QALAQ

Dilimizdə “складывать” mənasını verən qa feili olub, qalamaq, qalaq kimi sözlər onun əsasında əmələ gəlib. Sözün qədim mənası nəyisə “üst-üstə yığmaq” demək olub. Ocaq qalamaq ifadəsindəki qalamaq “odunları üst-üstə yığmaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QALA
QALDIR
OBASTAN VİKİ
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq (verilənlər strukturu)
Qalaq informatika elmində — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Gündəlik həyatımızda biz qalaq olaraq bir-birinə dirənərək konus və ya piramida formasında structur yaradan cisimlər (adətən eyni tipli) yığınına deyirik. Dilimizdə "tongal qalamaq" ifadəsi də yandırılacaq cisimlərin əvvəlcə qalaq şəklində yığılması ilə bağlıdır. Qalaq verilənlər strukturunun da forması qalağı xatırlatdığı üçün bu cür adlandırılıb. Qalağı digər ağaclardan fərqləndirən əsas əlaməti onun həmişə tam və ya tama yaxın olmasıdır, yəni onun çiyinləri kötükdən yarpağa qədər mümkün qədər bərabər hündürlükdə olmalıdır. Ancaq son səviyyə tam olmaya bilər, bu zaman isə son səviyyənin mövcud qovşaqları ağacın mümkün qədər sol yarpaqlarını təşkil etməlidir. Bu isə bir səviyyə tam doldurulmayanadək, növbəti səviyyəyə keçilməməklə təmin edilir. Bu tələblər bir tərəfdən ağacın mümkün olan ən kiçik hündürlüyünü təmin edir, belə ki, N sayda qovşaqdan ibarət ağacın hündürlüyü həmişə O ( l o g N ) {\displaystyle O(log\ N)} olur, digər tərəfədən isə qalağı xətti (bir ölçülü) massivdə yerləşdirməyə imkan verir. Qalaq strukturuna olan digər tələb, onun kiçik (min) və ya böyük (max) qalaq olmasından asılı olaraq, qovşağın hər bir törəməsinin özündən böyük ya bərabər və yaxud kiçik ya bərabər olmasıdır. Kiçik qalaq halında bu kötüyün ən kiçik, böyük qalaq halında isə ən böyük element olmasını təmin edir.
Birlikdə qalaq (televiziya serialı)
Birlikdə qalaq —Edmonds Kofer tərəfindən yaradılmış Amerika romantik komediya serialıdır. 11 yanvar 2011-ci ildə Qara Əyləncə Televiziyasında premyerası olmuşdur. Serialın adı Al Grinin 1972-ci ildə eyni adlı mahnısına istinad edir. Serialın premyerası 4,4 milyon tamaşaçı çəkdi. Başlanğıcda Ruh Qidası ulduzu Malinda Vilyams baş rola çəkildi. Açıqlanmayan səbəblərdən onu Nadin Ellis əvəz etdi. Kristal, Karles və Kitanın əmisi oğlunu canlandıran aktyor heyətinə yeni aktyor heyəti üzvü Kila Pratt qoşuldu. 13 aprel 2012-ci ildə şounun üçüncü mövsüm üçün yeniləndiyi məlum oldu. Üçüncü sezonun premyerası 26 mart 2013-cü ildə baş tutdu. == Konspekt == Gəlin Birlikdə qalaq, mətbəxini təmir etmək üçün işə götürdüyü podratçı Çarliz Vitmor ilə (Bert Belasko) nişanlı olan pediatr Steysi Lorensin (Nadin Ellis) hekayəsidir.
Aşaği Qalaquz
Aşaği Qalaquz — İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Qalaqayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi. Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.
Qalaqayın bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalaqayın məscidi
Qalaqayın məscidi — Səfəvilər dövlətinin inzibati bölgüsü olan Təbriz bəylərbəyliyi Ərdəbil əyalətinin Muğan mahalında tikilmiş məscid. Daş qeydlərdə Hacı Zeynalabidin adlı şəxs tərəfindən 1831-ci ildə təmir edildiyi qeyd edilmişdir. Sonuncu dəfə 1988-ci ildə əsaslı şəkildə təmir olunub. Məscid düzbucaqlı formadadır, divarları ərəbcə Quran ayələri ilə bəzədilib. İbadət evinin bir minarəsi və üç günbəzi var. Minarə dəmirdəndir və onun hündürlüyü 17 metr təşkil edir. Günbəzlər də dəmirdəndir və məscidin damında yerləşir. Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunub. Baba Samid məqbərəsi Şamaxı məscidi Köhnə hamam mes.mctgov.az.
Qalaqazi (Bostanabad)
Qalaqazi (fars. قلعه قاضي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (93 ailə).
Qalaqolar
Galagidae (lat. Galagidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Qalaqurinə (Sayınqala)
Qalaqurinə (fars. قلعه قورينه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (15 ailə).
Qalaqurma (şahmat)
Qalaqurma — Şahmat termini Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti.
Qalaqapı
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır. Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir.
Qalaqayın (qala)
Qalaqayın (Qalagah,Qala əl-Nahiyə,Qalaqanı, Həsənqala) — Qalaqayının tarixi mərkəzini əhatə etmiş istehkam və nahiyə qalası. "Qalaqayın" toponimindəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Bu toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.

Digər lüğətlərdə