Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalıdır. == Tarixçə == 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu. Lakin o, bu vəzifədə cəmi 16 ay qala bildi. Ərdoğan Ağdaşdan sonra telekanalın rəhbəri jurnalist Faruq Dəmirəl oldu.
J2 Global
"J2 Global, Inc." — ABŞ texnologiya holdinqi. Baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Şirkət iki bölmə vasitəsilə internet xidmətləri göstərir. == TarixI == "J2 Global" 1995-ci ilin dekabrında "JFax.com" kimi Cey Müller və Cek Rayli tərəfindən təsis edilmişdir. Şirkət 2000-ci ilin avqustunda "J2 Global Communications, Inc." kimi qeydiyyatdan keçmiş və 7 dekabr 2011-ci ildə adını yenidən "J2 Global" olaraq dəyişdirmişdir. == Mükafatlar == 2012-ci ilin sentyabrında "j2 Global" şirkəti "InformationWeek" nəşrinin 500 texnologiya şirkətləri siyahısında yer almışdır."J2 Global" 2013-cü ildə "Forbes"un "Amerikanın ən yaxşı kiçik şirkətləri" siyahısında 39-cu yerdə qərarlaşmışdır. == Məhkəmə işi == "J2 Global" şirkəti "CallWave", "Comodo", "EasyLink Services International Corporation", "Open Text", "Packetel, "Protus", "Venali" və "Vitelity" daxil olmaqla bir neçə şirkətə qarşı patent ilə bağlı məhkəmə işi başlatmışdır. Bəzi şirkətlər Şerman aktının 2-ci bölməsinin və Kaliforniyanın biznes və peşələr haqqında məcəlləsinin 16720 və 17200 saylı maddələrində qeyd olunan antiinhisar pozuntularını iddia edən əks iddialar irəli sürmüşdülər. == İstinadlar == == Xarici keçidlər == j2global.com — J2 Global rəsmi saytı Internet faxing grows more popular - Wailin Wong MyFax Official Website Inside MyFax Q&A: What Is The Best Online Fax Service?
Kaspi Global
Kaspi Global — 2011-ci ildə yaradılan istehsalçı Azərbaycan şirkəti. == Tarixi == Kaspi Global şirkəti 2011-ci ilin mart ayında yaradılıb. Şirkət əsas reklam, televiziya proqramları, film, serial çəkilişləri üzrə ixtisaslaşıb. Qısa müddət ərzində "Son hədd", "Çaqqal nəfəsi", "Aydın" adlı seriallar istehsal edib. Hər üç serialda çalışan yaradıcı heyət, dünyanın müxtəlif ölkərindən dəvət edilmiş peşəkar komandalardan ibarətdir. "Son hədd" serialı Azərbaycan, "Çaqqal nəfəsi" İran, "Aydın" serial isə alman və gürcü kino əməkdaşlarından təşkil edilib. Şirkətdə çəkiliş və istehsal üçün yalnız müasir, yüksək səviyyəli texniki avadanlıqdan istifadə edilir. Çəkilən məhsulların montaj prosesi, qrafika işləri və səs efektləri “Adobe Premiere”, “Avid”, ”Final Cut Pro X”, “3Ds Max”, “Adobe After Effects”, “DaVinci Resolve”, “Pro Tools HD” proqramlarında aparılır. Bundan başqa şirkətin 626 kv/m² və 825kv/m² sahəli studiyalar var. Ayrıca 33 kv/m², 63 kv/m² sahəli pavilyonlar, 6 studiya, 1 xromokey otağı, qrim və kostyum otaqlarıda şirkətin nəzdindədir.
Global Television Network
«Global Television Network» - Qlobal Televiziya Şəbəkəsi (daha çox "Qlobal" və ya bəzən Qlobal TV- də adlandırılır), Kanada ingilisdilli telekanallarından biri. Hazırda Kanadada CTV-dən sonra daha çox izlənilən ikinci televiziya kanalı. Kanal Corus Entertainment şirkəti tərəfindən - Kanadalı biznesmen JR Shaw (ing. James Robert Shaw) və onun ailəsinin media holdinqlərinə məxsusdur. Yayıma 6 yanvar 1974-cü ildə başlamışdı. == Proqramlaşdırma == === Dram === «İşə yeni cəlb olunmuş polislər» (ing.
