qeyri-slavyan

qeyri-slavyan
qeyri-sintaktik
qeyri-spesifik
OBASTAN VİKİ
Slavyan
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Slavyan Bazarı
Slavyan Bazarı (belar. Славянскі Базар у Віцебску) — Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışmalarından biridir. 1992-ci ildən bəri keçirilir. Müxtəlif illərdə bu yarışmanın qalibləri arasında Rumıniya, Xorvatiya, Rusiya, Ukrayna, Serbiya, Makedoniya, Belorus təmsilçiləri olub. Bu il keçiriləcək "Slavyan bazarı" vokal festivalında Azərbaycanı "Eurovision 2011″in milli seçim turlarının finalçısı Aynişan Quliyeva təmsil edəcək.
Slavyan dilləri
Rus dili
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
Slavyan qrupu
Rus dili
Slavyan tayfaları
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur. Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir. Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var. Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir: Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil. Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur. Yanvar - leden ( led – buz) Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir) Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur) Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür) May - květen ( květ – çiçək sözündən törəmişdir ) İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır) İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib) Avqust - srpen ( srp – oraq sözündən ) Sentyabr - září (lİşıq saçır) Oktyabr - říjen (říje- adət sözündən törəyib) Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir) Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.) Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Qeyri-Elektrolitlər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Qeyri-müəyyənlik
Qeyri-müəyyənlik — cümlənin, müddəanın və ya həllin aydın şəkildə müəyyən edilmədiyi, bir neçə şərhi ağlabatan edən məna növüdür. Bu, bir işarənin, simvolun, şəklin və ya ifadənin birdən çox mənası ola biləcəyi vəziyyətləri təsvir edən bir termindir. Beləliklə, nəzərdə tutulan mənası məhdud sayda üsullarla bir qayda və ya prosesə uyğun olaraq qəti şəkildə həll edilə bilməyən hər hansı bir fikrin və ya ifadənin atributudur. Qeyri-müəyyənlik anlayışı çox vaxt fəlsəfə ilə əlaqələndirilir.
Qeyri-zorakılıq
Qeyri-zorakılıq — şiddəti qəbul etməmək və hər hansı məqsədə çatmaq üçün zorakılıqdan istifadə etməkdən imtinadan ibarət dəyər sistemi, etik və sosial anlayış. Qeyri-zorakılıq özünü fundamental dini, etik, fəlsəfi inanc və praqmatik siyasi strategiya kimi göstərə bilər. Xristianlıqda zorakılıq etməmək əmrləri Dağdakı Xütbədə verilmişdir. Onlardan biri belə idi: “Kim səni sağ yanağına vursa, digər yanağını da ona çevir” (Mf. 5:39). Buddizm, caynizm və hinduizmdə qeyri-zorakılıq anlayışı zorakılığın əksi olan və "canlı mövcudatlara zərər verməmək" mənasını verən ahimsa ideyasından irəli gəlir. Mahatma Qandinin ahimsa anlayışını qeyri-zorakılığın sinonimi kimi istifadə etdikdən sonra bu anlayış müasir Avropa mədəniyyətində bərqərar oldu. Bununla belə, ahimsa anlayışı Qandinin başa düşdüyü kimi, qeyri-zorakılığın aktiv, fəal tərəfini gizlədirdi. Qandi sonradan qeyri-zorakılığa dair fikirlərini ifadə etmək üçün hind fəlsəfəsində yeni “ satyaqraha ” konsepsiyasını işləyib hazırladı. Cəmiyyətə və hökumətə vətəndaş təsirinin bir yolu olaraq, sosial transformasiyaya aparan mübarizə strategiyası, qeyri-zorakılıq Hindistanda Britaniya hakimiyyətinə qarşı onilliklər boyu davam edən mübarizədə Mahatma Qandi tərəfindən həyata keçirildi.
