Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti.
Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir.
Fars ostanı:
Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi.
İsfahan ostanı:
Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri.
Çahar-Mahal və Bəxtiyari ostanı:
Bürucin, Şəhrikürd və Saman şəhərləri.
Kohgiluyə və Boyer-Əhməd ostanı:
Gəçsaran
Buşehr ostanı:
Dəştistan, Dəşti və Buşehr şəhərləri.
Xuzistan ostanı:
Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri.
XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.