Global unikal identifikator
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
IBM Global Financing
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. == Məqsədi == IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. == Mahiyyəti == Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi.Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir == Fəaliyyət miqyası == IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var. Hazırda 55-dən çox ölkədə fəaliyyət göstərməklə qlobal bazarda xərclərin azaldılması və texnologiyaların effektiv çatdırılmasına xidmət edir.
Global Biodiversity Information Facility
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsi ilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
RQ-4 Global Hawk
Northrop Grumman RQ-4 Global Hawk Amerika istehsalı olan yüksək hündürlükdə uçan (HALE) PUA. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilmişdir. Global Hawk (Qlobal Şahin) adı ismi qabiliyyətini ortaya qoymaq məqsədi ilə verilmişdir. Bir qitədən havaya qalxıb, peyklər vasitəsilə digər bir qitədən idarə edilərək bir başqa qitənin üzərində kəşfiyyat apardıqdan sonra əldə edilmiş olan məlumatları yenə də başqa bir qitəyə göndərə bilir. Bu casus təyyarəsi, yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 dəniz mili uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirməyi bacarır, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmağı bacarır. Hal-hazırda bu PUA-lardan 42 ədəd istehsal edilmişdir.
Global System for Mobile Communications
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir.Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir.2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi. Bu anlayışın əhatə dairəsi zaman keçdikcə genişlənmiş, məlumat kommunikasiyalarını, ilk növbədə "Circuit Switched Data", sonra "General Packet Radio Service" (GPRS) və "Enhanced Data rates for GSM Evolution" (EDGE) vasitəsilə paket məlumatların daşınmasına aid edilməyə başlamışdır. "3GPP" sonradan üçüncü nəsil (3G) "UMTS" standartlarını, ardınca dördüncü nəsil (4G) "LTE Advanced" və beşinci nəsil 5G standartlarını işləyib hazırlamışdı.
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (Global Network for the Forecasting of Earthquakes-GNFE)
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE) 2008 ci ildə Beynəlxalq Proqram- Zəlzələlərin proqnozlaşdırılması sahəsində Əməkdaşlıq haqqında razılaşma əsasında (ICEP) , BEA (Beynəlxalq Elmlər Akademiyası) ilə bir sıra ölkələr və beynəlxalq təşkilatların hakimiyyət orqanları, o cümlədən – Tirol hakimiyyəti (İnsbruk, Avstriya), Pakistan (PEA –nın prezidenti, baş nazirin "Elm, texnologiya və planlaşdırma üzrə dövlət komissiyasının" müşaviri, Ishfaq Ahmad imzalayıb, İslamabad), İndoneziya (Zati Aliləri Sultan, İndoneziyanın Xüsusi Yogyakarta Vilayəti Hakimiyyət orqanlarınının qubernatoru Hamengku Buwono X imzalayıb), Azərbaycan (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası Sədrinin müavini, Beynəlxalq Elmlər Akademiyasının Zəlzələlərin Proqnozu və Öyrənilməsi üzrə Elmi-Tədqiqat institutunun baş direktoru Elçin Xəlilov tərəfindən imzalanıb), "WOSCO" Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatı (Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatının Vitse-Prezidenti, Doktor Allen Simpson imzalayıb.