Pore
Pornographie
OBASTAN VİKİ
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsi. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır. İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır.
Samanta Foks (porno aktrisa)
Samanta Foks (ing. Samantha Fox; 3 dekabr 1950, Nyu-York, Nyu-York ştatı – 22 aprel 2020, Nyu-York, Nyu-York ştatı) — ABŞ pornoaktrisası. Steysiya Tereza Ancela Maykula 1951-ci ildə ABŞ-də doğulub. Məktəb vaxtı rəqs dərslərini öyrənməyə başlayıb. 1977-ci ildən başlayaraq pornofilmlərdə iştirak etməyə başlayıb. 1990-cı ildə film karyerasını bitirdikdən sonra alkoqolçuluğa meyilliyi artır. Samanta bunun üçün bir neçə il müalicə olunur və alkoqolçuluğa meyilliyi azalır.
Alisa porno möcüzələr ölkəsində
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür.
Onilliklərinə görə porno aktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Alisa porno möcüzələr ölkəsində (film, 1993)
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Belladonna (pornoaktrisa)
Belladonna (21 may 1981, ABŞ) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Əsl adı Maykl Enn Sinqler olan Belladonna Missisipi ştatında anadan olmuşdur. Soy nəsli Alman, Şotland və Amerika yerlilərindən gəlir. Artıq 12 yaşında öpüşü başa düşmüş, 13 yaşında bədəninə şəkil döydürmüş, 16 yaşında isə məhəbbət əlaqəsində olmuşdur. 15 yaşında isə məktəbi bitirməyərək evdən qaçmışdır. Bir neçə müddət Yutada yaşadıqdan sonra Mormonlara (Xristian əhalisinin axımına deyilir) qoşuldu. Bir müddət sonra isə porno karyerasına başlamışdır. 2004-cü ildə Eyden Kelli ilə ailə həyatı qurmuş və 2005-ci ildə isə bir qız övladı dünyaya gətirmişdir.
Bölgələrə görə pornoqrafiya qanunları
Bölgəyə görə pornoqrafiya qanunları bütün dünyada dəyişir. Pornoqrafik filmlərin istehsalı və yayılması bir çox ölkələrdə qanuni fəaliyyətdir, lakin pornoqrafiyaya müəyyən yaşdan (adətən 18 yaşdan) yuxarı olan iştirakçı cəlb olunduğu halda bütün ölkələrdə qanuni deyildir. Çox vaxt bu cür materiallara məhdudiyyət qoyulur. Bu səhifə uşaq pornoqrafiyasını və heyvan pornoqrafiyasını əhatə etmir. Əksər hallarda uşaq pornoqrafiyasının qanuniliyi və heyvan pornoqrafiyasının qanuniliyi ayrı məsələlər kimi nəzərdən keçirilir və çox vaxt öz qanunları ilə tənzimlənir.
Devon (pornoaktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsi. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır. İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır.
MILF pornoqrafiyası
MILF pornoqrafiyası (ing. Mother I'd Like to Fuck; azərb. sikmək istədiyim ana‎) — pornoqrafiyanın bir forması. Bu, ümumiyyətlə pornoqrafiya sənayesində 35–50 yaş arasında və böyük döşləri olan qadınlar üçün istifadə edilən termindir. Pornoqrafik film mükafatlarında MILF kateqoriyası mövcuddur. == Oxşar terminlər == Yummy mummy termini MILF ilə müştərək istifadə olunur. Oksford İngilis dili lüğəti bu termini "cəlbedici və gözəl gənc ana" kimi müəyyən etmişdir. Həmçinin, DILF ("Dad I'd Like to Fuck") və ya FILF ("Father I'd Like Fuck") termini, (azərbaycanca "sikişmək istədiyim ata" kimi tərcümə oluna bilər) əsasən yaşlı kişini (adətən ata), əsasən cinsi baxımdan cəlbedici olan bir insanı müəyyən edir.
Milli D'Abbraçço (pornoaktrisa)
Milli D'Abbraçço (it. Milly d'Abbraccio, 3 noyabr 1964) - İtalyan pornoaktrisasıdır. İtaliyanın erotik "Diva Futura" kanalında çalışmışdır. Milli D'Abbraçço 2008-ci ildə "İtaliyanın Sosialist Partiyası"na namizədliyini irəli sürmüşdür. Lakin partiyaya seçilə bilməmişdir. 2011-ci ildə isə İtaliyanın Montsa şəhərinin Meri vəzifəsinə namizədliyini vermişdir. Lakin yenə də qələbə qazana bilməmişdir. Milli D'Abbraçço 1964-cü ildə İtaliyanın Avellino şəhərində anadan olmuşdur. Əsl adı Emiliya Sussiniellodur (Emilia Cucciniello). 1978-ci ildə "Miss Teenager Italy" gözəllik müsabiqəsində qələbə qazandıqdan sonra 1979-cu ildə "Milli Mou" (Milly Mou) ləqəbi ilə ifaçılıq edir.
