əsaslarını, qazax yazılarının əsaslarını (əlifba və orfoqrafiya), qazax terminologiyasının əsas prinsiplərini, kiril dilində qazax dialektologiyasının əsaslarını inkişaf etdirmişdir. Orfoqrafiya, rus-qazax, rus-qazax hərbi və rus-qazax kənd təsərrüfatı lüğətləri tərtib və redaktə edilmişdir. Sarsen Amanjolov 27 dekabr 1903-cü ildə Şərqi Qazaxıstan vilayətinin Ulan rayonunun Eqinsu kəndində anadan olmuşdur. 1916-cı ildə Katon-Karaqaydakı Rus-Qazax məktəbini bitirib Ust-Kamenogorskdakı əsl məktəbə daxil oldu. Lakin maddi problemlər üzündən məktəbdən çıxdı. Bir müddət sonra Semipalatinskdə üç aylıq müəllimlər kursuna daxil oldu, sonra doğma kəndində müəllim işlədi. 1924-cü ildə Şərqi Qazaxıstan vilayətinin icraiyyə komitəsinin məsul katibi vəzifəsinə işə dəvət edildi. 1926-cı ildə Daşkənddəki Orta Asiya Dövlət Universitetinin pedaqogika fakültəsinin qazax dili və ədəbiyyatı şöbəsinə daxil oldu.
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti (ŞQU) (qaz. С. Аманжолов атындағы Шығыс Қазақстан университеті (ШҚУ) КЕ АҚ) — Şərqi Qazaxıstan bölgəsinin aparıcı çoxsahəli ali təhsil müəssisəsi. Sarsen Amanjolov Şərqi Qazaxıstan Universiteti aşağıdakı beynəlxalq birliklərin üzvüdür: Avrasiya Universitetlər Birliyi (1995-ci ildən); Beynəlxalq Ali Təhsil Akademiyası (1998-ci ildən); "Sibir Açıq Universiteti" Dərnəyi (1999-cu ildən). 1952-ci ildə SSRİ Nazirlər Sovetinin əmrinə əsasən 3 fakültədən (Rus dili və ədəbiyyatı, fizika-riyaziyyat və təbiət elmləri) ibarət olan Ust-Kamenogorsk Pedaqoji İnstitutu (UKPI) təşkil edildi. İnstitutda 332 tələbə təhsil aldı, 3 elmlər namizədi, dosent olmaqla 30 müəllim çalışdı. 1953-cü ildə tədris proqramında gənc mütəxəssislərin ilk buraxılışı oldu. Dörd illik proqramda mütəxəssislərin ilk buraxılışı 1956-cı ildə baş verdi. 1961-1962-ci tədris ilində universitet 4 fakültədən, 2907 tələbədən, 121 müəllimdən ibarət idi, bunlardan 21-i elmlər namizədidir. 1970-ci ildə Orta Asiya və Qazaxıstan respublikalarının pedaqoji məktəbləri müəllimlərinin ixtisasartırma fakültəsi yaradıldı. 1971-ci ildə daha sonra təhsil televiziyasının mərkəzi halına gələn bir təhsil məlumat studiyası açıldı.
Sezar amanitası
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Talqat Amangeldiyeviç Musabayev
Talqat Amangəldi oğlu Musabəyov (qaz. Талғат Амангелдіұлы Мұсабаев; 7 yanvar 1951, Qarğalı[d], Almatı vilayəti) — 2-ci Qazaxıstan kosmonavtı və dünyanın 309-cu kosmonavtı, texnika elmləri doktoru (2008), aviasiya general-leytenantıdır (2007). Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin sədridir. 1951 – 7 yanvarda Almatı vilayətinin Jambıl rayonunun Kargalı kəndində anadan olub. 1974 — Riga Mülki Aviasiya Mühəndisləri İnstitutunu bitirib, mühəndis. 1974 – 1 aprel — Keçmiş aviaşirkətdə başqa bir mühəndis. 1975–84 — hava yollarında siyasi və təhsil fəaliyyətlərində. 1984 — Almatı Hava Klubunu bitirib. 1986 — pilot hazırlığını bitirmiş və mülki aviasiya pilotu sertifikatı almışdır. 1987–1990 Mülki aviasiya bir pilot, təyyarə komandiri olaraq çalışdı.
Tərlan Amanaliyev
Tərlan Rövşən oğlu Amanaliyev (15 iyul 1995; Şəhriyar, Şamaxı rayonu — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vitex amaniensis
Vitex amaniensis (lat. Vitex amaniensis) — dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Afan
Afan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Afan Saatlı rayonunda kənd, Mil düzündədir. Rayonun Novruzlu kəndindən çıxmış yeddi ailə tərəfindən Afan adlanan yerdə salınmış bu kənd əvvəllər Təzə Novruzlu, Yeddievlər, Gəlmələr də adlanırdı. Azərbaycan dilinin dialektlərində afan "zəif, gücsüz" mənasında işlənir. Toponim "gücsüz yer" mənasını ifadə edir.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. İnzibati baxımından Hao kommunasına daxildir. 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Amon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran (film, 1985) — Aran bölgəsi haqqında 1985-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər. Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır. Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur. Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın.
Ağan
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Amin
Amin bu mənaları ifadə edə bilər:
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.