qızğın
qızılca
OBASTAN VİKİ
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Qızıl (2004)
Qızıl (dəqiqləşdirmə)
Qızıl — təbiətdə saf şəkildə rast gəlinən metal. Həmçinin bu mənalara gələ bilər: ‎Qızıl Əli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Alma
Qızıl Alma, Türklər özəlliklə Oğuz Türkləri üçün Qızılalma, üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan ülkülər(uğruna çalışılan) və ya düşlərdir(gerçəkləşməsi istənən şey, ümid) Kəlimənin tam olaraq nə zaman, harda və necə keçtiyi bilinməməklə birlikdə tarixi axış içərisində həmişə qərb yönündə irəliləmənin bir simvolu olmuşdur. İstanbul'un fəthi'ndən sonra, Qızılalma'nın, Roma'da tapılan Saint-Pierre Kilisəsinin mehrabındakı altın top olduğu irəli sürülmüştür. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər. Monqolca Alıman (Alımah)dır. Meyvələrin anası və atası olaraq qəbul edilir. Ağacının çiçəkləri çəhrayı və ya ağ açar. Nüvəli müxtəlif rəngli meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu sevginin simvoludur. Aqsaqqallının əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğurur.
Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. == Həyatı və Hakimiyyəti == Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Qızıl Aypara
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızıl Daş
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qızıl Hacılı
Qızıl Hacılı (Urmiya) — Qızılhacılı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda şəhər tipli qəsəbə. Qızılhacılı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Qızılhacılı (Barmaqsız) — Gürcüstanın Barmaqsız bələdiyyəsində kənd. Qızılhacılı (Başqala) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. Qızılhacılı məhəlləsi — Azərbaycanın Gəncə şəhərində məhəllə Oxşar Aran Qızılhacılı — Gürcüstanın Marneuli rayonunda kənd. Dağ Qızılhacılı — Gürcüstanın Başkeçid bələdiyyəsində kənd.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Qızıl Kürdüstan
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Qızıl Kənd
Qızıl kənd (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Qızıl Malina
Qızıl Moruq Mükafatı (ing. Golden Raspberry Awards) və yaxud Razzie mükafatı — təsisçisi Con Vilsondur. Bu bütün mükafatların ilin ən pis film, Rejisor ve aktyorlarına verilən bir mükafatdır. Silvestr Stallone, Kevin Kostner, Şeron Stoun, Halle Berri kimi məşhur aktyorlar bu mükafatı alıblar. == İndiki nominasiyaları == ==== Film nominasiyaları ==== "Ən pis film" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis rejissor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktyoru" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktrisası" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis cütlük" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis ssenariya" kateqoriyasına görə Qızıl Moruq Mükafatı == Xarici keçidlər == “Qızıl Moruq” mükafatı.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Qızıl Patron
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi. 1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi. 1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu. 1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi. 2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.
Qızıl Qartal
Qızıl Qartal (rus. Золотой орёл) — Rusiya film mükafatı.
Qızıl Qlobus
Qızıl qlobus (ing. Golden Globe) — Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.
"Artek"in bütün qızılı (film, 1965)
"Artek"in bütün qızılı — qısametrajlı sənədli televiziya filmi. Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. == Məzmun == Film uşaqlar üçün nəzərdə tutulmuşdur. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır.
"Ağ qızıl" ustaları (film, 1958)
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
"Qızıl Dərviş" mükafatı
Qızıl Dərviş — Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirak edənlərə verilən mükafat. 1991-ci ildə təsis edilmiş, 1992-ci ildən təqdim olunmuşdur. == Təyinatı == "Qızıl Dərviş" mükafatı özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.
"Qızıl Dərviş" mükafatı alanların siyahısı
"Qızıl Dərviş" mükafatı Aşağıdakı sənətçilərə təqdim olunub:
"Qızıl Qlobus" mükafatı
Qızıl qlobus (ing. Golden Globe) — Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.
"Qızıl Ulduz" medalı
"Qızıl ulduz" medalı (Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı
"Qızıl Ulduz" medalı (Azərbaycan)
Qızıl ulduz medalı — 6 fevral 1998-ci ildən Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı. == Təsis edilməsi == "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl ulduz" medalı "Ay-Ulduz" medalını əvəz edilmişdir. == Təsviri == "Qızıl ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur. Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır. Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. == İstifadəsi == "Qızıl ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. == "Qızıl ulduz" medalı poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
"Qızıl Ulduz" medalı (SSRİ)
"Qızıl Ulduz" medalı — SSRİ Ali Sovetinin 1 avqust 1939-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Sovet İttifaqı Qəhrəmanlarına təqdim olunurdu.
"Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
"Qızıl çinar" beynəlxalq mükafatı
Qızıl çinar — Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi beynəlxalq mükafat. == Laureatlar == === 2009 === İhsan Doğramacı — ulu öndərin məsləkdaşı və yaxın dostu Əlibaba Məmmədov — xalq artisti Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi Rəşad Mahmudov — ürək-damar cərrahı Kşiştof Krayevski — Polşanın Azərbaycandakı səfiri Nərminə Zöhrabova — Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru === 2010 === Arif Babayev — Xalq Artisti Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi Tahir Salahov — Xalq Rəssamı === 2011 === Koişiro Matsuura — YUNESKO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri — İSESKO-nun baş direktoru === 2012 === Kestutis Kudzmanas — Litva Respublikasının Azərbaycandakı səfiri İlham Zəkiyev — ikiqat paralimpiya, üçqat dünya çempionu === 2014 === Teymur Göyçayev — Xalq Artisti Jolt Çutora — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Qasımov — Xalq Artisti Natali Qule — Fransa senatoru === 2015 === Erve Mikaelof — tanınmış incəsənət eksperti Ağaxan Abdullayev — xalq artisti === 2017 === Vasim Məmmədəliyev — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi === 2018 === Rauf Abdullayev — Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Mixail Qusman — Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq" və "Şöhrət" ordenləri laureatı Eldar Quliyev — kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət" və "Şərəf" ordenləri laureatı === 2019 === Fuad İbrahimov — Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Zərifə Məmmədova — Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini == İstinadlar == == Xarici keçidlər == Qızıl Çinar Beynəlxalq mükafatı — Dr.
"Teatr Xadimi" qızıl medalı
"Teatr Xadimi" qızıl medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur. == Statusu == Teatr sənəti sahəsində müstəsna xidmətləri olan teatr xadimlərinə verilir.
"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlərin siyahısı
== 2004-cü il ==
1991 KONKAKAF Qızıl Kuboku
1991 KONKAKAF Qızıl Kuboku (ing. 1991 CONCACAF Gold Cup) — 1991-ci ilin 28 iyun – 7 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş ilk KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi əsas və əlavə vaxtı 0–0 hesabı ilə başa çatan final matçında Honduras milli futbol komandasını 4–3 hesabı ilə başa çatan penalti seriyasından sonra məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
1993 KONKAKAF Qızıl Kuboku
1993 KONKAKAF Qızıl Kuboku (ing. 1993 CONCACAF Gold Cup) — 1993-cü ilin 10 – 25 iyul tarixləri arasında ABŞ və Meksikada təşkil olunmuş sayca ikinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi təşkilatçı olkələrin iştirakı ilə keçən final matçında ABŞ milli futbol komandasını 4–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
1996 KONKAKAF Qızıl Kuboku
1996 KONKAKAF Qızıl Kuboku (ing. 1996 CONCACAF Gold Cup) — 1996-cı ilin 10 – 21 yanvar tarixləri arasında ABŞ-də təşkil olunmuş üçüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Braziliya milli futbol komandasını 2–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
1998 KONKAKAF Qızıl Kuboku
1998 KONKAKAF Qızıl Kuboku (ing. 1998 CONCACAF Gold Cup) — 1998-ci ilin 1 – 15 fevral tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca dördüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında ABŞ milli futbol komandasını 1–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
2000 KONKAKAF Qızıl Kuboku
2000 KONKAKAF Qızıl Kuboku (ing. 2000 CONCACAF Gold Cup) — 2000-ci ilin 12 – 27 fevral tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca beşinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Kolumbiya milli futbol komandasını 2–0 hesabı ilə məğlub etmiş Kanada milli futbol komandası olmuşdur.
2002 KONKAKAF Qızıl Kuboku
2002 KONKAKAF Qızıl Kuboku (ing. 2002 CONCACAF Gold Cup) — 2002-ci ilin 18 yanvar – 2 fevral tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca altıncı KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Kosta-Rika milli futbol komandasını 2–0 hesabı ilə məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
2003 KONKAKAF Qızıl Kuboku
2003 KONKAKAF Qızıl Kuboku (ing. 2003 CONCACAF Gold Cup) — 2003-cü ilin 12 – 27 iyul tarixləri arasında ABŞ və Meksikada təşkil olunmuş sayca yeddinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında qızıl qol ilə Braziliya milli futbol komandasını 1–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
2005 KONKAKAF Qızıl Kuboku
2005 KONKAKAF Qızıl Kuboku (ing. 2005 CONCACAF Gold Cup) — 2005-ci ilin 6 – 24 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca səkkizinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi əsas və əlavə vaxtı 0–0 hesabı ilə başa çatan final matçında Panama milli futbol komandasını 3–1 hesabı ilə başa çatan penalti seriyasından sonra məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
2007 KONKAKAF Qızıl Kuboku
2007 KONKAKAF Qızıl Kuboku (ing. 2007 CONCACAF Gold Cup) — 2007-ci ilin 6 – 24 iyun tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca doqquzuncu KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Meksika milli futbol komandasını 2–1 hesabı ilə məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
2009 KONKAKAF Qızıl Kuboku
2009 KONKAKAF Qızıl Kuboku (ing. 2009 CONCACAF Gold Cup) — 2009-cu ilin 3 – 26 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca onuncu KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında ABŞ milli futbol komandasını 5–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
2013 KONKAKAF Qızıl Kuboku
2013 KONKAKAF Qızıl Kuboku (ing. 2013 CONCACAF Gold Cup) — 2013-cü ilin 7 – 28 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca on ikinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Panama milli futbol komandasını 1–0 hesabı ilə məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.

Digər lüğətlərdə