Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov[d], Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə, Ağdərə rayonu[d]) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ruslan Polovinko | |
---|---|
Polovinko Ruslan Aleksandroviç | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zmiyov, Xarkov vilayəti, Ukrayna SSR |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Ağdərə rayonu |
Vəfat səbəbi | Qəhrəmancasına həlak olub |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Hərbi hava qüvvələri |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri |
Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur[1]. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər.
Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməkliyi ilə edirdilər. Ruslan belə muzdluların bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Polovinko Ruslan, Zakir Məcidov, Cavanşir Rəhimov 1992-ci il 6 avqustda döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar. Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı Şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər. Dördüncü uçuş zamanı Mi-24 vertolyotu erməni faşistləri tərəfindən raketlə vuruldu. Vətənimizin cəsur övladları qəhrəmancasına həlak oldular.
Subay idi.
Azərbaycan Respublikası prezidenti Əbülfəz Əliyevin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.