qanunun hər maddəsi

the letter of the law буква закона
qanunsuz qazanılmış pul
qanunun qüvvəsi
OBASTAN VİKİ
Melanj maddəsi
Melanj — raket yanacağlarıının oksidləşdirici komponentidir və son dərəcə ekoloji təhlükəli, yüksək aqressiv və toksiki kimyəvi maddədir. Qatılaşdırılmış azot turşusunda həll olunmuş 22 % nitrat oksidindən ibarətdir, üzvi və yanan maddələrlə əlaqədə olaraq alışmağa və partlayışa gətirib çıxarır. Nitrat turşusunun və nitrat oksidinin raket mühərrikinin kommunikasıyasına, korroziyadan qorumaq məqsədilə yod və ftor tərkibli inhibitorlar əlavə olunur. Oksidləşdirici komponentin insan orqanizminə təsiri — dəriyə və selikli qişaya düşərsə ağır kimyəvi yanığa gətirib çıxarır, eləcədə nəfəs yollarına təsir etdikdə iltihabi proseslərə, hətta ciyərlərin toksiki şişkinliyinə də gətirib çıxara bilər. Nitrat turşusunun əsasında oksidləşdirici komponentlər qiqroskopik və tərkibində 65% reaksiyaya qabilliyyətli oksigen olan yüksək təsirli zəhərli maddələrdir. Bu komponentlərin fiziki xassələri tərkiblərində nitrat oksidlərinin və suyun olması ilə təyin edilir. Əsas xassələri açıq sarıdan qonur rəngə qədər, sıxlığı 15,60C şəraitində 1,511–1,575q/sm3 — , qaynama temperaturu – 66–860C. Hal-hazırda məlumdur ki, melanjin utilizasiyası 2 istiqamətdə aparılır: Ləğv etmə (yandırma yolu ilə) bu üsul iqdiqadi və ekoloji səbəblərdən sənaye miqyasda reallaşa bilməz Melanjin neytrallaşması üsulu ilə texniki təyinatlı məhsulun alınması Melanjın utilizasiyası nəticəsində alınan, xalq təsərrufatı sahəsində istifadə oluna bilən məhsul , geniş və maraqlı perspektivlərə səbəb olur. Мельников Н. Н., Новожилов К. В., Пылова Т. Н. Химические средства защиты растений. Справочник, М.1980, с.255–56 Pashkov, V. İ. Kuzmin, Yu. S. Filatov, S. G. Bogdanov.
Qanunun missiyası (film, 1992)
Ədalətin missiyası (ing. Mission Of Justice) — 1992-ci ildə döyüş janrında çəkilən filmdir. Polis vəzifəsində çalışan Kurt Harris küçədə qadını döyən cinayətkarı həbs edir. Lakin sabahısı gün həmin cinayətkar həbsdən buraxılır. Cinayətkar həbsdən çıxan kimi yenidən qadını döyməyə başlayır. Qadının köməyinə yetişən Kurt Harris və dostu Titus cinayətkarı öldürür. Lakin qadın ağır zərbələrdən ölür. Bu hadisədən sonra Kurt polis məntəqəsinin rəhbəri ilə mübahisə edir və ona zərbə endirərərk işdən könüllü surətdə azad edilir. Amma polis məntəqəsindən başqa şəhərdə küçələrin nəzarəti ilə məşğul olan xüsusi təşkilat vardır. Təşkilat rəhbəri Reyçel Larkin şəhər Meri olmaq niyyətindədir.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Hər şeyi riktırlamaq
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır. Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır. Smit ailəsi Cerrinin qardaşı Stiv ilə səhər yeməyi edir və Cerri elektron poçt vasitəsilə səyahət biletləri əldə etdiklərini deyir. Stiv bildirir ki, bu biletləri onlara ona burada bir il qalmasına icazə verdikləri üçün alıb. Bu zaman Rik otağa daxil olur və lazer tapançası ilə Stivin başından vurur. Bütün ailə dəhşətə düşür, lakin Stivin əsl olmadığı məlum olur.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Vudro Vilsonun 14 maddəsi
Ön dörd maddə — Birinci Dünya müharibəsinə son qoymaq üçün sülh danışıqları üçün istifadə edilməli olan sülh prinsipləri haqqında bəyanat. Prinsiplər prezident Vudro Vilsonun ABŞ Konqresində müharibə məqsədləri və sülh şərtləri ilə bağlı 8 yanvar 1918-ci il tarixli çıxışında qeyd edilmişdir. Bununla belə, onun əsas müttəfiq həmkarları (Fransada Corc Klemenso, Böyük Britaniyadan Devid Lloyd Corc və İtaliyadan Vittorio Emanuele Orlando) Vilson idealizminin tətbiqinə şübhə ilə yanaşırdılar. ABŞ 6 aprel 1917-ci ildə İttifaq dövlətlərinə qarşı mübarizədə Antantaya qoşulmuşdu. Onun müharibəyə girməsi qismən Almaniyanın Fransa və İngiltərəyə gedən ticarət gəmilərinə qarşı sualtı müharibəni bərpa etməsi və həmçinin Zimmermanın teleqramı ilə bağlı idi. Bununla belə, Vilson