podnos
podrat
OBASTAN VİKİ
Podpolkovnik
Polkovnik-leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.
Həsən Qulivev (podpolkovnik)
Həsən İsa oğlu Qulivev (20 may 1904, Şuşa – 24 sentyabr 1969, Bakı) — Azərbaycan sovet partiya və dövlət xadimi, publisist, "Sovet döyüşçüsü" qəzetinin redaktoru, podpolkovnik. == Həyatı == Həsən İsa oğlu Qulivev 20 may 1904-cü ildə Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Şuşa müəllimlər seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır (1922–1926 il). 1926-1932 illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1932 ildən Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspirantı idi. Həm də o, Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Həsən Qulivev ali siyasi kursları bitirmişdir, hərbi təhsili var idi. Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində çalışmışdır. == Fəaliyyəti == 1932–1933-cü illərdə Naxçıvan SSR Naxçivan şəhərinin maarifləndirmə üzrə xalq komisarı idi. 1933–1936-cı illərdə Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması rəisi vəzifəsində çalışmışdı.
Həsən Quliyev (podpolkovnik)

İsrafil bəy Yadigarov (podpolkovnik)
İsrafil bəy Həsən bəy oğlu Yadigarov (rus. Исрафил-бек Едигаров, Исрафил Бек-Иедигаров; gürc. ისრაფილ-ბეგ იედიგარივი; pol. Izrafił bek Jedygarow, Israfił bek Jedigar; 7 avqust 1888, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1939) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərb xadimi. General-leytenant İsrafil bəy Yadigarovun nəvəsi, general-mayor Həsən bəy Yadigarovun oğlu. İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə Tiflisdə Çar Rusiyası ordusunun general-mayoru Həsən bəy Yadigarovun ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur. Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər. O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur.

Digər lüğətlərdə