Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən).
== Həyatı ==
Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir.
Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.