İngiltərə, London), EIC korporasaiyası (İngiltərə, London) tərəfindən imzalanıb. GNFE ilə beynəlxalq əməkdaşlıq razılaşmaları Qazaxıstan (NPK Proqnoz, Fövqəladə Hallar Nazirliyi, Qazaxıstan), Özbəkistan (Özbəkistanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu), Elmi-texniki şirkətlər -SETAC (İstanbul, Türkiyə) və FATE (Praqa, Çexiya) imzalanmışdır. Məlum olduğu kimi, zəlzələlərin proqnozlaşdırılması probleminə bəzi alimlərin münasibətləri heçdə birmənalı deyil. Müasir dövrdə dünya elmi cəmiyyətini zəlzələlərin proqnozlaşdırılmasının yeni texnologiyaların inkişafında uzun müddətli "durğunluq" məyus etdi, "skeptiklərə" və "optimistlərə" bölündü. "Skeptiklərin " əsas mövqesi- qısamüddətli zəlzələlərdə qabaqcadan xəbər vermək qeyri-mümkündür, necə ki bu sahədə uzun müddətli tədqiqatlar müvəffəqiyyətlə başa çatmamışdır. "Optimistlərin" mövqesi , qeyri-mümkün "dünən", aydın olan "bu gün", təkamül elmi inkişafının dialektik başa düşməsinə əsaslanır, təbiətin yeni qanunlarının açılması , yeni biliklər və texnologiyaların sayəsində. 2003-cü ildə güclü zəlzələlərdən əvvəl, zəlzələlərdən böyük məsafələrdə uzaqda (1000 km-dən- 10000 km-ə qədər) cazibə sahəsinin üçölçülü dəyişikliyinin əhəmiyyətli dərəcədə yeni fiziki effekti kəşf edilmişdir. Bu effekt əhəmiyyətli dərəcədə yeni fiziki alətin-torsionnoqo üçölçülü qravitasiya dəyişmələrin detektoru əsasında uzanmışdır, hansı ki patent almışdır (Patent PCT:International Patent, PCT, WO 2005/003818 A1, Geneva, 13/01/2005). Göstərilən detektorun əsasında proqnozlaşdırma stansiyası ATROPATENA avtomatik və müstəqil şəkildə cazibə sahəsinin üçölçülü dəyişikliklərini qeydə almaq və ABŞ (La Habra) da yerləşən Mərkəzi Verilənlər Bazasına bu informasiyanı ötürmək imkanı əldə etmişdir. 2007-dən bəri, ATROPATENA-AZ-ın birinci stansiyasının işə düşməsindən sonra, zəlzələlərin qısamüddətli proqnozları müntəzəm olaraq Prezidium BEA-a (Beynəlxalq Elmlər Akademiyası H&E, Avstriya, İnsbruk), Pakistan Elmlər Akademiyasına (İslamabad , Pakistan) və Gadjah Mada Universitetinə (Yoguakarta, İndoneziya) daxil olmağa başladı.
GlobalGAP
GlobalG.A.P. ( ing. Global sözü Qlobal, qısaldılmış G.A.P. isə Good Agriculture Practice sözlərində ibarət olub "Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi" kimi tərcümə olunur) kənd təsərrüfatı üçün özəl, dünya miqyasında tətbiq olunan keyfiyyət təminatı və sertifikatlaşdırma sistemidir və bu sistemi təyin edən və işləyən təşkilatın adıdır. 2007-ci ilə qədər EurepGAP adlandırılmışdır. GLOBALG.A.P istehlakçı tələblərinə cavab verən kənd təsərrüfatı təcrübəsinə əsaslanan təkmilləşdirilmiş təsərrüfat proqramıdır. EurepGAP, 1990-cı illərin sonunda bir sıra Avropa supermarket şəbəkələri və onların əsas təchizatçıları tərəfindən yaradılan təsərrüfat təcrübəsi üçün standartdır. GAP, Kənd Təsərrüfatı Təcrübələrinin qısaldılmış versiyasıdır. Hazırda dünyanın ən geniş tətbiq olunan təsərrüfat sertifikatlaşdırma sxemidir. Əkinçilik məhsulları üçün Avropalı müştərilərin əksəriyyəti, iş aparmaq üçün bir şərt olaraq EurepGAP sertifikatına dair dəlillər tələb edirlər. Standart, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan Təhlükə Təhlili və Kritik Nəzarət Nöqtələri (HACCP) rəhbərliyindən istifadə edərək hazırlanmışdır. Digər təsərrüfat sertifikatlaşdırma sxemlərindən fərqli olaraq, istehsalçıların riayət etmələri üçün qaydaları mövcuddur və hər istehsal vahidi müstəqil üçüncü tərəf auditorlar tərəfindən qiymətləndirilir.
