Pol

der; -(e)s, -e qütb
pokern
polar
OBASTAN VİKİ
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Marqarit Pol
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. Pierce, Hazel (2003).
Pol (Averon)
Pol (fr. və oks. Paulhe) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12178. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 346 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 245 nəfər (15-64 yaş arasında) arasında 164 nəfər iqtisadi fəal, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 66.9%, 1999-cu ildə 75.3%).
Pol Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüseri və xeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi. Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu. O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks və Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi. 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı. Allen neyroelm, süni intellekt və sitologiya üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems və Apex Learning kimi şirkətləri təsis edib. O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb.
Pol Anka
Pol Anka (ing. Paul Albert Anka, d. 30 iyul 1941, Ottava, Kanada) — Livan əsilli Kanada-ABŞ müəllif-ifaçısı və aktyoru, rok-n-roll estrada ulduzu, 1950-ci illər gəncliyinin kumiri, "Diana", "Lonely Boy" və "You Are My Destiny" hitlərilə məşhurlaşmışdır. 1950-ci illərin sonundan ABŞ-də yaşayan Anka, 1990-cı ildə bu ölkənin vətəndaşlığını alıb. Pol Anka 30 iyun 1941-ci ildə Kanadanın Ottava şəhərində anadan olub. Suriya əsillidir. Soyadı Ənqa quşunu əks etdirir.
Pol Appel
Appel Pol Emil (fr. Paul Émile Appell) – fransız riyaziyyatçısı və mexaniki. Paris EA-nın üzvü (1892), Peterburq EA-nın əcnəbi m. üzvü (1911), SSRİ EA-nın əcnəbi fəxri üzvü (1925). 1885-ci ildə Paris Universitetinin professoru olmuşdur. Əsas elmi işləri mexanikaya, həndəsəyə, analitik funksiyalar nəzəriyyəsinə aiddir. Mexanika, elliptik, cəbri və hiper-həndəsə funksiyaları nəzəriyyəsinə dair fundamental dərsliklərin müəllifidir.
Pol Arias
Pol Arias (8 avqust 1996) — Andorralı üzgüçü. Pol Arias Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pol Arias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:21.16 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi. Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi. Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı.
Pol Bostaf
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 6 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Pol Breqq
Pol Breqq (6 fevral, 1895 - 7 dekabr, 1976; ingiliscə - Paul Chappius Bragg) naturopat, sağlam həyat tərzinin təbliğatçısı, Amerika Natural Gigiyena Hərəkatının pionerlərindən biri
Pol Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Deyvis
Pol Çarlz Vilyam Deyvis (ing. Paul Charles William Davies; 22 aprel 1946, London) — məşhur ingilis fiziki, yazıçısı və reproduktant. Hazırda Arizona Dövlət Universiteti nəzdində fəaliyyət göstərən BEYOND proqramının direktorudur. Eyni zamanda Kaliforniyadakı "Çapman Universiteti" Kvant Mexanizmi Tədqiqatları Mərkəzində elmi fəaliyyət göstərir. Kosmologiya, kvant nöqtəsi və astrobiologiya elmləri sahəsində tədqiqatlar aparır.
Pol Dirak
Pol Adrien Moris Dirak (8 avqust 1902[…], Bristol[…] – 20 oktyabr 1984[…], Tallahassi[d]) — britaniyalı fizik-nəzəriyyəçi, kvant mexanikasının banilərindən biri. Fermiyonların hərəkətini təsvir edən Dirak tənliyinin müəllifi. Bu tənliyin vasitəsilə sonralar antimaddənin mövcudluğu sübut ediləcəkdi. 1933-cü ildə Ervin Şredingerlə birlikdə "atom nəzəriyyəsinin yeni məhsuldar formalarını kəşfinə görə" Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Pol Adrien Moris Dirak Bristolda fransız dili müəllimi isveçrə əsilli Çarlz Adrien Ladislav Dirak və ingilis Florens Hanna Dirakın ailəsində anadan olmuşdur. Dirak əvvəlcə Bristolda ticarət məktəbində oxuyur, sonradan Bristol universitetinin elektrotexnika fakültəsinə daxil olur. Universitetdə oxuduğu illərdə Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə maraqlanır və iki il müddətində riyaziyyatla məşğul olur. Daha sonra Kembridcdə Müqəddəs İona kolledcinin riyaziyyat üzrə aspiranturasına daxil olur və 1926-cı ildə doktorluq dissertasiyasını müdafiə edir. Növbəti ildə isə Dirak elə həmin kolledjin elmi şürasına üzv seçilir. Dirak Kembridcə aspiranturada oxuduğu illərdə Verner Heyzenberq və Ervin Şredinger kvant nəzəriyyəsini atom və subatom sistemlərinin və elektron kimi mikrohissəciklərin hərəklətinin təsvirinə tətbiq etməyə imkan verən kvant mexanikası üzərində çalışırdılar.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Pol Düka
Pol Düka (fr. Paul Dukas; 1 oktyabr 1865[…], I arondisman (Paris)[…] – 17 may 1935[…], Paris) — Fransalı bəstakar.
