Diş və gözlə bağlı işlədilir. Turş şey dişi, parıltı isə gözü qamaşdırır. Bunlar müxtəlif kəlmələrdir. Mənbələrdə dişlə bağlı qamar sözü işlədilib. Alimlər ehtimal edir ki, kam (kamına çəkmək deyirik) sözü burada başlıca rola malikdir, hətta rus dilindəki оскомина sözünün də kökü məhz kom kəlməsindən ibarətdir. Kam –“diş, ağız, daşmaq” mənasını verən sözdür. Qımışma sözü “dodağın qaçması, dişin görünməsi”dir. Deməli, qam dişlə bağlı sözdür. Gözlə bağlı qamaşıq sözünü Radlov qarlaşmaq kəlməsi zəminində izah edir: qarın parıltısı gözün yaxşı görməsinə mane olur. Ruslar buna ослепление (оскомина yox) deyirlər ki, bu da qamaşmaq kəlməsinin ослепить olduğuna dəlalət edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)