Qlobal cəmiyyət
Qlobal cəmiyyət — == Haqqında == "Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır. XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar: Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qlobal istiləşmə
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır. Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır. Ekosistemlər üzərindəki təsirlərə ətraf mühit dəyişdikcə – xüsusilə mərcan riflərində, dağlarda və Arktikada – bir çox bioloji növün yerdəyişməsi və ya nəslinin kəsilməsi daxildir.
Qlobal problemlər
XX əsrin son on illiklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda yaşayan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan, həlli üçün bütün imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan problemlərdir. Onun sayı və əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdakı istiqamətlərdə qruplaşdırılır. siyasi və sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər; təbii-iqtisadi problemlər; sosial xarakterli problemlərƏksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərki silah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır.
Qlobal vətəndaşlıq
Qlobal vətəndaşlıq – insanın şəxsiyyətinin coğrafi və ya siyasi sərhədləri aşması və məsuliyyətlərin və ya hüquqların daha geniş bir sinfə: "insanlıq"a mənsub olmaqdan irəli gəlməsi ideyası. Bu o demək deyil ki, belə bir şəxs öz milli mənsubiyyətini və ya digər daha yerli kimliklərini inkar edir və ya ondan imtina edir, lakin bu kimliklər onların qlobal birliyə üzvlüyündən "ikinci yerdə" yerləşdirilir.Bu fikir qloballaşma dövründə qlobal cəmiyyətin vəziyyəti ilə bağlı suallar doğurur. Ümumi istifadədə bu termin "dünya vətəndaşı" və ya kosmopolit kimi eyni məna daşıya bilər, lakin müxtəlif kontekstlərdə əlavə, xüsusi mənalara malikdir. Dünya Xidmət Təşkilatı kimi müxtəlif təşkilatlar qlobal vətəndaşlığı müdafiə edir. == Qlobal vətəndaşlıq təhsili == Təhsil sistemi daxilində qlobal vətəndaşlıq təhsili (GCI) konsepsiyası multikultural təhsil, sülh təhsili, insan hüquqları təhsili, Dayanıqlı İnkişaf üçün Təhsil və beynəlxalq təhsil kimi hərəkatları əvəz etməyə və ya onlardan üstün olmağa başlamışdır. Qlobal vətəndaşlıq anlayışı bəşəriyyətə kömək üçün verilən mükafatlarla əlaqələndirilmişdir.Müəllimlərə sosial dəyişikliyin agentləri olmaq məsuliyyəti verilir.Lids Universitetində Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Mərkəzinin direktoru Audrey Osler təsdiq edir ki, "təhsil bir-birindən asılı dünyada birlikdə yaşamaq üçün əlavə deyil, fundamental təməldir". YŞED-in diqqət çəkməsi ilə akademiklər bu sahəni araşdırır və perspektivlər inkişaf etdirirlər. Aşağıda ən ümumi perspektivlərdən bir neçəsi verilmişdir: Tənqidi və transformativ perspektiv. Vətəndaşlıq hüquq və vəzifələrə malik üzv olmaqla müəyyən edilir. Buna görə də YSIA fəal iştirakını təşviq etməlidir.
Qlobal şəbəkə
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur.Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar. Bu fərq ondan irəli gəlir ki, OSI modelinin aşağı təbəqələrində işləyən ümumi lokal şəbəkə (LAN) texnologiyaları (məsələn, Ethernet və ya Wi-Fi) çox vaxt fiziki proksimal şəbəkələr üçün nəzərdə tutulub.
Qlobal şəbəkələr
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur.Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar. Bu fərq ondan irəli gəlir ki, OSI modelinin aşağı təbəqələrində işləyən ümumi lokal şəbəkə (LAN) texnologiyaları (məsələn, Ethernet və ya Wi-Fi) çox vaxt fiziki proksimal şəbəkələr üçün nəzərdə tutulub.