Avropada böyük güclər arasında uzun müddətdir davam edən gərginlikdə ABŞ-ın iştirakından yayınmaq istəyirdi. O həmçinin Amerikanın müharibədə iştirakını millətçi mübahisələrdən və ya ambisiyalardan ayırmağa çalışmaq istəyirdi. Rusiya hökumətinin süqutundan sonra bolşeviklər müttəfiqlər arasında bağlanmış gizli müqavilələri ifşa etdikdə mənəvi məqsədlərə ehtiyac daha da aktuallaşdı. Vilsonun çıxışı həmçinin 1917-ci il Oktyabr inqilabından dərhal sonra Vladimir Leninin 1917-ci il noyabr Sülh haqqında fərmanına cavab verirdi. Vilsonun çıxışı bir çox daxili mütərəqqi ideyaları götürdü və onları xarici siyasətə (azad ticarət, açıq razılaşmalar, demokratiya və öz müqəddəratını təyin etmə) çevirdi.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər şeyin satıldığı mağaza
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Yeva haqqında hər şey
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
Hər şey yaxşılığa doğru
Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi. Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır. 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir. 2) 1998 Klermont Ferra Film Festivalı. Fransa 3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir. 4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı.
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Hər şey hər yerdə və bir anda (film, 2022)
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Neft boy maddəsi (film, 1963)
Film akademik Hüseynov tərəfindən neft boy maddəsinin kəşf olunması, bu kəşfdən təsərrüfatda, heyvandarlıqda, tibb sahəsində istifadə edilməsi haqqında bəhs edir.
Hər bir insan hökmdardır (kitab)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər şeyin satıldığı mağaza (kitab)
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi Avropa İnsan Hüquqları Konvensiyasının ilk maddəsidir. Burada qeyd olunur ki, "Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər." Yurisdiksiyanın nə dərəcədə ərazi xarakteri daşıması baxımından üzv dövlətlərin "yurisdiksiyası" Məhkəmədə bir neçə dəfə mübahisələndirilmişdi. Məhkəmə Konvensiyaının ərazi təbiətindəki istisnaların tanınması arasında bir yol seçdi və Loizidou Türkiyəyə qarşı işində (İlkin Etirazlar) (1995) 20 AHRR 99 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müəyyən etdi ki: Konvensiyanın məqsədini nəzərə alaraq, Razılığa gələn Tərəfin məsuliyyəti, hərbi əməliyyat nəticəsində — qanuni və ya qanunsuz — milli ərazisi xaricindəki əraziyə təsirli nəzarət həyata keçirdiyi zamanda da yarana bilər. Konvensiyada göstərilən hüquq və azadlıqların belə bir ərazidə təmin edilməsi öhdəliyi, birbaşa, silahlı qüvvələri və ya tabe olan yerli idarəetmə vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq, bu cür nəzarət faktından irəli gəlir. Bu səbəbdən, Türkiyənin öz nəzarətində olan Şimali Kiprdəki hərəkətləri Konvensiyanın tətbiq dairəsinə düşür.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi, "qanunauyğun" və " demokratik cəmiyyətdə zəruri" olan bəzi məhdudiyyətlərə tabe olaraq, ifadə və məlumat azadlığı hüququnu təmin edir. Bu hüquqa fikir sahibi olmaq, məlumat və fikir almaq və yaymaq azadlığı daxildir. Maddə 10 – İfadə azadlığı 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. "Televiziya, yayım və ya kino müəssisələrinin lisenziyalaşdırılması" ilə bağlı müddəa, yəni dövlətin media şirkətlərini lisenziyalaşdırmaq hüququ mövcud tezliklərin sayının məhdud olması və o dövrdə Avropa dövlətlərinin əksəriyyətinin televiziya və yayım inhisarına sahib olması səbəbindən daxil edilmişdir. Daha sonra məhkəmə qərarına əsasən, "son onilliklərdəki texniki irəliləyiş səbəbiylə bu məhdudiyyətlərin əsaslandırılması mövcud tezliklərin və kanalların sayına istinad edilməyəcəyini bildirdi." Audiovizual mediadakı ictimai inhisarlar məhkəmə tərəfindən 10-cu maddəyə zidd olaraq görülmüşdür, çünki bunlar bir çox məlumat mənbəyini təmin edə bilməzlər.
