qaragünçülük
qaragüneyli
OBASTAN VİKİ
Qaragüney
Qaragüney (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Qaragüney (Comərd) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Qaragüney (Zülfüqarlı) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Qaragüney (İğdır) - Türkiyənin Respublikasının İğdır rayonunun İğdır şəhərinə daxil olan kənd.
Qaragüney (Comərd)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Qaragüney (Kəlbəcər)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Qaragüney (Sabirabad)
Qaragüney — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kür çayının sahilində yerləşir. Kəndin əhalisi min nəfərdən çoxdur. Kənddə 2 ümumtəhsil məktəb mövcuddur. Əhalisi 1000 nəfərdən çoxdur. Kəndin əsas gəliri heyvandarlıq və əkinçilikdən gəlir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Qaragüney (İğdır)
Qaragüney — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Əvvəllər bir qəsəbə olan kənd 2000-ci ildən sonra kənd statusu almışdır. İğdırdan 39 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 65 nəfər kürd yaşayırdı.
Qaragüney bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaragüney nekropolu
Qаrаgünеy nеkrоpоlu — Gərməçаtаq kəndinin şimаl-qərbində, təpənin yаmаcındа yеrləşir. Qəbirlərin bəzisi sеl sulаrının tоrpаğı yumаsı nəticəsində аşkаr оlunmuşdur. Оnlаr müхtəlif istiqаmətlərə yönəlmiş dаş qutu tipli qəbirlərdən ibаrətdir. Qəbirlər yаstı sаl dаşlаrlа qurulmuş və еynitipli dаşlаrlа qаpаdılmışdır. Аrаşdırmа zаmаnı nеkrоpоlun ərаzisindən Sоn Аntik dövrə аid bir nеçə çəhrаyı rəngdə bişirilmiş kеrаmikа pаrçаsı аşkаr еdilmişdir. Аşkаr оlunmuş аrхеоlоji mаtеriаllаrа əsаsən, nеkrоpоlu I-II əsrlərə аid еtmək оlаr.
Aşağı Qaragüney (Çaroymaq)
Aşağı Qaragüney (fars. قره گناي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (39 ailə).
Orta Qaragüney (Çaroymaq)
Orta Qaragüney (fars. قره گناي وسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (40 ailə).
Yuxarı Qaragüney (Çaroymaq)
Yuxarı Qaragüney (fars. قره گناي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (39 ailə).