Port-Lui

coğ. Port-Louis

port
Port-Səid
OBASTAN VİKİ
Port-Lui
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). == Tarixi == Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. == Əhalisi == Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. == İqtisadiyyat == Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Lui (rayon)
Port-Lui (fr. Port-Louis ) — Mavrikinin 9 rayonundan biri. Adanın şimal-qərbində yerləşən Port-Lui, ölkənin ən kiçik və ən yüksək əhali sıxlığına malik rayonudur. Rayon tamamilə ölkənin paytaxtı Port-Luidən ibarətdir. Port-Lui rayonu 42,7 km2 ərazinin əhatə edir və 31 dekabr 2015-ci il tarixində əhalisi 119 706 nəfər olaraq qiymətləndirilmişdir. == Görməli yerlər == Rayon 2006-cı ildən bəri UNESCO-nun Ümumdünya irsi olan Aapravasi-Qhata ev sahibliyi edir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Lui
Lui — ad. == Fransa == Lui Araqon — fransız şairi. Lui Paster — fransız bioloqu, kimyaçı, əczaçı. Lui Lümyer — kinematoqrafiyanın banisi. Lui Reno — fransız hüquqşünası. Lui Bazin — fransız şərqşünası. Lui Anri Bussenar — fransız yazıçı. Lui Qabriel Ambruaz Bonald — fransız filosofu. Lui de Broyl — fransız nəzəriyyəçi fiziki. Lui Pyer Altüsser — fransız neo-marksist filosofu.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Paralel port
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. == Ümumi məlumat == Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi. == Tarixi == Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir. Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi. == Əhali == 2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir. == Iqtisadiyyat == Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi. Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Port-Etyenn
Nuadibu (ərəb. نواذيبو‎‎, belar. Nwadibu) və ya Port-Etyenn (fr. Port-Étienne) — Mavritaniyada şəhər. Atlantik okeanı sahilində port. == İqtisadiyyat == Nuadibu Mavritaniyanın mühüm balıq sənayesi mərkəzidir. Kimya sənayesi, İES, yaxınlıqğında beynəlxalq hava limanı var. Gəmilər təmir olunur. == Səhiyyə == Nuadibu Regional Xəstəxanası beş illik inşa müddətindən sonra 2017-ci ildə açılmışdır. Bölgədəki ən böyük xəstəxanadır.
Port-Jantil
Port-Jantil (fr. Port-Gentil) — Qabonun iri şəhərlərindən biridir. Atlantik okeanin sahilində, Librevildən 144 km cənub-şərqində yerləşir. Oqove-Maritim əyalətinin mərkəzidir. Əhalisi 142 min nəfərdir(2010 il). Şəhərdə iri neftayırma müəssisə var.
Port-Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). == Tarixi == Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. == Əhalisi == Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. == İqtisadiyyat == Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. == Əhalisi == Əhalisi 500 000 nəfərdir.
Port (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Port Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). == Tarixi == Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. == Əhalisi == Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. == İqtisadiyyat == Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port Morsbi
Port Morsbi (ing. Port Moresby, tok-pisin Pot Mosbi) — Papua-Yeni Qvineyanın paytaxtı. == Coğrafiyası == Port Morsbi Yeni Qvineya adasının cənub-şərq sahilində yerləşir. İqlimi subekvatorialdır. Yanvar-fevral aylarında isti hava olur. May-sentyabr aylarında soyuq hava şəraiti olur. == Əhalisi, dil və din == Port Mirsbi şəhərinin 200 min nəfər əhalisi vardır. Şəhərdə 7000 dil və dialektdə danışan papuas və melaneziyalılar yaşayır.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. == Tarixi == Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib. 1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub.
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
İnfraqırmızı port
İnfraqırmızı port (ing. IR port, rus. инфракрасный порт, türk. kızıl ötesi port) – infraqırmızı siqnalların qəbuledici və vericisinin olduğu ardıcıl port. İnfraqırmızı port vasitəsilə kompüterlərin və periferiya qurğularının başqa qurğularla 115000 bit/san sürətlə simsiz rabitəsi həyata keçirilir. Noutbuk kompüterləri, adətən, belə portla təchiz olunur. Bu portdan istifadə etməklə faylları bir kompüterdən başqasına ötürmək, yaxud printerdə çap etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Port Cekson
Port Cekson — Sidney Limanı, Orta Liman, Şimal Limanı və Leyn Kov çayı və Parramatta çaylarının sularından ibarət olan Avstraliyanın Yeni Cənubi Uels inzibati ərazisinə daxil olan Sidney ria və ya təbii limanı. Liman Tasman dənizinin (Cənubi Sakit Okeanın bir hissəsi) girişidir. Sidney Opera Teatrı və Sidney Liman Körpüsü burada yerləşir. Avstraliya materikindəki ilk Avropa məskunlaşma yeri və koloniyası olan Port Cekson, Sidneyin tarixində və inkişafında əsas rol oynamağa davam edir.
