qohum-qonaq
qohum-quda
OBASTAN VİKİ
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
İnadkar qonşu
İnadkar qonşu (ing. "Importunate Neighbour", və ya ing. "Parable of the Friend at Night") britaniyalı rəssam Vilyam Holman Hant tərəfindən 1895-ci ildə çəkilmişdir və hazırda rəsm Avstraliyada yerləşən Viktoriya milli qalereyasında sərgilənir. Rəsmdəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur. Onun gözləməkdən başqa çarəsi yoxdur.
Qonşu qonşu olsa... (film, 1989)
Film-tamaşa qonşuların bir-birinə soyuq münasibətlərindən danışır. Lakin bu binaya daxil olan yaşlı bir qadın bu soyuq buzları sanki əridir. Qonşular bir-birilərini tanımağa başlayırlar. Bütün film boyu bəstəkar Ruhəngiz Qasımovanın xoş musiqisi filmi bəzəyir. Aktyor Yaşar Nuri bu film-tamaşada 11 fərqli obraz yaratmışdır.
Qohum ruhlar
Qohum ruhlar (ing. Kindred Spirits) — İrlandiyanın Kork şəhərində yerləşən abidə. Abidə paslanmaz poladdan hazırlanıb.
Qohum evliliyi
Qohum evliliyi yaxın qohumlar arasında nikahdır. Bu, qohumluq əlaqəsini ehtiva etsə də, insest cinsi əlaqədən kənar bir məna daşıyır. Klinik baxımdan, ikinci dərəcəli əmiuşağı və ya daha yaxın ailə üzvləri arasında olan evlilik qohum evliliyi hesab edilir. Bu, onların övladlarının ala biləcəyi gen nüsxələrinə əsaslanır. Bu cür evliliklər Böyük Orta Şərq regionu kimi bəzi icmalarda hələ də geniş yayılsa da, bir çox icmalarda ailə daxili evliliklərin sayı kəskin şəkildə azalmışdır. == Yayılması və stiqma == Qlobal miqyasda, uşaqların 8.5%-nin qohum valideynləri var və insan əhalisinin 20%-i endoqamiya tətbiq edən icmalarda yaşayır. Qohum evliliyinin tabu olaraq inkişaf etməsi ilə bağlı nəzəriyyələr həm sosial, həm də bioloji inkişaf kimi dəstəklənə bilər. === Sosial amillər === Sosial baxımdan, qohum evliliyinin tətbiqinə olan meyl sosial və maliyyə vəziyyətinə olan üstünlüklərlə əlaqədardır. Ailə strukturu və var-dövlətin qorunması, eləcə də evlilik razılaşmalarının asanlığı qohum evliliklərində dəyər verilən məqamlardır. Qohum evliliklərində yaşın aşağı olması və qohumluq əlaqələrinin fəsadları barədə məlumatsızlıq tez-tez müşahidə olunur.
Qonşu qadın (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Gəl qohum olaq (film, 2001)
== Məzmun == Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.

Digər lüğətlərdə