Mənbələrdə kobuz sözünə rast olmuşam və “ov quşu” (şahin növü) kimi şərh olunub. Zənn edirəm ki, həm quşun, həm də musiqi alətinin adı qol sözü ilə bağlıdır. İgidlər bir qolunda quşu, digərində qopuzu saxlamış və qopuzu dilləndirməklə şahini həvəsə gətirmişlər. O da mümkündür ki, sümsü kimi, qopuzun da səsindən ovu aldatmaq üçün istifadə olunub. Kobza sözü də qopuzla kökdaşdır. Qopuz və qol sözlərinin qohum olmağını qapaz (vurmaq) sözü də sübut edir, çünki qapaz məhz qolla (əllə) bağlıdır. Murad Aci yazır ki, sokol sözü sol və qol kəlmələrindən əmələ gəlib. Qopuz da buna uyğun qəliblə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)