Qırxçıraq yaşayış yeri
Qırxçıraq yaşayış yeri — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində qədim yaşayış yeri.
Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də, Salyan rayonu ərazisində, Xələc kəndindən cənub-şərqdə yerləşir. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılmışdįr. Arxeoloji araşdırmalar göstərir ki, sahəsi 16 kv.km olan yaşayış yeri Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı aşkarlanan tapıntılar şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Ordu, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.