PİYLƏNMƏK I f. Kökəlmək, piy bağlamaq. Maddələr mübadiləsi düzgün getmədiyi üçün Qızxanım yaman piylənmişdi (A.Əbilov).
PİYLƏNMƏK II f. Varlanmaq. Əliəyri Cibidoluyev varlandı, piyləndi, amma yedikləri boğazında qaldı, ilişdi, dama düşdü (A.Əbilov).