Pol Ellyo
Pol Sezar Ellyo (fr. Paul César Helleu, 17 dekabr 1859[…] – 23 mart 1927[…], VII arondisman (Paris)) — fransız rəssam və qravüraçı. Uşaq yaşlarında atasını itirmişdir. 15 yaşında impressionizmi kəşf etmişdir. 1884-cü ildə Ellyonu fransız rəssamı olan Qeren öz ailəsinə dəvət etmişdir, Sezar onun qızının 14 yaşlı Alisanın portretini çəkmişdir. 1886-cı ildə 16 yaşlı Alisa Sezarın həm həyat yoldaşı həm də bütün ömrü boyu ilham qaynağı olur. 1512-ci ildə Ellyo quru iynə texnikasını təkminləşdirir və üç gravürdən sonra bu texnikanı təmiz formada istifadə etmək üçün ilk sənətkarlardan birinə çevrilir. Montesquiou-Fézensac R. de. Paul Helleu, peintre et graveur. Paris: H. Floury, 1913 Paul-Cesar Helleu, 1859—1927: glimpses of the grace of women.
Pol Elüar
Pol Elüar(fr. Paul Éluard, əsl adı Ejen Emil Pol Qrendel (fr. Eugène Émile Paul Grindel); 14 dekabr 1895, Sen-Deni — 18 noyabr 1952, Paris) — Fransız şair. Pol Elüar (Pol-Öjen Qrindel) 1895-ci ildə Paris yaxınlığındakı Sən-Denis şəhərində anadan olub. İlk şerlərini 1913-cü ildə, hələ müharibə öz dəhşətli üzünü göstərmədiyi aylarda çap etdirib. Birinci dünya müharibəsinin dəhşətləri onu sarsıdıb və o bir müddət anarxizmə, sonra isə sürrealizmə meyl göstərib. 1920-ci ildən “Ədəbiyyat” jurnalı ilə əməkdaşlıq edib, sonra isə özü “Məsəl” adlı jurnal nəşr edib. Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş “Kədər mərkəzi”, 1929-da “Məhəbbət, şeir”, 1932-də “İndiki həyat” kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb.
Pol Fasko
Pol Fasko (ing. Paul Fusco) - "ALF" serialını yaradıcısı.
Pol Feyerabend
Pol Feyerabend (13 yanvar 1924[…], Vyana – 11 fevral 1994[…], Jenolye[d]) — Avstriyalı filosof və elm fəlsəfəçisidir. Karl Popperin tələbəsidir, ancaq daha sonra tamamilə Popperə qarşı bir mövqedə düşüncələrini əsaslandırmışdır. XX əsr fəlsəfəsində və xüsusilə elm fəlsəfəsi sahəsində Karl Popper, Thomas Kuhn ilə birlikdə ən önəmli üçüncü addır. Kuhnun teokratik nəzəriyyəsinə yaxındır ancaq elmin həm həm nəzəri, həm də sosial vəziyyətinə dair radikal bir nəzəri rəddiyə mövqeyinə malikdir. Anarxist bilik nəzəriyyəsiin ən əhəmiyyətli adlarından biridir.
Pol Keres
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916[…], Narva, Sankt-Peterburq quberniyası[d] – 5 iyun 1975[…], Helsinki) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub. Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu. Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Pol Klodel
Pol Klodel (6 avqust 1868[…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası – 23 fevral 1955[…], Paris, Dördüncü Fransa Respublikası) – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır. Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr.
Pol Kruqman
Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[…], Albani) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır. Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır. Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing.
