professionell
Professur
OBASTAN VİKİ
Cəbrayıl Hüseynov (professor)
Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 1914 – 1969) — Kimya elmləri doktoru, professor. Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir. Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir. C.Ə.Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur. C.Ə.Hüseynov 1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda “Kimya texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir.
Cəlil Xəlilov (professor)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Elçin Əhmədov (professor)
Əhmədov Elçin İldırım oğlu (28 iyul 1968, Şuşa) — siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri. 1968-ci il, iyulun 28-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə Şuşa şəhər 4 №li orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, BDU-da doktoranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında çalışmışdır. 1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyir. O, həmin kafedranda 2001-ci ildən baş müəllim, 2006-cı ildən dosent, 2017-ci ildən isə beynəlxalq münasibərlər istisası üzrə professor vəsifəsində işləyir. Eyni zamanda, 2001–2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-ci ildən isə həmin fakültədə dekan vəzifəsində çalışmışdır. 2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri vəzifəsinə təyin edilmişdir. E. İ. Əhmədov 2001-ci ildə "Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə "Azərbaycan Respublikasının beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 2.30 Dissertasiya Şurasının üzvü, Şurannın nəzdindəki "Beynəlxalq münasibətlər" ixtisası üzrə Elmi seminarın sədridir.
Elçin Əliyev (professor)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib. 1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Elşad Quliyev (professor)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Faiq Abdullayev (professor)
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Cəfərov (professor)
Faiq İlahi oğlu Cəfərov (20 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001) Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun Normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1972-1978-ci illərdə F.Cəfərov Müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür. 1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı, universitetin I müalicə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi. F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır.
Faiq Məmmədov (professor)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Firudin Hüseynov (professor)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Fərid Fərəcov (professor)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fəxrəddin Məmmədov (professor)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hüseyn Hüseynov (professor)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977–1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980–1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982–1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993–2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Hüseyn Məmmədov (professor)
Hüseyn Məmmədov (d. 02 iyun 1974, Şərur rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru. Hüseyn Mikayıl oğlu Məmmədov 02 iyun 1974-cü ildə Azərbaycanın Şərur rayonunda dünyaya göz açmışdır. Ailəlidir. Üç övladı var. 1996-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olmuşdur. 1996–1999-cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının aspiranturasında təhsil alıb. 2000-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2017-ci ildə isə fizika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professorudur. 2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının assistenti, 2006–2016-cı illərdə həmin kafedranın dosenti, 2016–2019-cu illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 2019–2020-ci illərdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.
Hüseyn Xəlilov (professor)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn İsmayılov (professor)
İsmayılov Hüseyn Ələsgər oğlu (10 dekabr 1952, Ağbulaq, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun direktoru (2003–2011). Hüseyn İsmayılov 1952-ci il dekabrın 10-da Ermənistan SSR, Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmiş, 1970-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1974-cü ildə təhsilini tamamlamışdır. 1974-cü ildə Ermənistan SSR Ararat rayonunun Şirazlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1975-ci ilin may ayından 1976-cı ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. İrəvan Dövlət Pedaqoji İnstitutunda 1976-cı ilin oktyabr ayından 1988-ci ilin sentyabrınadək Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında müəllim işləmişdir. Azərbaycan, rus, xarici ölkələr ədəbiyyatından mühazirələr oxumuşdur. 1986-cı ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1989-cu ilin aprel ayından 1997-ci ilin fevral ayınadək M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Azərbaycan dili kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1995-ci ilin aprel ayından 1998-ci il yanvar ayına qədər Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyətə başlayan "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində elmi işlər və filiallar üzrə direktor müavini işləmişdir. 1998-ci ilin yanvar ayından indiyə qədər "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (2003-cü ildən AMEA Folklor İnstitutunun) direktorudur. Səhhətində baş verən xəstəliklə əlaqədar 2011-ci ildə AMEA Folklor İnstitutunun direktoru vəzifəsindən azad olunmuşdur.
Həsən Hüseynov (professor)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Həsən Quliyev (professor)
Həsən Quliyev (azərb. Həsənağa Məmmədağa oğlu Quliyev‎; 1 aprel 1935-ci il, Bakı şəhəri) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü (1998), filologiya elmləri doktoru (1982), professor (1984). Həsən Quliyev 1935-ci il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1953-cü illərdə dülgər işləmiş, daha sonra 1953-1957-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda təhsil almışdır. Həsən Quliyev M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda laborant, 1957-1966-cı illərdə Bakının Yasamal rayonundakı 20 saylı fəhlə-gənclər məktəbində müəllim işləmişdir. Eyni zamanda M.F.Axundov adına APİ-də müəllim, 1963-1978-ci illərdə dosent, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dosent olmuşdur. 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi işlədiyi müddətdə müdafiə edib doktorluq elmi dərəcəsi almışdır. Həsən Quliyev 1984-1987-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin rus dili və ədəbiyyatı kafedrasında professor, 1987-1993-cü illərdə ədəbiyyat və rus dili kafedrasının müdiri olmuşdur. Quliyev 1993-cü ildən həmin kafedranın professorudur. Həsən Quliyevin 5 fevral 1964-cü ildə Kristofer Marlonun anadan olmasının 400 illiyinə həsr etdiyi məqalə "Baku" qəzetində dərc olunmuşdur.