Qeyri-müsəlman
Qeyri-müsəlman — islam hüququnda və dünyagörüşündə müsəlman olmayanları təsvir etmək üçün istifadə edilən termin. İslam prinsipləri ilə idarə olunan dövlətlərin idarəsi altında yaşayan, islamdan başqa əqidəyə malik olan fərdlər və icmalar həmçinin, zimmilər kimi təsnif edilir. İslam hüququ ümumiyyətlə dörd dinin mənsublarını "kitab əhli" hesab edir, baxmayaraq ki, imamların fərqli baxışları var. Bunlar xristianlar, yəhudilər, zərdüştilər və sabilərdir. Yenə islam şəriətinin müddəalarına əsasən, "kitab əhli" müsəlman ölkəsində yaşayarsa, onların varlığı və təhlükəsizliyi islam dövlətinin öhdəsində olur və onlara "əhli-zimmət", yaxud sadəcə olaraq zimmi deyilir. Osmanlı torpaqlarında yaşayan qeyri-müsəlmanlar da bu statusda idilər. Bu dörd dini qrupdan zərdüştilərə Osmanlı torpaqlarında heç vaxt rast gəlinməmişdir, sabilər isə demək olar ki, yox idi. Qalan iki qrupdan ən çoxsaylısı xristianlar idi. Yəhudilər xristianlardan daha az olsalar da, onların ölkə daxilində iqtisadi təsiri kifayət qədər böyük olmuşdur. Osmanlı imperiyasında yaşayan qeyri-müsəlmanları din, məzhəb və etnik vəziyyətinə görə aşağıdakı kimi təsnif etmək olar: Etnik olaraq rumlar, yunanlar, bolqarlar, slavyanlar, albanlar, rumınlar , qaqauzlar, macarlar, polyaklar, qaraçılar, ermənilər, gürcülər, aysorlar, xaldeylər, ərəblər, yəhudilər, qibtilər və həbəşlər qeyri-müsəlman ölkənin bir hissəsini təşkil edirdilər.
Qeyri-məzhəblilik
Qeyri-məzhəblilik və ya məzhəbsizlik — hər hansı bir xüsusi və ya spesifik dini məzhəbə tabe olmayan (və ya bununla məhdudlaşmayan) şəxs və ya təşkilat. Termin müxtəlif dinlərin, o cümlədən caynizm, bəhailik, zərdüştilik, unitar universalizm, neo-bütpərəstlik, xristianlıq, islam, iudaizm, hinduizm, buddizm və vikka kontekstində istifadə edilmişdir. Dini məzhəblə ziddiyyət təşkil edir. Qeyri-məzhəb əqidəsindən olan dindarlar müxtəlif dini məsələlərə və hökmlərə münasibətdə daha açıqfikirli olurlar. Qeyri-məzhəbli düşüncə tərzinə çevrilən bəzi şəxslər iştirak etdikləri əvvəlki institutlarda ənənəvi təlimlərlə bağlı mübahisələrin təsirinə məruz qalmışdılar. Bu, yerli əhalinin geniş dini inanclardan qaynaqlandığı zaman ictimai meydanda neytrallığın tətbiqi üçün bir vasitə kimi də istifadə edilmişdir.
Kilsə slavyan dili
Kilsə slavyan dili — qədim slavyan dillərindən biri, əsasən pravoslav kilsəsində ibadət zamanı istifadə edilir. == Mənbə == Учебник церковнославянского языка // Подготовлено Н. Е. Афанасьевой (МДАиС) Учебные пособия церковнославянского языка // Православное общество «Азбука веры». Церковнославянский словарь Orthodic.org. Библиотека святоотеческой литературы Orthlib.ru Крупнейшее в Интернете собрание ц.-сл. текстов в формате HIP. Библиотека святоотеческой литературы Orthlib.info. Материалы сайта Orthlib.ru в формате PDF. Библия на церковнославянском языке (PDF) (По «елизаветинскому» изданию 1900 г.) Сообщество славянской типографики + рассылки ССТ Arxivləşdirilib 2008-12-18 at the Wayback Machine. Ирмологий. Разработка и использование церковнославянских компьютерных шрифтов. Старославянские и церковнославянские шрифты. Методы компьютерного отображения церковнославянских текстов.
Qədim slavyan dili
Qədim slavyan dili — məlum qədim ədəbi slavyan dili. Termin IX əsr—XI əsr, bəzən isə XII əsrlərdə mövcud olmuş slavyan dillərinə aid edilir. Ən qədim yazılar X əsrə aid edilir, ancaq bir çox yazı abidələri XI əsrdə olub. Вайан, Андре. Руководство по старославянскому языку, Manuel du vieux slave,Пер. с франц. В. В. Бородич; под ред. и с предисл. В. Н. Сидорова, М. Издательство иностранной литературы, 1952, 447. Горшков А. И.Старославянский язык, 2-е, М. АСТ, Астрель, 2004, 142, Высшая школа.
