qaqauzlar

qaqauzlar
qaqauzca
qaqqa 2021
OBASTAN VİKİ
Qaqauzlar
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur. Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi .
Moldovada qaqauzlar
Moldovada qaqauzlar — Moldova ərazisində yaşayan ən iri milli azlıqdan biri. Besarabiyada ruslar tərəfindən aparılan kolonizasiyalaşdırma siyasətinə baxmayaraq qaqauzlar bölgədə mövkəmlənə bilmişlər. Onlar Moldova ərazisində qeyri bərabər paylaşmışdır. Onlar əsasən ölkənin cənubunda üstünlük təşkil etirlər. Xüsusi ilə Qaqauz Muxtar Regional Torpağı ərazisində cəmləşmişlər. Qaqauzlar əsasən kənd təsərrüfatı sahələrində çalışırlar. Bu səbəbdən qaqauzlar arasında kənd əhalisi üstünlük təşkil edir. Qaqauzların ölkənin milli tərbinində rolu getdikcə artır. Qaqauziya ərazisində isə onların say artımı nəticəsində respublikanın 83,8 % əhalisini təşkil edir. Qonşu Tarakli rayonunda isə əhalinin 9,0 % təşkil edir.
Rumıniyada qaqauzlar
Rumıniyada qaqauzlar ən qədim etnik azlıqlardan biridir. Onların əsas yaşayış məntəqələri Dobruca bölgəsində (Rumıniyanın cənub-şərqi) yerləşir və onların əsas dini pravoslavlıqdır. Qaqauz xalqının Dobruca və Deliorman bölgələrində yaşadığı 13-cü əsrdən məlumdur. XIX əsrin əvvəllərində Dobrucadaki qaqauzların sayı hələ çox idi. Bessarabiya torpaqlarının Rusiya imperiyasına keçdiyi dövrdə (1812), qaqauzların kiçik bir hissəsi Dobrucadan Bessarabiyaya köçmüşdür, çünki orada qaquzları imtiyazlar vəd edilmişdir ki, onlar hərbi xidmət və çar hökumətinin qoyduğu vergilərdən azad idilər, həmçinin onlara müharibə və quldur terroru ilə əhatə olunmuş Balkan yarımadasını tərk etmək imkanı verilmişdir. Dobrucada (Bolqarıstanın şimal-şərqi və Rumıniyanın cənub-şərqi) qalan əhalinin əksəriyyəti assimilyasiya olunmuşdur. Rumıniya, Rusiya, Bolqarıstan dövlətləri qaqauzların assimilyasiyasına güclü təsir etmişdilər. Bu cür proseslər 1918-1944-cü illərdə Rumıniyanın "Bessarabiyanın azad edilməsi" zamanı da baş verirdi. 1940-1941-ci illərdə SSRİ XDİK "Bessarabiyada xalq düşmənləri" şüarları altında qaqauzlar arasında kütləvi təmizləmələr aparmış, XDİK əməkdaşları yüzlərlə qaqauz ailəsini repressiya etmişdilər. Qaqauzlar ilk dəfə SSRİ-də hərbi xidmətə çağırılmışdılar, sovet işğalı dövründə qaqauzları rus dilində danışmağa məcbur edirdilər və doğma dillərində ünsiyyətləri qadağan olunmuşdur.
Braziliya qaqauzları
Braziliya qaqauzları — türk dilli qaqauzların diasporu. Braziliya qaqauzlarının böyük qismi San-Pauluda cəmləşmişdir. == Tarixi == Qaqauzların Argentina və Braziliyaya kütləvi axını 1922-ci ildə, Bessarabiyanın Rumıniya tərəfindən idarə edildiyi zaman başlayır. == Tanınmış şəxsiyyətləri == Dmitri Dyakov – Kiriyet-Lunqa kəndindəndir, San Xose dos Kamposun küçələrindən biri onun adını daşıyır. Afanasio Yazaci - jurnalist.
Ukrayna qaqauzları
Ukrayna qaqauzları — Qaqauzlar Ukraynada yaşayan çoxsaylı xalqlar arasında öz saylarına görə 18-ci yerdədirlər. Ukraynada baş tutmuş 2001-ci il siyahıyalınmasına əsasən onların bu ölkədəki sayı 31.900 nəfərdir. Əcdadları əsasən 1812–1830-cu illərdə Osmanlı İmperiyasının Bolqar torpaqlarından köçürülmüş pravoslavlardır. Odessa vilayətinin cənub-qərbində Qaqauziya Muxtar Bölgəsi ilə olan sərhəd boyunca kompakt şəkildə yaşayırlar. Bununla da Ukrayna qaqauzların kompakt şəkildə yaşadıqları iki ölkədən biridir. Bessarabiya bolqarları kimi qaqauzların da kompakt yaşadıqları ərazilər USSR və MSSR arasında bölünmüşdür. Sonradan bu sərhədlər SSRİ dağıldıqdan sonra Moldova və Ukrayna arasında olan rəsmi dövlət sərhəddinə çevrildi. Bununla yanaşı sovet dövründə ittifaq dağılandan sonra baş verənlərin əksinə olaraq Ukrayna SSR ərazisində qaqauzların sayı durmadan artırdı. Bu dövr ərzində onların ölkədəki sayı 23.500-dən 32.000 nəfərə qədər artmışdı. 1959–1989-cu illər ərzində Ukrayna SSR ərazisindən Moldova SSR ərazisinə və eləcə də RSFSR ərazisinə qaqauzların miqrasiyası xarakterik idi bu isə yetəri qədər böyük qaqauz diasporunun yaranmasına səbəb olub.
Ümumdünya Qaqauzlarının Konqresi
Ümumdünya Qaqauzlarının Konqresi (qaq. Dünnää gagauzların kongresi) hər 3 ildən bir Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilir. Tədbirdə dünyanın hər yerindən olan qaqauzlar toplaşırlar. Muxtar bölgəsinin tarixində qaqauzların ilk konqresi 2006-cı ildə təşkil edilmiş və iyulun 20-dən 21-dək keçirilmişdir. İki gün ərzində tədbir iştirakçıları Qaqauziyanın tarixi və həyatı ilə tanış oldular, mədəniyyət və tarixi müəssisələrini ziyarət etdilər. Konqresdə Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya və qaqauz diasporasının olduğu dünyanın bir sıra başqa ölkələrindən 220 nümayəndə iştirak etmişdir. Konqres Qaqauziya ilə xaricdəki qaqauz diasporunun nümayəndələri arasında sıx sosial-iqtisadi və mədəni əlaqələrin qurulmasına uğurla töhfə vermişdir. Qaqauzların ikinci konqresi 2009-cu ildə avqust ayının 18-dən 19-dək keçirildi. Əvvəlcə Komratın mərkəzi küçəsi boyunca Qaqauziya və digər ölkələrin milli folklor qruplarının paradı baş tutdu. Sonra mərkəzi meydanda, Qaqauziyanın müxtəlif şəhər və kəndlərə aid stendlərə baxıldı.