Yeni yol (qəzet)

"Yeni yol" qəzeti — ictimai, ədəbi qəzet.

Yeni yol
Növ Həftəlik qəzet (1922-24)gündəlik qəzet (1925-39)
Baş redaktorlar Cəlil Məmmədquluzadə, B. Bəhramov
Yaranma tarixi 1922
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1939

Əvvəllər Yeni Əlifba Komitəsinin, 1925 ildən isə Azərbaycan K(b)P MK orqanı olmuşdur. İlk nömrəsi 1922 il sentyabrın 21-də, sonuncu nömrəsi 1939 il fevralın 28-də çıxmışdır.

1924 ilin axırınadək həftəlik, 1925 ildən isə gündəlik nəşr olunmuşdur. Cəlil Məmmədquluzadə 1922 il 5-ci saydan 1922 il 26-cı sayadək qəzetin redaktoru olmuş, 1923 il 38-ci sayına kimi B.Bəhramovla birlikdə redaktorluq etmişdir. "Yeni yol" qəzeti yeni əlifbanı təbliğ etmiş, savadsızlığın ləğvi və mədəni inqilabın qələbəsində mühüm rol oynamışdır. 1924 il mayın 1-də Cəlil Məmmədquluzadə öz xahişi ilə redaksiya heyəti üzvlüyündən azad edilmişdir. Ədib "Yeni yol"-da bir neçə məqalə və felyetonla iştirak etmiş, onun "Rus qızı', "Müəllim", "Taxıl həkimi", "Şərq fakültəsi", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Buz", "Hamballar", "Yan tütəyi" kimi hekayələri burada çap olunmuşdur.[1]

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 295.
  • Mehriban Sultan. Mollanəsrəddinçilər "Yeni Yol"da. Naxçıvan: Qeyrət. 2006.
  • Mehriban Sultan. Milli mətbuat tarixində "Yeni yol" qəzeti. Bakı: Elm və təhsil. 2015.