Ruslan Polovinka
Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov[d], Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə, Ağdərə rayonu) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər.
Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməkliyi ilə edirdilər. Ruslan belə muzdluların bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər.