qarğı-qamışlı

qarğı-qamışlı
qarğı-qamış
qarğı-qamışsız
OBASTAN VİKİ
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qamışlı
Azərbaycanda Qamışlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Qamışlı (göl) — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Qamışlı — Lənkəran rayonu ərazisində çay. Gürcüstanda Qamışlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Ermənistanda Qamışlı (Sərdarabad) — Tarixi Azərbaycanda hazırda isə Ermənistan Respublikasına məxsus Qərbi Azərbaycanın Sərdarabad rayonunda kənd. Suriyada Qamışlı (Suriya) — Suriyada şəhər, Həsəkə mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi.
Adi qarğı
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Qamışvari qarğı
Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Qamışlı (Başkeçid)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.
Qamışlı (Bicar)
Qamışlı (fars. قمشلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qamışlı (Borçalı)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.
Qamışlı (Hurand)
Qamışlı (fars. قميشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Qamışlı (Kəlbəcər)
Qamışlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Qamışlı çayının sahilində, Dağətəyi ərazidədir. Yerli məlumata görə, keçmişdə Qaryagin qəzasinın (indiki Füzuli rayonu) Mərcanli kəndindən Qazixan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışlar. Kənddəki nəsillərdən biri indi də qazixanli adlanır. Qamişlı kəndi Qamişlı çayının adi ilə adlanmışdır. Kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.
Qamışlı (Qoşaçay)
Qamışlı (fars. قميش لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Qamışlı (Socasrud)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (12 ailə).
Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qamışlı (Urmiya)
Qamışlı (fars. قمشلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (34 ailə).
Qamışlı (Xudabəndə)
Qamışlı (göl)
Qamışlı — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı kiçik göldür. Mal-qara suvarmaq üçün istifadə edilir. Adını ətrafındakı qamışlıqdan almışdır.
Qamışlı (Çaroymaq)
Qamışlı (fars. قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 85 nəfər yaşayır (22 ailə).
Qamışlı (Duzluca)
Qamışlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Qamışlı (Göyçə)
Qanlı, Qamışlı, Torfavan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qamışlı (Əfşar)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (33 ailə).
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).
Əl-Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Qamışlı iğtişaşları (2004)
2004-cü il Qamışlı iğtişaşları — Suriya kürdlərinin 2004-cü ilin martında şimal-şərqdəki Qamışlı şəhərində üsyanı, Suriya Ərəb Silahlı Qüvvələri tərəfindən kürdlərə qarşı törədilən qətliam. "Ərəb kəməri" proqramı çərçivəsində Qamışlıya məskunlaşan ərəblərlə kürd sakinlər arasında onilliklər ərzində münasibətlər gərgin idi. 2004-cü ilin martında xaotik futbol matçı zamanı ərəb və kürd tamaşaçıları arasında toqquşma baş vermişdir. BƏƏS Partiyasının yerli ofisi kürd nümayişçilər tərəfindən yandırılmışdır. Onlar 2003-cü ildə Firdovsi meydanında heykəlin yıxılmasını əks etdirərək Qamışlı şəhərində Hafiz Əsədin heykəlini yıxmışdılar. Suriya Ordusu cəld cavab vermiş, əraziyə tanklar və helikopterlər tərəfindən dəstəklənən qoşunların yerləşdirilmiş və geniş dağıdıcı əməliyyatların başladılmışdır. Təhlükəsizlik qüvvələrinin şəhərə nəzarəti bərpa etməsi nəticəsində azı 30 kürd həlak olmuş, 160 nəfər yaralanmışdır. Təzyiqlər nəticəsində minlərlə suriyalı kürd İraq Kürdüstanına qaçmışdır. Suriya kürdləri Tejel, Jordi. The Qamishli revolt, 2004: the marker of a new era for Kurds in Syria // Syria's Kurds: History, Politics and Society.