qəlbinə toxunmaq
qəlbini açmaq
OBASTAN VİKİ
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Qəlbinə yol (albom)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
...Yol (Qriffinlər)
…Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir. "Rod-Aylendə yol" — Internet Movie Database saytında. "Avropaya yol" — Internet Movie Database saytında. "Rupertə yol" — Internet Movie Database saytında.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2000-ci ildə Bahəddin Həziyevin əli ilə yaradılıb, və 2003-cü ildən çap olunur. Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkçəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsilə nəqliyyat vasitəsilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Kortikospinal yol
Kortikospinal yol — beyin qabığından başlayan və onurğa beynindəki aşağı motor neyronları və interneyronlarında bitən, əzaların və bədənin hərəkətlərini idarə edən ağ maddə motor yolu. Kortikospinal yolda 1 milyondan çox neyron var və onlar adətən həyatın ilk 2 ilində miyelinləşirlər. Kortikospinal yol piramidal yollardan biridir, digəri kortikobulbar yoldur. Kortikospinal yol beynin bir neçə hissəsindən, o cümlədən təkcə motor bölgələrindən deyil, həm də ilkin somatosensor korteksdən və premotor bölgələrdən yaranır. Əksər neyronlar ya birincil motor korteksindən (precentral girus, və ya Brodmann sahəsi 4) və premotor frontal bölgələrdən yaranır. Kortikospinal neyronların təxminən 30% -i ilkin motor korteksdən, 30% -i premotor korteksdən və əlavə motor bölgələrindən, qalan 40% isə somatosensor korteks, alın payı və singulat girus arasında paylanır. Bu yuxarı motor neyronları neokorteksin V qatının piramidal hüceyrələrindən əmələ gəlir, və ön beyindəki daxili kapsulun arxa əzasından keçərək ara beynin dibində yerləşən beyin qabığına daxil olur. Sonra hər iki yol beyin sapından, körpüdən, daha sonra isə medullaya keçir. Kortikospinal yol kortikobulbar yol ilə birlikdə beyin sapının medullasının hər iki tərəfində iki piramida əmələ gətirir və onların adı piramidal yollar kimi gedir. Kortikospinal neyronlar birbaşa əzələ nəzarəti üçün alfa motor neyronlarına birbaşa sinaps edir.
Yol iyəsi
Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi. Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir. Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Rafiq Dadaşov Montaj edən: Tahirə Babayeva Dekor rəssamı: Fikrət Ələkbərov Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: L. Kuznetsova Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi) Plyonka üzrə rəng ustası: F. Dadaşov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki) Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı Bədii rəhbər: Eldar Şengelaya İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev Filmin direktoru: Rimma Abdullayeva Səyavuş Aslan — Qurban Vaxtanq Pançulidze — Mustafa Həmidə Ömərova — Zümrüd Kamil Məhərrəmov — Paşa Yaşar Nuri — Makintoş Hacı İsmayılov — Mürşüd Sofa Bəsirzadə — Sona nənə Ceyhun Mirzəyev — İbadulla Yusif Əlizadə — Fərid Adil İsmayılov — təyyarəçi Məmmədkamal Kazımov — Şəmsi Eldəniz Zeynalov — şikayətçi Zərnigar Ağakişiyeva — Ədilə Mübariz Əlixanoğlu — milis nəfəri Rahib Əliyev — elçi gələn Məmmədağa Dadaşov Muxtar Maniyev — Milis nəfəri Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra Dadaş Kazımov — sərnişin Telman Adıgözəlov — tələbə Şahin Cəbrayılov — milis nəfəri Ələsgər Məmmədoğlu — aeroportdakı adam Aqşin Rəsulov — aeroportdakı adam Əliqulu Səmədov — alıcı Mayak Kərimov — alıcı Zilli Namazov — aeroportdakı adam Ramiz Məmmədov — aeroportdakı adam Sədaqət Zülfüqarova — xala Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur) Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur) Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur) Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Zabrat Aeroportu Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Axırıncı yol
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Doğru Yol Partiyası
Doğru Yol Partiyası (Azərbaycan) — Azərbaycanda 1992-ci ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (İsrail) — İsraildə 2008-ci ildə təsis edilmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə) Doğru Yol Partiyası (Türkiyə, 1983) — Türkiyədə Ahmet Nusret Tunca rəhbərliyində keçmiş Demokrat Partiya üzvləri tərəfindən qurulmuş və 2007-ci ildə Demokrat Partiyaya birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə, 2007) — Türkiyədə 2007-ci ildə Çetin Özaçıkgöz tərəfindən qurulmuş siyasi partiya.