Qlobal TV
"Qlobal" TV – Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli dini peşəkar internet televiziya kanalı. Azərbaycanın ilk dini peşəkar televiziya kanallarından olan Qlobal TV 1-ci dəfə 2014–2018-ci illərdə fəaliyyət göstərib. 2018-ci ildə fəaliyyətini dondurduqdan sonra 2022-ci ilin aprelində 2023-cü ilin yanvarında yenidən fəaliyyətə başlayacağı açıqlanıb. 2022-ci ilin dekabrında kanalda texniki işlərin həll edildiyi və yanvarda fəaliyyətə başlamağa tam hazır olduğu bildirilib. 13 yanvar 2023-cü ildə yayımlanan "Allaha Doğru" verilişi ilə kanal 4-5 illik fasilədən sonra öz fəaliyyətini tam bərpa edib. == Verilişlər == 2014-cü ildə fəaliyyətə başlayan Qlobal TV-nin qısa müddət sonra 5 verilişi TürkSat vasitəsilə yayımlanan Türkiyənin ümumrespublika televiziya kanalı olan "Kanal ON4"-də efirə verilmişdir. Qlobal TV-nin Kanal ON4-də yayımlanan verilişləri: "Hidayət Çırağı", "Zərif Dəqiqələr", "Olduğu Kimi", "Tanıt Azərbaycanı" və "Söz İçində Söz". Qlobal TV-nin rusdilli auditoriya üçün nəzərdə tutulmuş "Мыcли вслух" (azərb. Səsli düşüncə‎) verilişi isə peyk vasitəsilə yayımlanan və Rusiyada fəaliyyət göstərən televiziya kanalında efirə getmişdir. 2018-də fəaliyyətini dayandıran 2023-də isə yenidən fəaliyyətə başlayan Qlobal TV-nin hal-hazırda 3 verilişi ON4 TV-də yayımlanır: "Zərif Dəqiqələr", "Tanıt Azərbaycanı" və "Misra" verilişi.
Bəşəriyyətin qlobal problemləri
XX əsrin son on illiklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda yaşayan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan, həlli üçün bütün imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan problemlərdir. Onun sayı və əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdakı istiqamətlərdə qruplaşdırılır. siyasi və sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər; təbii-iqtisadi problemlər; sosial xarakterli problemlərƏksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərki silah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır.
Qlobal Bakı Forumu
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2021-ci illər aralığında sayca 7 forum keçirilmişdir. == I Cənubi Qafqaz Forumu == Cənubi Qafqaz Forumu 2013-cü ilin 7–8 may tarixində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağmünaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdur. İki gün davam edən foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdır. == II Qlobal Açıq Cəmiyyətlər Forumu == 2014-cü ilin 28–30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilmişdir. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmiş, nitq söyləmişdir. 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak etmişdir. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da olmuşdur.Tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.
Qlobal Mövqetəyinetmə Sistemi
Qlobal Mövqe təyinetmə Sistemi (ingiliscə GPS — Global Positioning System) dünya üzrə tətbiq olunan naviqasiya sistemdir. Bu ilk dəfə olaraq 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən (NAVSTAR-GPS) mövqe təyinetmə və vaxt ölçmə üçün yaradılıb inkişaf etdirilmişdir. Bu sistem peyk şəbəkələrindənibarət olmaqla, fasiləsiz rejimdə işləyərək Yerə elektromaqnit siqnalları göndərir. Bu siqnallar xüsusi qurğularla (qəbuledicilər) qəbul edilir. Bu qəbuledicilərlə peyklərə qədər olan məsafəni, yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən etmək olur. Qlobal Mövqe təyinetmə Sistemi xüsusi qəbuledicinin köməyilə dünyanın istənilən nöqtəsində koordinatların (dəqiqlik 1–100 metr aralığında dəyişə bilər), eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətinin avtomatik olaraq tez təyin olunmasına imkan verən peyk sistemi. ABŞ hökumətinə məxsus 24 geostasionar peykdən ibarətdir. Mülki məqsədlər üçün 1575.42 MHs, hərbi məqsədlər üçün isə 1227.6 MHs tezliyindən istifadə edir. GPS qəbulediciləri avtomobillər üçün naviqasiya sistemləri, eləcə də cib kompüterləri və hücrəsəl telefonlarda quraşdırılan modullar şəklində istehsal olunur. NAVSTAR-GPS sisteminin tətbiqi ilə ABŞ dəniz donanması üçün təyin olunmuş köhnə NNSS (Tranzit) və atom bombalarının yerini təyinetmə sisitemi Velanı əvəz etdi.
