QAMƏTLİLİK
QAMIŞLI
OBASTAN VİKİ
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Qamış Burun
Qamış Burun (ukr. Камиш-Бурун, krımtat. Qamış Burun) — Kerç yarımadasının ucqar şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Sahilləri hamardır. Ərazisində Nimfey şəhərciyi və Nijnı Burunski mayakı yerləşir. Şimal sahili boyunca Qamış Burun dili uzanır. Şimal-şərqində Çurbaş gölü qərarlaşır.
Qamış bayramı
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qamış bülbülü
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. == Yaşayış tərzi == Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Qamış məscid
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Qamış rəqsi
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qamış siniri
== İstinadlar ==
Dal qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qamış Burun dili
Qamış Burun dili (ukr. Камиш-Бурунська коса) və ya "Arşınsev burnu" — Kerç yarımadasının cənub-şərqində, Qamış Burun buxtasının sahilində yerləşir. Kerç şəhərinin inzibati ərazi vahidliyinə daxildir. 1996-cı ildən burada suyun eroziya fəaliyyəti nəticəsində tikililər və evlərdə dağılmalar müşahidə edilir. 2007-ci ilin yanvarında güçlü küləyin təsiri ilə dəniz suyu «Arşınsen Balıqtəmizləmə zavodu» ASM balansında olan yataqxananı basır. Nəticədə 51 nəfər təxliyə olunur (bunlardan 8 uşaq olur). == Mənbə == Qamış Burun dili.
Ətirli qamış
Ön qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qamış fleyta mağarası
Qamış fleyta (çin. 芦笛岩) — Çində yerləşən mağara. Mağara öz adını çöldə böyüyən, tütək düzəldilə bilən qamış növündən almışdır. == Haqqında == Flute mağarası çoxlu sayda stalaqmit və digər qaya birləşmələri ilə doludur. İçəridə mürəkkəblə yazılmış 70-dən çox yazı var ki, onların da Tang sülaləsi dövründə eramızın 792-ci ilə aid edilməsi mümkündür. 1940-cı illərdə Yapon qoşunlarından qaçan bir qrup qaçqın tərəfindən yenidən kəşf edilmişdir. Reed Flute mağarası müxtəlif stalaktitlər və stalaqmitlərlə doludur. Mağaranın 70-dən çox mürəkkəb yazılarından ən qədimi bu dövrə aiddir. Səyahətnamələr, şeirlər və ya digər yazılar olsun, bu yazılar Reed Flute mağarasının qədim ziyarətçilərinin qeydini təmin edir və bu günə qədər müasir ziyarətçilər üçün divarları bəzəyir. Bu divarlar, saysız-hesabsız su eroziyası nəticəsində o qədər müxtəlif növ təbii qaya strukturları yaratmaq üçün aşınmış əhəng daşından hazırlanmışdır ki, Reed Flute Mağarasına "Təbiət İncəsənət Sarayı" ləqəbi verilmişdir.
Adi qamışquşu
Aşağı Qamışkan (Çaypara)
Aşağı Qamışkan (fars. قمشكان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (24 ailə).
Mehmanın qamışlığı
Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir. == Toponimikası == Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.
Qamışlıgöl (Ağdərə)
Qamişlıgöl - Ağdərə rayonunda göl adı. Qamış bitən göl mənasındadır. == İnzibati yeri == Ağdərə rayonu 1930-cu ildə təşkil edilmişdir.Sahəsi 1705 kv.km əhalisi 44.4 min nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 2 şəhər tipli qəsəbə, 57 kənd var idi.Mərkəzi şəhər tipli Ağdərə qəsəbəsidir. Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. == Həmçinin bax == Qamışlıgöl Ağdərə rayonu == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Qamışlıtamak (Bakalı)
Qamışlıtamak (başq. Ҡамышлытамаҡ, rus. Камышлытамак) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 57 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (44%), başqırdlar (39%) üstünlük təşkil edir.
Qamışoba
Qamışoba (əvvəlki adı: Qamışovka) — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışovka kəndi Qamışoba kəndi adlandırılmışdır.
Qamışovka
Qamışoba (əvvəlki adı: Qamışovka) — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışovka kəndi Qamışoba kəndi adlandırılmışdır.
Qamışqaran (Qürvə)
Qamışqaran (fars. كامشگران‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 716 nəfər yaşayır (162 ailə). Əhalisini kürdlər təşkil edir.
Qamışqut
Qamışqut — Tiflis quberniyasının Borçalı qəzasında, (İndi Ermənistanın Quqar rayonunda) kənd adı. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. == Tarixi == XIX əsrin ortalarında kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1887-ci ilə aid məlumata görə kəndin əhalisi erməni idi. XX əsrin sonlarında azərbaycanlıların bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1919-cu ildə kəndin Azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə ermənicə kənd Yexeqnut adlandırılmışdır. Azərbaycan dilindəki qamış və monqolca xot "düşərgə" və ya qut (bax: Burun-qot) sözlərindən ibarətdir. == Toponimi == Toponim qamış bitki adı ilə qədim türk dilində "kəndin, yaşayış məntəqəsinin yaxınlığında qoyunların salındığı yer" mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlmişdir. "Qamışdan qoyunları saxlamaq üçün düzəldilən yer" mənasını ifadə edir.
Qamışquşu
Qamıştala
Qamıştala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qamışvari qarğı
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).

Digər lüğətlərdə