Yaxtı Yol (Avurğazı)
Yaxtı Yol (başq. Яҡты Юл, rus. Якты-Юл) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, kənd sovetliyindən (İşli): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97%) üstünlük təşkil edir.
Yeni yol (Goranboy)
Yeni yol — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Yeni yol kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. Bu adda Ağdam və Babək rayonlarında da kənd qeydə alınmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1149 nəfər əhali yaşayır.
Yeni yol (qəzet)
Yeni yol(qəzet) — ictimai, ədəbi qəzet. Əvvəllər Yeni Əlifba Komitəsinin, 1925 ildən isə Azərbaycan K(b)P MK orqanı olmuşdur. İlk nömrəsi 1922 il sentyabrın 21-də, sonuncu nömrəsi 1939 il fevralın 28-də çıxmışdır. 1924 ilin axırınadək həftəlik, 1925 ildən isə gündəlik nəşr olunmuşdur. Cəlil Məmmədquluzadə 1922 il 5-ci saydan 1922 il 26-cı sayadək qəzetin redaktoru olmuş, 1923 il 38-ci sayına kimi B.Bəhramovla birlikdə redaktorluq etmişdir. "Yeni yol" qəzeti yeni əlifbanı təbliğ etmiş, savadsızlığın ləğvi və mədəni inqilabın qələbəsində mühüm rol oynamışdır. 1924 il mayın 1-də Cəlil Məmmədquluzadə öz xahişi ilə redaksiya heyəti üzvlüyündən azad edilmişdir. Ədib "Yeni yol"-da bir neçə məqalə və felyetonla iştirak etmiş, onun "Rus qızı', "Müəllim", "Taxıl həkimi", "Şərq fakültəsi", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Buz", "Hamballar", "Yan tütəyi" kimi hekayələri burada çap olunmuşdur. Azərbaycan mətbuatı Molla Nəsrəddin (jurnal) Yoldaş (qəzet) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yeni yol (Şəmkir)
Yeni yol (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Yeni yol kəndi adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Kənd əhalisi 1625 nəfərdir ki, onun da 51% kişi, 49% isə qadınlar təşkil edir.
Yol (film, 2009)
Yol (ing. The Road) - Amerikan yazıçı Kormak MkKartinin eyni adlı Pulitzer mükafatlı romanı əsasında, rejissor Con Hillkat tərəfindən 2009-cu ildə çəkilən, ABŞ istehsalı olan film. Filmin ssenarisi Jo Penhall tərəfindən yazılmışdır. Əsas çəkilişlər Pensilvaniya, Luiziana, Qərbi Virciniya və Oreqon şəhərlərində aparılmışdır. Filmin baş qəhramanları, dünya film ulduzu Viqqo Mortensen (ata) və balaca aktyor Kodi Smit-McPheedir (oğul). Baş vermiş böyük fəlakət nəticəsində dünya məhv olmaqdadır. Bitkilər və heyvanlar hamısı ölmək və yox olma ərəfəsindədir. Güclü zəlzələlər və təbbi fəlakətlər baş verir. Bir ata və oğul dağılmaqda olan dünyada həyat mübarizəsi aparmaqdadılar. Fəlakətdən öncəki günlər əksəriyyət vaxt kişinin yuxularında öz əksini tapır.
Yol Ayrıcında (1988)
Yol Nəğməsi (film)
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir.Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir.Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur.Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır. Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü.Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü. İştirakçılar Mövzusu Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır.İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır.Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.O, ömrü boyu teatr tamaşaçıları üçün pyeslər yazıb şöhrət əldə etmək xəyallarında olmuşdur.Təhsilli olması ilə öyünsə də, bunun o qədər də önəm kəsb etmədiyini özü də dərk edir.Ölən qardaşının borclarını ödəmək məqsədi ilə meyvə bağçalarını da qonşulara satmaq məcburiyyətində qaldıqdan sonra maddi vəziyyəti daha da ağırlaşır. Ərinin əksinə kifayət qədər bacarıqlı və avtoritar bir qadın olan Sərbocaya daha realist düşünür.Evin bütün yükü də onun üstündədir.Evin iki uşağı olan Durqa və Apunun problemlərini yoluna qoymalıdır.

Digər lüğətlərdə