“Məni yaman qaralamısan” deyirik. Sözün əsli qaraqlamaqdır, yəni “göz altına almaq”, “nəzərdən qaçırmamaq”, “hər addımını izləmək” deməkdir. Qarağ qədimdə göz sözünün əvəzinə işlədilib. Zənn edirəm ki, elə göz (eləcə də görmək) kəlməsi də qaraq sözünün təhrifindən başqa bir şey deyildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)