Həsən Sultanov (professor)
Həsən Abbas oğlu Sultanov (9 may 1932, Soyulan, Tərtər rayonu – 2014, Bakı) — Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru (1986), həkim-cərrah. Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin I-cərrahi xəstəliklər kafedrasının müdiri (1990–2012). Həsən Sultanov 1932-ci ilin may ayının 9-da Tərtər rayonunun Soyulan kəndində anadan olmuşdur. 1939–1943-cü illərdə Söylən kənd ibtidai məktəbində təhsil almış, oranın 4-cü sinfini bitirmiş, təhsilini qonşu Evoğlu kəndində davam etdirmiş və 1947-ci ildə 8-ci sinfi başa vurmuşdur. 1949-cu ildə Tərtər şəhər orta məktəbini bitirmişdir. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. IV kursu bitirdikdən sonra Rusiya Federasiyasının Samara Dövlət Tibb Universitetinin (keçmiş Kuybışev Dövlət Tibb İnstitutu) hərbi tibb fakültəsinə köçürülür. 1955-ci ildə həmin fakültəni bitirərək hərbi həkim ixtisasına yiyələnir. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərir. 1957-ci ildə ordu sıralarından tərxis olunaraq Azərbaycana qayıdır.
Kərim Kərimov (professor)
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950–1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K. Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X. A. Raxmatulinin və prof.
Mahir Əliyev (professor)
Mahir Əliyev (azərb. Əliyev Mahir Məhəmməd oğlu‎; 30 noyabr 1956, Qasım İsmayılov rayonu – 10 aprel 2021, Bakı) — Tibb üzrə elmlər doktoru (2011), Professor (2018). 30 noyabr 1956-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1963–1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxumuşdur. 1973–1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, 1991–2017-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru olmuşdur. 10 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1978–1982-ci illərdə Baki şəhəri, 5 saylı stomatoloji poliklinikasında və Respublika Stomatoloji Mərkəzində — həkim-stomatoloq işləmişdir. 1982–1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda məqsədli aspirantura təhsilini almışdır. 1986-cı ildə tibb elmləri namizədi, 1991-ci ildə dosent (AAK), 2011-ci ildə Tibb üzrə elmlər doktoru, 2018-ci ildə professor adını almışdır.
Musa Məmmədov (professor)
Məmmədov Musa Nəsib oğlu (1940, Gədəbəy – 17 mart 2022, Bakı) ― geologiya-mineralogiya elmləri doktoru, professor. Musa Məmmədov 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1966-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. 1984-cü ildə "Talışın qələvi-bazalt və qələvi-ultraəsasi formasiyalarının petroloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1999-cu ildə "Kiçik Qafqazın və Talışın Üst Təbaşir və Eosen yaşlı maqmatik formasiyalarının petrologiyası və geokimyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adına layiq görülmüşdür. Musa Məmmədov 17 mart 2022-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. 1966–2000-ci illərdə — AMEA Geologiya İnstitutu 2000–2014-cü illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru. 2019–2022-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin rəhbəri.
Mustafa Mustafayev (professor)
Mustafa Mir Qasım oğlu Mustafayev — filologiya elmləri namizədi, professor Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur. 1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir. 1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır. 1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
Professor
Professor (lat. profiteri – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad. İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-də isə kolleclərin müəllimləri də professor adlanır. Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilir.
Professor Moriarti
Professor Ceyms Moriarti (ing. Professor James Moriarty) — Şerlok Holms haqqında əsərlərin baş mənfi personajı, güclü kriminal təşkilatın rəhbəri, kriminal dünyanın dahisi. O ancaq "Sonuncu iş" hekayəsində peyda olsa da, bir çox hekayələrdə törədilən cinayətlərin arxasında məhz onun durması şübhəsizdir. Artur Konan Doyl Şerlok Holmsu öldürmək istəyərkən bunu məhz Moriartinin əli ilə etmişdi. Hesab olunur ki, o Moriarti personajını məhz bu səbəbdən yaratmışdı. "Sonuncu iş" hekayəsində Holmsla Moriarti Reyxenbax şəlaləsinə yıxılsalar da, Holms bu qarşıdurmadan sağ çıxır. "Şerlok" adı kimi "Moriarti" də qədim irland adıdır və irland köklərinə malik olan Artur Konan Doyl tərəfindən əsərlərdə irland adlarından istifadə edilməsində qeyri-adi heç nə yoxdur. "Sonuncu iş" hekayəsində Şerlok Holms öz düşmənini "Professor Moriarti" adlandırır və onun adını bizə söyləmir. Şerlok Holmsun "dirilərək" qayıtdığı "Boş ev" hekayəsində isə məşhur detektiv öz düşmənini "Professor Ceyms Moriarti" adlandırır. Şerlok Holms onu belə təsvir edir: Bəzi müəlliflər hesab edirlər ki, burada "kiçik universitet" dedikdə, Lids Universiteti nəzərdə tutulur, bəziləri isə Durham Universitetini təklif edirlər.
Professor İks
Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır. Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir.
Murad Mahmudov (professor)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Məcid Hüseynov (professor)
Məhəmməd Həsənov (professor)
Məhəmməd Həsənov (20 mart 1930, Daşkəsən, Qaryagin qəzası – 1 iyul 1998) — Bakı Dövlət Universitetində professor. 1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi. 1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.

Digər lüğətlərdə