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi — yaşamaq hüququnun qorunmasını nəzərdə tutur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. Maddə özündə qanunla nəzərdə tutulmuş edam halları ilə bağlı məhdudlaşdırılmış bir istisnanı əks etdirir və bununla yanaşı, həyatdan məhrumetmənin əsaslandırıla bilən olması ilə bağlı nəzarət edilməli hallar göstərilir. Qanunda nəzərdə tutulmuş edamların məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulmuş istisna Konvensiyaya əlavə olunmuş aşağıda göstərilən Protokolları imzalayan dövlətlər üçün daha sonra Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı ( ölüm cəzasının ləğvi) və 13 saylı ( bütün hallarda ölüm cəzasının ləğvi) Protokolları ilə məhdudlaşdırıldı. Qeyd etmək lazımdır ki, 6 saylı saylı protokolun 2-ci maddəsində göstərilir ki, dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir. 13 saylı Prokol isə sonrasında ölüm cəzasının artıq bütün hallarda ləğvi nəzərdə tutulurdu. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, "2-ci Maddə, Konvensiyanın ən əsas müddəsı kimi öz yerini alır." 2-ci maddənın adı altında, bir dövlətin üzərinə götürdüyü öhdəliklər üç əsas aspektdən ibarətdir: qanunla nəzərdə tutulmayan həyatdan məhrumetmədən çəkinmək vəzifəsi; şübhəli ölümləri araşdırmaq vəzifəsi; və müəyyən hallarda, qarçınılmaz həyat itkilərinin qarşısını almaq üçün addımlar atmaq öhdəliyi (pozitiv öhdəlik). Yaşamaq hüququ, Maddə 2 1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Maddə 3 — İşgəncələrin qadağan olunması. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu hüquqa heç bir istisna və ya məhdudiyyət yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi 3-cü maddənin əsas mahiyyətini qadağanın "qurbanın davranışından asılı olmayaraq" mütləq şərtlərlə edildiyini qəbul edərək vurğulamışdır. Məhkəmə, eyni zamanda, dövlətlərin qəbul edən dövlətdə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcək şəxsləri ekstradisiya edə və ya təhvil verə bilməyəcəyinə qərar vermişdir. Məhkəmə daha sonra bu müddəanın bir şəxsin qəbul edilən dövlətdə işgəncəyə məruz qalma ehtimalının olduğu təqdirdə xarici dövlətə verilməsini qadağan etdiyini qeyd etmişdir. Bu maddə şəxsin ölüm cəzasına məruz qalma ehtimalı olduğu təqdirdə bir dövlətin başqa bir dövlətə təhvil verməsini qadağan etdiyi kimi şərh edilmişdir. Bununla belə, bu maddə bir dövlətin öz ərazisində ölüm cəzası verməsini qadağan etmir. Məhkəmə 1996-cı ildə Aksoy Türkiyəyə qarşı (1997) əlləri arxasına bağlı şəkildə qolları üzərində dayandırılan bir məhbusun işində Türkiyəni işgəncə faktına görə təqsirli hesab etdi.
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi — azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. Maddə 5 — Azadlıq və toxunulmazlıq hüququ 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması; 2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 3. Bu maddənin 1-ci bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 4.