oyrat

oyrat
oynayan 2021
oyratlar
OBASTAN VİKİ
Oyrat burnu
Oyrat burnu (ukr. Урет) və ya Uret burnu — Tərxan Qut yarımadasının cənub qutaracağında, Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə doğru uzanır. İnzibati cəhətdən Çernomorski rayonuna daxildir. Sahilləri əsasən sıldırımlıdır. Bəzi hissələrdə isə kiçik çimərliklər, su altı və üstü daşlar vardır. Sahil hissədə hündürlük 5–10 m arasında dəyişir. Burun ərazisi və ətrafı birillik ot bitkiləri ilə örtülür. Burada b.e.ə IV əsrdən b.e II əsri aralığında yaşayış yeri olmuşdur. Tərxan Qut yarımadasında əsas dayvinq ərazilərindən biridir.
Oyrat xanlığı
Oyrat xanlığı — Oyratların qurduğu dövlət. 1399-cu ildə Monqol imperiyasının süqutundan sonra Oyratlar Dörbən-Oyrat dövlətini qurdular. XVI–XVII əsrlərdə dörbətlər, ələtlər, xoşutlar və turqutlar Oyrat ittifaqının aparıcı tayfaları idilər.
Oyratlar
Oyratlar — Qərbi monqol tayfası. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – çöl aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Naymanlar isə kereitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar. Oyratlar cunqar, dörbet, xoşut, ələt qollarından ibarət idi.