II Fridrix (Prussiya kralı)
II Fridrix və ya Böyük Fridrix (alm. Friedrich II., Friedrich der Große, Alter Fritz; d. 24 yanvar 1712 – ö. 17 avqust 1786) — Prussiya kralı.
== Fəaliyyəti ==
1740-ci ildə 1 fridrix Vilhelmin vəfatından sonra oğlu II Fridrix (1740-1786) gəldi. II Fridrixin dövrü Prussiya krallığında “maarifçi-mütləqiyyət dövrü” adlanır. Hakimiyyətə gələn II Fridrix:
sənaye və ticarətin inkişaf etdirilməsində maraqlı idi,
kanallar, şose yolları salınır,
himayəçilik, merkantilizm siyasəti yeridilirdi,
mahudçuluq, silah istehsalı inkişaf etdirilirdi,
xarici mallara yüksək gömrük rüsumu qoyulurdu,
emal olunmamış yunun xaricə aparılması qadağan edilirdi,
ordunun sayı 170 min nəfərə çatdırılır/
senzuranı ləğv etdi. Berlin ədibləri istənilən mövzu barəsində istənilən qədər yaza bilərlər,
Onun əsas prinsiplərindən biri insanları qanun qarşısında bərabər olması nəzərdə tutulurdu. Ona görə də o, zadəgan təbəqəsinin həddən artıq imtiyazlarının yolverilməz olduğunu bəyan edirdi və onları məhdudlaşdırmağa başladı.
1740-ci ildə verilmiş ordonansa görə işgəncələr ləğv edildi.