qarı nənə

an old duck старушка
Qarğışın iki başı olur.
qarıxmaq (özünü itirmək, çaşmaq)
OBASTAN VİKİ
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nənə Xatun
Nənə Xatun (1857, Ərzurum – 22 may 1955, Ərzurum) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Qarı Körpüsü
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü. Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
İzergil qarı

Xalisə Qarı
Xalisə Qarı (tam adı: Xalisə Hacı Bayram qızı d. XVIII əsrin II yarısı - ö. ?) - Azərbaycanlı şairə. == Haqqında == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona “Qarı” (qoca, çox bilmiş) təxəllüsü vermişlər.
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Zibeydə Nənə (film)
Qırmızı qarı (pyes)
Qırmızı qarı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. “Qırmızı qarı” (1921) pyеsində ədib qarını “qırmızı tufan еlçisi”, müsbət bir оbraz kimi qələmə alır. Qarının bir arzusu var: "zəncir və zülm dünyasının axırına çıxmaq!" Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çеvrilir.
Güllü qarı məscidi
Güllü qarı məscidi — Şəki şəhərinin Kiçik Qala küçəsində yerləşən tarixi məscid. == Tarixi == Güllü qarı məscidi, 19-cu əsrin memarlıq incilərindən biri olaraq, Şəkinin Kiçik Qala məhəlləsinin dar küçələrində yerləşir. Bu tarixi məscid, yerli çay daşlarının ustalıqla hörülməsi nəticəsində yaranmışdır və Şərq memarlığının ənənəvi elementlərini özündə əks etdirir. Sadə, lakin nəfis görünüşü ilə seçilən bu kiçik məscid, əsrlər boyu yerli icmanın dini və ictimai həyatının ayrılmaz bir parçası olmuşdur. Məscidin divarları, zamanın sınağından keçmiş daşların şahidliyi ilə, nəsillərdən-nəsillərə ötürülən inancların və dəyərlərin daşıyıcısıdır. Sovet dövründə dini fəaliyyətlərin qadağan edilməsi səbəbindən bir müddət qapılarını bağlamağa məcbur olan məscid, 1990-cı illərdə ölkənin müstəqilliyini bərpa etməsi ilə birlikdə yenidən canlanmış və ibadətgah kimi fəaliyyətini davam etdirmişdir. Məscidin ətrafında formalaşan məhəllə həyatı, insanların bir araya gələrək dini və sosial tədbirlər təşkil etməsi, məscidin yalnız dini bir məkan deyil, həm də cəmiyyətin birləşməsinə xidmət edən bir mərkəz olduğunu göstərir. == Adının mənşəyi == Məscidin adı ilə bağlı rəvayətə görə, əsasən qadınların toplaşdığı bu məsciddə səliqə-sahmanın qorunmasına ən çox Güllü adlı bir qadın fikir verirmiş. Onun məscidə olan qayğısı və xidmətləri nəticəsində məscid camaat arasında "Güllü qarının məscidi" kimi tanınmağa başlamış və sonradan bu ad rəsmiləşmişdir. == Memarlıq xüsusiyyətləri == Güllü qarı məscidi çay daşından inşa edilmiş sadə, düzbucaqlı plana malikdir.
Sultan Səncər və qarı
Qarı ilə Sultan Səncərin hekayəti və ya bilinən qısa adı ilə Sultan Səncər və qarı — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər xəzinəsi" poemasının ikinci hekayəti. Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
92-ci ilin qarı
92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır.
92-ci ilin qarı (film, 2014)