QNOSTİKLƏR

\[alm. Gnostiker; fr. Gnostiques; ing. Gnostics; osm. tr. irfaniyan; yun. Gnosis – bilik, gnostikos – bilik haqqında\] – dini-fəlsəfi cərəyanın Xristian teologiyasını Qədim Şərqin dinləri ilə, həmçinin neoplatonizm və pifaqorçuluqla birləşdirən nümayəndələri. I əsrdə dini fəlsəfə cərəyanlarına və təriqətlərinə verilən ad. Onlar xilas yolunu spekulyativ bilikdə axtarırdılar.
QNOSEOLOGİYA
QNOSTİSİZM
OBASTAN VİKİ
Qnostiklər
Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) — antik dövrünün sonunda (I-V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meylli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır. Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər. Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər. == Əsas müddəaları == Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır: 1. Ezoterizm. Bütün insanlar “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi”lərə (pnevmatiklər) bölünürlər.
Анта́нта аэроиониза́тор домовни́чать лицеи́ст налу́щивать нелегити́мно обно́вка похолода́ть прослези́ться аспира́ция вибро... достове́рно иммунологи́ческий како́й из себя? криво́й apocalyptism breakpoint chose jugée dispart resonator десница поломаться прикрепить ремонтёр сконцентрироваться