Pol Lazarsfeld
Paul Feliks Lazarsfeld (13 fevral 1901[…], Vyana – 30 avqust 1976[…], Nyu-York, Nyu-York ştatı) — sosiologiyada riyazi metodların inkişafına öz əhəmiyyətli töhfəsini vermiş Avstriya-amerika sosioloqu. Lazarsfeld Vyanada Yəhudi ailəsində doğulmuşdur: anası Sofi Lazarsfeld terapist, psixologiyanı Alferd Adlerdən öyrənmişdir, atası Robert isə hüquqşünas idi. O ilk təhsilini Vyanada riyaziyyat üzrə almış, 1920-ci illərdə isə Otto Neurat və Rudolf Karnapdan fəlsəfə təhsili almışdı. 1926-cı ildə sosioloq Mariya Yahoda ilə evlənmişdir. Lazarsfeld bütün həyatı boyu üç dəfə evli olmuşdur: Mariya Yaqoda , Gerta Hersoq və Patrisiya Kendall – onların hər biri onun tələbələri , daha sonra isə əməkdaşları olmuş və hər üçü görkəmli ictimaiyyətşünas kimi məşhurluq qazanmışdırlar. Paul Vyana universitetində riyaziyyatçı və psixoloq təhsili almış , burada 1925-ci ildə tətbiqi riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan sonra o, kollecdə dərs demiş , daha sonra isə 1929-cu ildə tətbiqi sosial tədqiqatlar institutunun əsasını qoymuş, burada empirik tədqiqatlar metodikası və texnikasının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, 1929-cu ildən 1933-cü ilə qədər Vyana universitetində tətbiqi sosiologiya fənnini tədris etmişdir. Bu zaman onun elmi tədqiqatlarının əsas predmetini müxtəlif məsələlərin və problemlərin həllində sosiologiyanın tətbiqi təşkil edir. Lazarsfeld 1940-cı ildən 1969-cu ildə təqaüdə çıxana qədər Kolumbiya universiteti ilə bağlı olmuşdur.
Pol Loterbur
Pol Loterbur ing. Paul C. Lauterbur) - amerikan kimyaçısı, 2003-cü ildə Piter Mansfildlə birgə Maqnit rezonans tomoqrafiyanın kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.
Cəlil Xəlilov (polkovnik)
Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik. Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. 1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Xəlilov Cəlil Malik oğlu. 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur.
Dactylis glomerata subsp. polygama
Dactylis polygama
Dactylis polygama var. confusa
Dactylis polygama var. geomastrix
Dactylis polygama var. glaucoviridis
Dactylis polygama var. trichophora
Delphinium polycladon
Delphinium polycladon (lat. Delphinium polycladon) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Demetri Poliorket
Demetri Poliorket (yun. Δημήτριος Πολιορκητής; lat. Demetrius Poliorcetes azərb. şəhərləri mühasirəyə alan‎) - ellinizm dövrü sərkərdəsi, Makedoniyalı İsgəndərin silahdaşı olmuş Təkgözlü Antiqonun oğlu. Atası ilə birlikdə diadoxların mübarizəsində fəal iştirak etmişdir. Asiya əhalisini əsarət altına almağa cəhd edən Makedoniya sərkərdələrinin bir qrupunun başçısı idi. Kiprin Salamin körfəzində Ptolemeyin donanmasına qalib gəlmiş, bundan sonra özünü çar elan etmişdi. Demetri Poliorketin Misir və Rodos yürüşləri uğursuz olmuşdu. Kassandrla savaşmaq üçün Afinaya dönmüş, Korinf yaxınlığında onu məğlub etmiş, Korinf ittifaqını e.ə. 302-ci ildə yenidən qurmuşdu.
Dendrobium polyphlebium
Pariş dendrobiumu (lat. Dendrobium parishii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista parishii (H.Low) Kuntze Callista rhodopterygia (Rchb.f.) Kuntze Dendrobium parishii var. dives Rchb.f. Dendrobium polyphlebium Rchb.f. Dendrobium polyphlebium var. emericii Rchb.f. Dendrobium rhodopterygium Rchb.f.
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Draba polygonifolia
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Drosera polyneura
Drosera arcturi (lat. Drosera arcturi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dysosmia polyadena
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Dəylankəndi (Poldəşt)
Dəylankəndi (fars. دايلان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (180 ailə).
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Elmar Hüseynov (polkovnik)
Elxan Poluxov
Elxan Polux oğlu Poluxov (Sadaxlı) — Azərbaycan Respublikası dövlət xadimi və diplomatı, fövqəladə və səlahiyyətli səfir. Azərbaycan Respublikasının Misirdəki Fövqəladə və Səlahiyyətli Səfiri. Elxan Polux oğlu Poluxov Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2009-cu ildə Elxan Poluxov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin Rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.
Elxan Qarayev (polkovnik-leytenant)
Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Quliyev (general-polkovnik)
Elşad Quliyev (polkovnik-leytenant)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) Təranə Şükürova.
Erigeron poliospermus
Erigeron poliospermus (lat. Erigeron poliospermus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron politus
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Erigeron polycephalus
Erigeron polycephalus (lat. Erigeron polycephalus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.