Gözəl ağcaqayın
Hündürlüyü 25 m-ə qədər olan enli çətirli ağacdır. Cavan budaqları yaşıl və ya qırmızımtıl rəngli olub, üzərində tünd-göy rəngdə nazik təbəqə vardır.
Yarpaqlarının uzunluğu 5–17 sm, 7 (nadir hallarda 4)-bölümlüdür, qaidə hissəsi düz kəsilmiş və yaxud ürəkşəkillidir, nazik və kağızaoxşardır, üst tərəfi tünd, alt tərəfdən gümüşü-açıq yaşıl rəngdədir, damarların küncündə saqqallıdır, üst səthinin qalan hissəsi çılpaq və ya damarlar boyunca tükcüklüdür; bölümləri üçbucaqyumurtaşəkillidir, uzununa dartılmış sivri ucluğa dərhal daralmışdır, tamkənarlıdır. Saplaqları yarpaq ayasından qısa, ona bərabər və ya çox vaxt ondan uzun olmaqla müxtəlif uzunluqda olurlar, uzunluğu 3–20 sm-dir.
Çiçəkləri qalxanvari çiçək qrupunda toplanmışdır, xırdadır, yaşılımtıl rəngli, diametri 6–7 mm-dir. Qanadcıqlarının uzunluğu 2,5–4,5 sm-dir, qanadları kütdür, kor bucaq altında yerləşmişdir.
Fındıqca meyvələri qanadlardan1,5–2 dəfə qısadır. Çiçəkləməsi: Aprel-May, yarpaqlarının əmələ gəlməsi ilə bir vaxtda baş verir.
İyul-Avqust
Samur Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Lənk. Muğ.