Qərbi Slavyan dilləri
Qərbi slavyan dilləri — slavyan dil qrupunun bir hissəsidir. Bunlara polyak, çex, slovak, kaşub, yuxarı sorb dili və aşağı sorb dili daxildir. Dillər Çexiya, Slovakiya və Polşanı, eləcə də keçmiş Şərqi Almaniyanı və Ukrayna və Belarusiyanın ən qərb bölgələrini (və Litvanı ) əhatə edən davamlı bir bölgədə danışılır. Qərbi Slavyan qarşılıqlı surətdə başa düşülə bilmək dərəcəsinə əsaslanan üç alt qrupa, Çex-Slovak, Lexitik və Sorba aşağıdakı kimi bölür: Qərbi slavyan dillərinin, e.ə. III-VI əsrləri ətrafında Şərq slavyan və cənub slavyan budaqlarından ayrıldıqları kimi bəzi fərqli cəhətləri bunlardır: inkişaf proto-slavyan müasir Polish / Czech / Slovak noc kimi TJ, palatalized TS daxil dj, (d) z, ("gecə"; rus ночь müqayisə et ); qrupların saxlanması, polyak gwiazda olduğu kimi kv, gv ("ulduz"; rus звезда müqayisə et ; lakin qeyd də rus цвет və Ukrayna квіт , "çiçək"); tl, dl, Polyak / Slovak / Çex radlo/rádlo (" ard "; rus рало müqayisə et ); palated h, Polşa musze kimi š-ə çevrildi ( Locative mucha işi , "uçmaq"); pj, bj, mj, vj qrupları Polşalı kupię olduğu kimi l hərfini epentez etmədən (yumşaq) samit formalarına kupię ("Mən куплю "; rus куплю müqayisə et ); sabit stresə meyl (ilk və ya son hecada); sifət deklentasiyasının mənşəli təklik üçün -ego / -ého sonluqlarından istifadə edilməsi; Slovak / Polish / Çex ten aparıcı deyil, tъ çox əvəzlik forma tъnъ istifadə ( "bu" (Masc). Müqayisə Russian тот ); genitive forma čьso üçün adlıq və accusative čь (to) yerinə, Polşa gedən / Çex co uzadılması ("nə", rus что müqayisə edin ). Qərbi Slavyan dilləri kiril istifadə Şərqi Slavyan qolu və hər ikisini istifadə edən Cənubi Slavyan dilindən fərqli olaraq latın qrafikalı hərflərlə yazılmışdır. Erkən slavyan genişlənməsi c. Orta Avropaya çatdı. 7-ci əsrdə və sonrakı əsrlərdə Qərbi Slavyan ləhcələri ortaq Slavyan dilindən ayrıldı.
Slavyan-Rus Cəmiyyəti
Slavyan-rus cəmiyyəti—"Vahid, bölünməz Rusiya" uğrunda mübarizə məqsədilə Tiflis şəhərində yaradılmış qurum. 1918-ci il martın 11-də Konstantin Lizqarın sədrliyi ilə cəmiyyətin ilk iclası keçirilmiş, nizamnaməsi qəbul edilmişdi. 1918-ci il, martın 14-də qeydiyyatdan keçmiş nizamnaməsində onun slavyan və rus əsilli vətəndaşların milli, elmi, dini, məişət, texniki, tədris-tərbiyəvi birliyi məqsədilə yaradıldığı göstərilirdi. Bu məqsədə nail olmaq üçün cəmiyyət mövcud qanunlar çərçivəsində müxtəlif tipli (praktiki və ümumtəhsil) məktəblər, yaşlılar və uşaqlar üçün bazar günü məktəbləri, peşə kursları və qiraət zalları, klublar, körpələr evi və yetimxanalar, kilsələr, ambulatoriya və müalicə müəssisələri, kooperativlər, kredit dairələri, hüquqşünas, həkim, tibb bacıları dərnəkləri, cəmiyyət üzvləri üçün məşğulluq büroları, əyləncə yerləri, mətbuat orqanları və mətbəələr açmağı nəzərdə tuturdu. Nizamnamədə həmçinin, cəmiyyətin milliyətindən asılı olmayaraq hamıya mədəni-maarif və xeyriyyə yardımı göstərəcəyi qeyd olunurdu. Bakıda şöbəsi fəaliyyət göstərirdi. 1918-ci ilin dekabr ayının 3-də Slavyan-rus cəmiyyəti onun fəaliyyətinin əsasını təşkil edən ideyaların həyata keçirilməsi məqsədilə tərkibinə daxil olan cəmiyyət və təşkilat üzvlərinin mənafelərinin müdafiəsi istiqamətində birgə iş aparmaq üçün AXC parlamentinə daxil olmaq arzusu ilə Azərbaycan Milli Şurasının rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə müraciət etdi. Müraciət qəbul olundu və cəmiyyət 5 deputatla parlamentdə təmsil olunaraq fraksiya yaratdı. Cəmiyyət "bolşeviklərsiz Rusiya" ilə ittifaqa tərəfdar idi.
Slavyan Ulduzu 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan dil qrupu
Rus dili