Onilliklərinə görə pornoaktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Panda pornoqrafiyası
Panda pornoqrafiyası və ya panda pornosu – pandaların cütləşmə anlarını əks etdirən videomaterial. Panda pornoqrafiyası zooparklarda saxlanılan böyük pandaların cinsi istəklərini gücləndirmək üçün istifadə olunur. Zooparklarda saxlanılan heyvanlarda çoxalma istəyi azaldığı üçün nadir heyvan növləri nəsilkəsilmə təhlükəsi ilə qarşı-qarşıya qalır. Panda pornoqrafiyasından istifadə 2009-cu ildə Tailand zooloqları tərəfindən aparılmış eksprementdən sonra populyarlaşmışdır. Onlar Çanmai zooparkında saxlanılan bir neçə böyük pandaya başqa pandaların cütləşmə anını əks etdirən videolar göstərmişdilər. Təcrübəni aparan tədqiqatçılar heyvan pornoqrafiyasının çoxalmağa müsbət təsir göstərdiyini və belə bir uğurun heç Çində əldə olunmadığını bildirmişdirlər. Təcrübəin həyata keçirilməsindən 10 aylıq period ərzində 31 panda balası doğulmuşdur. Pandaların cinsi istəklərini artırmaq üçün viaqradan istifadə etmək kimi metodlar isə uğursuz olmuşdu.
Pornoaktyor
Pornokratiya
Pornokratiya (q.yun. πόρνη — fahişə sözündən; zina + κράτος — hakimiyyət), azğınların / fahişələrin hakimiyyəti / dövrü (it. pornocrazia romana, governo delle prostitute; lat. saeculum obscurum — gizli, qaranlıq əsr) — papa tarixində dövr (X əsrin birinci yarısı), hansı ki 904-cü ildə papa seçilən III Sergidən başlamış və XII İoannın 963-cü ildə vəfatına qədər 60 il ərzində davam etmişdir (digər məlumata görə XI İohan ölümünə qədər, yəni 30 il ərzində). Bu müddət ərzində Roma pontifikləri Teoflikatlar adlı qüdrətli zadəgan ailənin güclü təsiri altında qalmışdılar. Ailə Roma konsolu və Tuskul komiti Teoflikat, onun azğınlar adını qazanmış həyat yoldaşı Feodora və onların qızı Maroziyadan ibarət idi, sonradan bura Maroziyanın oğlu II Alberix də qoşuldu. Tarixçinin yazdığı kimi, "bu zəngin, nüfuzlu və hakimiyyətə susamış qadınlar papa taxt-tacına öz dostları, qohumları və aşiqlərini qoyurdular. Onların xoşlarına gəlməyən papaları heç bir maneə olmadan devirdilər, aradan götürürdülər". Bu dövrə aid əksər orta əsr dəliləri kifayət qədər qərəzkardır, çünki papanın siyasi əleyhdarları tərəfindən yaradılmışdılar. Bununla belə, hətta Roma-Katolik kilsəsinin rəsmi tarixi qəbul edir ki, bir neçə on illiklər ərzində pozğun həyat tərzi ilə fərqlənən çox sayda papa dəyişib və onlar Teoflikatlar klanı tərəfində təyin və idarə olunurdular.
Pornoqrafik film
Pornoqrafik film, pornoqrafiya filmi, porno filmi, pornofilm, pornoqrafik məzmunlu film, pornoqrafik xarakterli film, erotik film və ya seks filmi izləyicini və ya tamaşaçıları seksual cəhətdən razı salmaq üçün hazırlanmış ədəbsiz filmlərdirlər. Pornoqrafik filmlərdə müntəzəm olaraq cinsi əlaqə və ya çılpaqlıq kimi erotik stimullaşdırıcı xarakterli materiallar mövcuddur və bunlara seksual fantaziyalar da əlavə olunur. 1900-cü illərin əvvəllərində, film istehsalının ixtirasından qısa bir müddət sonra belə filmlərin də ilk nümunələri meydana çıxmışdır. Porno filmlərin digər pornoqrafiya formaları ilə çoxlu müştərək cəhətləri mövcuddur. Cinsi əlaqəni açıq şəkildə göstərməyən filmlər softkor, cinsi əlaqəni açıq şəkildə göstərən və ya bəzi ekstremal əlaqələrdən bəhs edən filmlər isə hardkor adlandırılır. Qlobal olaraq, porno film sənayesi onunla əlaqədar olan məhsul və xidmətləri ilə bərabər 100 milyard dollarlıq sənaye sahəsi hesab olunur. Erotik filmlərin istehsalı kinofilmin ixtirasından dərhal sonra başlanmışdır. İlk qabaqcıllardan ikisi fransız Eugène Pirou və Albert Kirchner idi. Kirchner ("Léar" adı ilə) Pirou üçün hal-hazırda həyatda sağ-salamat qalmış ən qədim erotik məzmunlu filmi çəkmişdir. 1896-cı ildə çəkilmiş 7 dəqiqəlik Le Coucher de la Mariée filmində Louise Willy vanna otağında striptiz etmişdir.
Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar. Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər. Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur.
Pornoqrafiyaya dini baxışlar
Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Pornoqrafiya, daha yaxşı özünü idarə etmək üçün Taqva tərəfindən vurğulanan İslam təlimlərinin əslinə birbaşa ziddir. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Pornoulduz
Samanta Foks (pornoaktrisa)
Samanta Foks (ing. Samantha Fox; 3 dekabr 1950, Nyu-York, Nyu-York ştatı – 22 aprel 2020, Nyu-York, Nyu-York ştatı) — ABŞ pornoaktrisası. Steysiya Tereza Ancela Maykula 1951-ci ildə ABŞ-də doğulub. Məktəb vaxtı rəqs dərslərini öyrənməyə başlayıb. 1977-ci ildən başlayaraq pornofilmlərdə iştirak etməyə başlayıb. 1990-cı ildə film karyerasını bitirdikdən sonra alkoqolçuluğa meyilliyi artır. Samanta bunun üçün bir neçə il müalicə olunur və alkoqolçuluğa meyilliyi azalır.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.

Digər lüğətlərdə