Qlobus
Qlobus (lat. globus, “kürə”) – Yer kürəsinin 3 ölçülü modelidir. Digər planetlərin, həmçinin, Yerin təbii peyki olan Ayın da qlobusu mövcuddur.
Qlobuslar 1:30000000 (böyükmiqyaslı), 1:50000000 (ortamiqyaslı), 1:83000000 (kiçikmiqyaslı) miqyaslarda olur. Onlar əsasən fiziki və siyasi məzmunda hazırlanır. Qlobusda Yerin qütblərdən basıqlığı nəzərə alınmır. Üfüqi müstəviyə qlobusun oxunun meylliyi 66.5 dərəcə olur. Bu bucaq Yerin fırlanma oxunun orbit müstəvisinə olan meylliyinə bərabərdir.Yerin bu modeli və ya bu cür hər hansı bir model bizim dövrümüzə gəlib çatmasa da, onu görənlər belə nəql etmişlər ki, Kratos hazırladığı kürənin üzərində böyük bir quru hissə çəkmiş, onu kəsişən çaylar vasitəsilə hissələrə bölmüşdür, çayları Kratos okean adlandırırmış. Bu qlobus bizim zəmanəmizə gəlib çatmadığından onun haqqında dəqiq bir söz demək mümkün deyil.
Bu səbəbdən də ilk alman coğrafiyaşunası, səyyahı və riyaziyyatçısı olan Martin Behaymın 1492-ci ildə hazırladığı, diametri 54 sm olan kürəşəkilli “Yer modeli” ilk və ən qədim qlobus hesab edilir.