Port Baku
Port Baku Towers
II Lui
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Lui Altüsser
Lui Pyer Altüsser (fr. Louis Pierre Althusser; 16 oktyabr 1918[…], Bir-Murad-Rays, Fransa Əlcəzairi[d][…] – 22 oktyabr 1990[…]) — fransız neo-marksist filosofu, Qərbi marksizminin ən təsirli nümayəndələrindən biri, strukturist marksizmin yaradıcısı, Fransa Kommunist Partiyasının üzvü (1948–1980), Ali Normal Məktəbinin (Paris) professoru. Altüsserin işi Marksist ənənə ilə qitə fəlsəfəsi və sosial elmlərin bir sıra sahələrinin kəsişməsində idi. Altüsserin populyarlığı 1960 və 1970-ci illərdə, əsas əsərləri olan "Marks üçün və Oxu Kapitalı" nəşr olunduqda zirvəyə çatdı. 1960-cı illərin əvvəllərində Fransız neo-marksizminin ümumi yüksəlişi fonunda, Altüsser, Fransa elm epistemologiyası, strukturalizm, Spinozizm və psixoanaliz ənənələrinə əsaslanaraq Marksın əsərlərinin yeni bir şərhini təklif etdi. Althusserin nəzəri antihumanizm, epistemoloji qırılma, tarixin "mövzusuz bir proses" kimi düşünülməsi, həddindən artıq təyini və nəzəri təcrübəsi bütün dünyada geniş müzakirə olunurdu. O vaxt Altüsser Fransa Kommunist Partiyasının aparıcı nəzəriyyəçisi idi və ictimai və siyasi müzakirələrdə fəal iştirak edirdi. Filosof əvvəlki baxışlarını davamlı olaraq düzəltdi və sonrakı bir dövrdə post-strukturist hərəkata yaxınlaşdı. Altüsserin bioqrafiyası faciəlidir. Müstəmləkə Cezayirdə bir Fransız köçkün ailəsindən gəlmiş, İkinci Dünya Müharibəsi əsnasında beş il əsir düşərgəsində keçirdi.
Lui Anketen
Lui Anketen (fr. Louis Anquetin, 26 yanvar 1861[…], Etrepanyi[d] – 19 avqust 1932[…], Paris) — fransız rəssam və sənətşünas, rəssamlıqda sintetizm sənətinin qurucularından biri. == Bioqrafiya == 1881-ci ildə Lui Anketen Parisə gəldi və Leon Bonnın sənət studiyasında oxudu. Burada Anri de Tuluz-Lotreklə tanış olub, daha sonra uzun illər dostlaq əlaqəsi qurdular. Bonn studiyası bağlandığından sonra dostlar Atelyer Kormonun sinfinə daxil oldular. Sinifdə Lui Anketen ən perspektivli tələbə sayılırdı. 1887-ci ildə Vinsent van Qoq, Anketen və Emil Benardın heyranlığına səbəb olan Parisdə Tamburin kafesində Yapon qrafika kolleksiyasını qurdu və sonra onları rəngkarlıqda yeni bir meyl inkişaf etdirməyə təşviq etdi və daha sonra kluazonizme çevrildi. 1894-cü ildə Anketen və Tuluz-Lotrek Hollandiya klassik rəsmini öyrənmək üçün Belçika və Hollandiyaya yola düşmüşdülər. == Ədəbiyyyat == Émile Bernard, "Louis Anquetin", L'Art et les Artistes, 1933. Frédéric Destrémau, Louis Anquetin le retour au métier, DEA de l'Université Paris I, 1990.
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], Parisin 16-cı dairəsi[d] – 24 dekabr 1982[…], VII arondisman, Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
Madlen Lui
Madlen Lui (1871–1956) — fransız tarixçisi. == Haqqında == Madlen Lui 1871-ci ildə anadan olmuş, Paris və Roma universitetlərində oxumuş, I Dünya müharibəsində iştirak etmişdir. 1924–1928-ci illərdə Fransa parlamentinin üzvü olmuşdur. XVIII əsr Fransa burjua inqilabı üzrə XX əsrin ən tanınmış mütəxəssislərindən biri hesab olunur. 1917-ci ildən Fransa akademiyasının üzvü seçilmişdir. Madlen Luinin ən monumental tədqiqatı 16 cilddən ibarət "Konsulluq və imperiya tarixi" əsəridir. Tarixçinin fikrincə, XVIII əsr Fransa Burjua inqilabı ilk mərhələsində əsl azadlıq və demokratiya ideyalarını həyata keçirib bütün fransız xalqının arzularını ifadə etmişdir. Lakin inqilabın sonrakı hadisələri Fransa tarixinin ən qara səhifələridir. Robespyer, Demulen, Marat kimi bir dəstə şöhrətpərəst və avantürist hakimiyyət hərisləri qara kütləni öz arxasınca çəkib qanlı terror və qəddarlıq əməlləri törətdilər. Nəticədə, inqilab ilk mərhələsində əldə etdiyi bütün nailiyyətlərini itirdi.