Qlobal maliyyə sistemi
Qlobal maliyyə sistemi — investisiya və ticarətin maliyyələşdirilməsi məqsədləri üçün maliyyə kapitalının beynəlxalq axınlarını birlikdə asanlaşdıran hüquqi müqavilələrin, institutların və həm rəsmi, həm də qeyri-rəsmi iqtisadi aktorların qlobal çərçivəsidir. 19-cu əsrin sonlarında iqtisadi qloballaşmanın ilk müasir dalğası zamanı yarandığı üçün onun təkamülü beynəlxalq bazarların şəffaflığının, tənzimlənməsinin və effektivliyinin artırılmasına yönəlmiş mərkəzi bankların, multilateralizm müqavilələrinin və hökumətlərarası təşkilatların yaradılması ilə əlamətdar olmuşdur.:74:1 1800-cü illərin sonlarında dünya miqrasiya və kommunikasiya texnologiyaları beynəlxalq ticarət və investisiyalarda görünməmiş artıma şərait yaratdı. Birinci Dünya Müharibəsinin başlanğıcında valyuta bazarları pul bazarının qeyri-likvidliyi səbəbindən iflic vəziyyətinə düşdüyündən ticarət daraldı. Ölkələr proteksionist siyasətləri ilə xarici şoklardan qorunmağa çalışdılar və 1933-cü ilə qədər ticarət demək olar ki, dayanmış, bir sıra ikitərəfli ticarət sazişləri bütün dünyada tarifləri tədricən azaldana qədər qlobal Böyük Böhranın təsirləri daha da pisləşdi. İkinci Dünya Müharibəsindən sonra beynəlxalq pul sisteminin yenilənməsi səyləri məzənnə sabitliyini yaxşılaşdırdı və nəticədə qlobal maliyyədə rekord artım oldu. 1970-ci illərdə baş verən bir sıra valyuta devalvasiyaları və neft böhranları əksər ölkələri valyutalarını dəyişməyə vadar etdi. Dünya iqtisadiyyatı 1980–1990-cı illərdə kapital hesablarının liberallaşdırılması və maliyyə deregulyasiyası səbəbindən getdikcə daha çox maliyyə inteqrasiyasına çevrildi. Avropa, Asiya və Latın Amerikasında bir sıra maliyyə böhranları qeyri-sabit kapital axınına daha çox məruz qalması səbəbindən yoluxucu təsirlərlə müşayiət olundu. 2007-ci ildə ABŞ-də yaranan qlobal maliyyə böhranı tez bir zamanda digər ölkələr arasında yayıldı və dünya miqyasında Böyük Resessiyanın katalizatoru kimi tanındı. Yunanıstanın 2009-cu ildə pul birliyinə əməl etməməsinə yönəlik Avropa ölkələri arasında bazar tənzimlənməsi Avrozona böhranı kimi tanınan suveren borc böhranını alovlandırdı.
Qlobal şəbəkə texnologiyaları
Qlobal şəbəkələr (ing. Wide Area Networks) böyük ərazilərdə - oblast, region, dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılmışdır. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, bura kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir. Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır. Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. == Qlobal şəbəkənin strukturu == Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç altşəbəkədən ibarətdir: Terminal hesablama maşınları (THM) şəbəkəsi; Elektron hesablama maşınları (EHM) şəbəkəsi; Verilənləri ötürmə şəbəkəsi –VÖŞ. == X.25 texnologiyası == X.25 şəbəkələri bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir (şək. 34).
İnternet qlobal şəbəkəsi
İqlimin qlobal problemləri
XX əsrin son on illiklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda yaşayan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan, həlli üçün bütün imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan problemlərdir. Onun sayı və əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdakı istiqamətlərdə qruplaşdırılır. siyasi və sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər; təbii-iqtisadi problemlər; sosial xarakterli problemlərƏksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərki silah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır.
Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsi ilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
Xloral
Xloral (CCl3CHO) — rəngsiz spesifik iyə malik olan mayedir. İlk dəfə alman alimi Yustos fon Libix tərəfindən 1832-ci ildə etanolun xlorlaşdırılması zaman alınmışdır. Xloral suda həll olmur.
Lobaç
Lobaç (həmcinin Obaç Şorin dağları, tatar. Лабач, yerli adı tatar. Айгыр-тау) — Tatarıstanın Kamsk-Ust rayonu ərazisində, Volqanın sağ sahilində, Kama cayı ilə birləşdiyi yerin qarşı tərəfində yerləşən yüksəklik 1991-ci ildə lanşaft yazaqlığı elan edilmişdir. == Fiziki-Coğrafi xüsusiyyətləri == Dağ öz növbəsində tənha bir qayanı xatırladır. Zirvənin yüksəkliyi 136 metrdir. Zirvə Kamsk Ust qəsəbəsindən cənub-şərqdə yerləşir. Bəzi mənbələrdə Boqorod dağlarına aid edilir. Sahəsi 241 ha-dır. Dağ öz növbəsində bir lanşaft, tarixi və geoloji bir abidədir. Burada dolomit və əhəng daşı materiallarını görmək olar.
Qlobal Liberal İncəsənət Alyansı
Qlobal Liberal İncəsənət Alyansı (ing. Global Liberal Arts Alliance) — dünya liberal incəsənət kolleclərinin birliyidir. 2009-cu ildə yaradılıb. Birliyin məqsədi Amerikan liberal incəsənət kolleci modelinə əsasən birlik üzvü olan müəssisələr arasında əməkdaşlıq üçün beynəlxalq çərçivəni təmin etməkdir.Alyans Böyük Göllər Kolleclər Assosiasiyası tərəfindən idarə olunur, hansı ki, həmin assosiasiyada Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşmişdir.
Qlobal İnternet Siyasəti Təşəbbüsü
GIPI – Global Inrnet Policy Initiative (tərcüməsi: Qlobal İnternet Siyasəti Təşəbbüsü) — Demokratiya və Texnologiya Mərkəzi ilə İnternyus təşkilatının birgə həyata keçirdiyi layihədir. Dünyanın bir sıra ölkələrində bölmələri olan GIPI layihəsi bir sıra beynəlxalq qurumlarla və eləcə yerli dovlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edərək Qlobal informasiya infrastruktkrunun tərkib hissəsi kimi İnternet seqmentinin inkişafınıa köməklik edir; İnternetin inkişafına şərait yaradacaq və informasiya kommunikasiya texnoloqiyalarını təmzimləyən milli normativ-hüquqi bazanın müəyənləşdirilməsi,təhlili və mövcud olan qanunvericiliyin ümumi qəbul olunmuş beynəlxalq norma və prinsiplərinə uyğunlaşdırılması (yaxınlaşması) üzrə tövsiyələr hazırlanması prossesində aktiv iştirak edir; İnternetin inkişafı siyasətinə dəstək vermək üçün yerlərdə internet xidmətlərini göstərən provayderlərin və istifadəçilərin təşkilatının yaradılması və onun işində aktiv iştirak edir; Yerlərdə İnternetin vəziyyəti və inkişaf meyyarlarını tədqiq edir və müvafiq təkliflər irəli sürür; İnternetin inkişafını koordinasiya edən dövlət qurumu İnternet sahəsində fəaliyyət göstərən qurumlarla işin əlaqələndirilməsi üzrə iş aparır; İnternet sahəsində qanunvericilik normativ-hüquqi aktlarıe layihələrinin hazırlanmasında iştirak etmək; İnterneti inkişafına şərait yaradacaq hüquqi və tənzimləyici normaları müəyyənləşdirir və inkişaf etdirir. Yerlərdə İnternet siyasətini həyata keçirəcək mütəxəssisləri tam ştatla işə cəlb edir; İnternet sahəsində çalışan işgüzar, hökumət və qeyri-hökumət peşakarlarıylə iş qrupları qurur Müstəsna şəkildə müstəqil, açıq İnternet üzrə bazara davamlı mütəxəssisləri yetişdirir. Qanunvericilik təkliflərini nəzərdən keçirir və şərh edir.Təxminən 20 ölkədə fəaliyyət göstərərək GİPİ İnternet siyasətinin inkişafı prosesində yerli vasitəçilərə resurs xidməti göstərir. Layihənin məqsədi İnternet biznesində sağlam rəqabətin əsaslarının, telekommunikasiya sahəsində şəbəkələrin, universal xidmətlərin yaradılmasında, bazar məsələlərinin həllində, telekommunikasiya sahəsində özəlləşdirmədə, ,internet sahəsində dövlət nəzarətin keçirildiyi zamanı istifadəçilərin hüquqlarının mühafizəsi prosesinin aşkarlıqı və proqnozlaşdırmanı inkişaf etdirməkdir. GİPİ proqramında əsas işçilər ölkə üzrə koordinatorlardır ki, onlar açıq İnternetin inkişafına kömək edən sağlam siyasətin işlənib hazırlanmasında yerli vasitəçilərə kömək edirlər. == GİPİ Azərbaycanda == 31 mart 2001-ci ildən fəaliyyətə başlayıb və layihənin koordinatoru Yaşar Hacıyevdir. 2002-ci ilin aprel ayında layihədə İKT məsələləri üzrə hüquqi ekspert vəzifəsi təsis edilib və həmin vəzifəni Akif Əliyev icra edir. Azərbaycan Respublikasında İKT-ın hüquqi nizamasalınmasının yaxşılaşdırılması üzrə GİPİ layihəsinin reallaşdırılması yerli və beynəlxalq ekspertlərin fəal iştirakı ilə həyata keçirilir. GİPİ Azərbaycanda İKT-nın inkişafı ilə maraqlı olan strukturlarla—Rabitə və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident aparatının informasiya ehtiyatları şöbəsi, Milli Məclisin deputat komissiyaları, Açıq Cəmiyyət İnstitutu (SOROS), UNDP, Avrasiya Fondu, USAİD, TASİS və internet layihələrin reallaşdırılmasına bu və ya digər dərəcədə təsiri ola bilən digər təşkilatlarla tərafdaşlıq münasibətlərini müvəffəqiyyətlə müəyyənləşdirir.
Qlobus
Qlobus (lat. globus, “kürə”) – Yer kürəsinin 3 ölçülü modelidir. Digər planetlərin, həmçinin, Yerin təbii peyki olan Ayın da qlobusu mövcuddur. Qlobuslar 1:30000000 (böyükmiqyaslı), 1:50000000 (ortamiqyaslı), 1:83000000 (kiçikmiqyaslı) miqyaslarda olur. Onlar əsasən fiziki və siyasi məzmunda hazırlanır. Qlobusda Yerin qütblərdən basıqlığı nəzərə alınmır. Üfüqi müstəviyə qlobusun oxunun meylliyi 66.5 dərəcə olur. Bu bucaq Yerin fırlanma oxunun orbit müstəvisinə olan meylliyinə bərabərdir.Yerin bu modeli və ya bu cür hər hansı bir model bizim dövrümüzə gəlib çatmasa da, onu görənlər belə nəql etmişlər ki, Kratos hazırladığı kürənin üzərində böyük bir quru hissə çəkmiş, onu kəsişən çaylar vasitəsilə hissələrə bölmüşdür, çayları Kratos okean adlandırırmış. Bu qlobus bizim zəmanəmizə gəlib çatmadığından onun haqqında dəqiq bir söz demək mümkün deyil. Bu səbəbdən də ilk alman coğrafiyaşunası, səyyahı və riyaziyyatçısı olan Martin Behaymın 1492-ci ildə hazırladığı, diametri 54 sm olan kürəşəkilli “Yer modeli” ilk və ən qədim qlobus hesab edilir.
Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir. İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir. Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır. == Oyunun qaydası == Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir.