Qrafik

yun. graphikos – əks olunmuş, çəkilmiş 1) müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Məsələn, hava təzyiqinin dəyişməsini göstərən qrafik; 2) istehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq göstərən cədvəl, plan. Məsələn, qrafik üzrə işləmək; 3) təsviri incəsənətin növü. Reklam qrafiki şəkildən yerinə yetirilmə üsulu ilə fərqlənir. Hal-hazırda kompyüter metoduna əsaslanır; 4) müxtəlif prosesləri əyri xətlərlə göstərən diaqram, cədvəl; 5) funksional asılılığın xətlər vasitəsilə müstəvi üzərində həndəsi təsviri; 6) müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri.
Qrafa
Qrand
OBASTAN VİKİ
Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi. Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr: İnternet və proqram təminatı kompaniyaları; Reklam agentlikləri; Televizya studiyaları və video kompaniyalar; Korporativ brending və konsultasiya kompaniyaları.
Qrafik format
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır. BMP, PCX, PNG, TİFF, GİF və ən populyar JPEG. BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır. Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir. R/G/B(red/green blue) PCX — ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır. Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi. Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. GIF(ing. Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu. GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir.
Qrafik planşet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik primitiv
Qrafik primitiv (ing.graphics primitive, ru.графический примитив) — kompüter qrafikasında: mətn simvolu, qövs, sınıq xətt kimi çəkilmiş element; belə elementlərin kombinasiyasından görüntü qurmaq olar. Qrafik primitiv bir tam kimi çəkilir və emal edilir. Avtomatlaşdırılmış layihələndirmə proqramlarında (CAD) nöqtələr, xətlər, qövslər, mətn və analoji elementar strukturlar, adətən, obyektlər (ENTITY) adlanır. Belə obyektləri həm proqram təminatının hazır funksiyalarının köməyilə, həm də istifadəçinin yaradıcılığının məhsulu olaraq müstəqil yaratmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik prosessor
Qrafik Prosessor Modulu — Qrafik generasiya vahidi ya da qısaca GPU (GPU – (ing. graphics processing unit) fərdi kompüter, iş stansiyaları və ya oyun konsollarında qrafik yaradılması üçün istifadə cihazıdır . Müasir GPU-lar kompüter qrafikalarını emal etməkdə və görüntüləməkdə son dərəcə məhsuldardır və yüksək paralel strukturlarını kompleks alqoritmlər üçün CPU-dan daha təsirli edər. GPU ekran kartının üstündə ola biləcəyi kimi ana plataya bağlanmış halda da ola bilər. Qrafik prosessor – (ing. graphics processor, ru. графический процессор GPU'ların ən qüvvətli tipi olub, ümumiyyətlə anakart üstündəki PCI Express (PCIe) ya da Accelerated Graphics Port (AGP) kimi genişləmə slotlarına taxılır və bu sayədə asanlıqla son versiyası ilə dəyiştirilə bilər. Nvidianın SLI ya da AMD CrossFire texnologiyası birdən çox qrafik kartının eyni anda istifadə əməliyyat gücünün artırılmasına imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qrafik redaktorlar
Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel DRAW, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır. Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal. Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir.
Qrafik rejim
Qrafik rejim - (ing. graphics mode, rus. графический режим) - IBM PC-uyumlu kompüterlərdə: displeyin ekranında xətlərin və simvolların piksel-piksel çəkildiyi iş rejimi. Qrafik rejimdə görüntülər ekranda ayrı-ayrı nöqtələrdən qurulduğundan o, mətn rejiminə (TEXT MODE) nisbətən geniş rəsm imkanları verir. Belə ki, siçanın göstəricisi, sadəcə, yanıb-sönən düzbucaqlı və ya cizgi şəklində deyil, ox və ya başqa formada ola bilər; bundan başqa, yarımqalın və ya kursiv atributlu simvolları şərti işarələrlə (altdan işıqlanma, altdan xətçəkmə və ya hərfin rəngini dəyişdirmə) deyil, onların çapda görsənəcəkləri şəkildə göstərilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Qrafik fayl formatları
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır. BMP, PCX, PNG, TİFF, GİF və ən populyar JPEG. BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır. Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir. R/G/B(red/green blue) PCX — ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır. Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi. Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. GIF(ing. Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu. GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir.
Qrafik istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. graphical user interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Qrafik
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Qrafik roman
Qrafik roman — komik kitab formatlarından biridir . Bu, süjetin rəsmlər vasitəsilə çatdırıldığı, mətnin köməkçi rol oynadığı həcmli bir romandır . Bu termin tez-tez komiks yazıçıları tərəfindən işlərini vaxtaşırı nəşr olunan kiçik formatlı komikslərdən fərqləndirmək üçün istifadə olunur. Məzmun baxımından bu cür əsərlər ən çox yetkin auditoriyaya ünvanlanır və tamaşaçılara yaş məhdudiyyətləri qoyur (böyüklər üçün məzmun). Qrafik romanlar ənənəvi komikslərdən və manqalardan təkcə süjetinə və çəkiliş keyfiyyətinə görə deyil, həm də görünüşü və qiymətinə görə fərqlənir . Onlar adətən yüksək keyfiyyətli kağızda cilddə nəşr olunur, standart 46–48 səhifədir (yuxarıya doğru fərqlər var). Həmçinin, qrafik romanla sadəcə bir komiks silsiləsi arasındakı fərq ondan ibarətdir ki, albom çox vaxt bir nəfər, maksimum üç nəfər tərəfindən yaradılır: ssenarist-müəllif, rəssam və kolorist, halbuki seriallarda yaradıcılar tez-tez müxtəlif üslubda dəyişirlər . Ən çox qrafik romanların nəşri Fransa və Belçikada baş verir . Fransada qrafik romanlar 9-cu sənət növü hesab olunur və dövlət səviyyəsində dəstəklənir.
Tintin Tibetdə (qrafik roman)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Nvidia qrafik prosessorlarının siyahısı
Siyahıda həm videokartlar, həm də qrafik prosessorlar yer alır.
Funksiyanın qrafiki
Riyaziyyatda bir f funksiyanın qrafiki, bütün ( x, f ( x)) sıralı cütlərinin meydana gətirdiyi bir qrafikdir. Elm, mühəndislik, texnologiya, maliyyə və digər sahələrdə qrafiklər bir çox məqsəd üçün istifadə edilir. Bir dəyişənli funksiyanın qrafiki belədir: f ( x ) = { a , x = 1 i c i n d , x = 2 i c i n c , x = 3 i c i n . {\displaystyle f(x)=\left\{{\begin{matrix}a,&{\mbox{ }}x=1{\mbox{ }}icin\\d,&{\mbox{ }}x=2{\mbox{ }}icin\\c,&{\mbox{ }}x=3{\mbox{ }}icin.\end{matrix}}\right.} Buradakı sıralı cütlər belə ifadə edilir: {(1, a), (2, d), (3, c)} Həqiqi ədələr olan üçüncü dərəcədən bir çoxhədliin qrafiki belədir: f ( x ) = x 3 − 9 x {\displaystyle f(x)={{x^{3}}-9x}\!\ } Bunun sıralı cütləri belə ifadə edilir: {( X, x 3 -9 x): x, bir həqiqi ədəddir}. Bu çoxluq əgər karteziyan koordinant sistemində çəkilərsə, yandakı şəkildəki kimi bir əyri olar. Bütün həqiqi ədədlər triqonometrik funksiyanın qrafiki belədir: F ( x, y) = sin ( x 2 ) · cos ( y 2 ) Bunun verilənlər: {( X, y, sin ( x 2 ) · cos (' 'y 2 )): x və y, həqiqi ədədlərdir. Bu çoxluq əgər karteziyan koordinant sistemi ndə çəkilərsə, yandakı şəkildəki kimi bir səth olar. İki ölçülü (X, Y) karteziyan koordinat sistemindəki bu çoxluqda, üçüncü koordinat (Z) ilə birlikdə görmək üçün rəng istifadə edilər. x = x 1 , … , x n {\displaystyle x=x_{1},\dotsc ,x_{n}} formasında n dəyişənli bir f funksiyasının normalinin qrafiki belədir: ( ∇ f , − 1 ) {\displaystyle (\nabla f,-1)} (Bir sabit ilə hasili). Bunu görmək üçün, g ( x , z ) = f ( x ) − z {\displaystyle g(x,z)=f(x)-z} funksiyasının bir kümedeki qrafikini göz qarşısında saxlamaq və çoxluqda ∇ g {\displaystyle \nabla g} normalından istifadə etmək lazımdır.
Geosiyasi dəyişikliklərin qrafiki (2000-indiki)
Bu, 2000-ci ildən bəri dünyanın" ölkələrdə və paytaxtlarda dəyişikliklərin qrafiki " dir. Buraya müstəqillik, ölkə adının dəyişdirilməsi, paytaxt və ya adın dəyişdirilməsi və ərazinin dəyişdirilməsi ilhaq, güzəşt, güzəşt, işğal və ya ayrılma Torpaq. Müharibə nəticəsində ərazi fəthləri hərbi kampaniya başa çatdıqdan sonra zaman çizelgesine daxil edilir, lakin xüsusi döyüşlərdə və gündəlik əməliyyatlarda dəyişikliklər ümumiyyətlə daxil edilmir. Hava məkanında və dəniz ərazisində dəyişikliklər yalnız mübahisə mövzusu olduqda daxil edilir.
Kiril qrafikalı Azərbaycan əlifbası
Kiril qrafikalı Azərbaycan əlifbası (azərb-kiril. Кирил графикалы Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin yazıldığı üç qrafikadan biri. Digərləri latın və ərəb qrafikalarıdır. Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanmışdır. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuşdular. Ərəb əlifbası türk dilləri üçün tam uyğun əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur. 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunmuşdur.
Kiril qrafikalı əlifbalı dillər siyahısı
Kirill qrafikalı əlifbalı dillər siyahısı — kiril qrafikası əsasında əlifbası olan və ya olmuş dillərin siyahısı. Baltik dilləri Litva dili (XIX əsr sonu — 1904, latın qrafikası ilə yanaşı) Hind-ari dilləri Hind-ari dilləri Qaraçı dili (Serbiya və SSRİ-də 1927-ci ildən) İran dil qrupu Beluc dili (Türkmənistan 1980-ci ildən) Kürd dili (SSRİ ərazisində 1946-cı ildən, hal-hazırda parktiki olaraq istifadə edilmir) Osetin dili (XVIII əsr — 1924; 1938-ci ildən) Tacik dili (1940-cı ildən) Dağ yəhudiləri dili (1938). Azərbaycanda 1990-cı ildən latın qrafikindən istifadə edilir) Şuqnan dili (1980-ci ildən) Yaqnob dili (1990-cı ildən) Roman dilləri Moldovan dili (1932-ci ilədək; 1937–1989 illərdə Moldovada; Dnestryanı bölgədə indiyədək) Rumın dili (1860-cı ilədək) Ladino dili Bolqarıstanda çap edilən bəzi sefard nəşrlərində. Slavyan dilləri Belorus dili Bolqar dili Makedon dili (1945-ci ildən) Poles dili (1988-ci ildən) Polyak dili (XIX əsr ortalarından cəhd edilir) Rusin dili Rus dili Serb dili Ukrayna dili Qədim slavyan dili Kilsə slavyan dili Abazin dili (1938-ci ildən) Abxaz dili (1862–1926; 1954-cü ildən) Avar dili (XIX əsrdə ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Aqul dili (1990-cı ildən) Adıgey dili (1938-ci ildən) Arçin dili (2000-ci ildən cəhd edilir) Axvax dili (1980-ci ildən cəhd edilir) Dargin dilləri (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) İnquş dili (1937-ci ildən) Kabardin-çərkəz dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1936-cı ildən) Qubaçi dili (1990-cı ildən cəhd edilir) Lak dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Ləzgi dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Rutul dili (1990-cı ildən) Tabasaran dili (1938-ci ildən) Udin dili (1990-cı ildən latın qrafikası ilə paralel cəhd edilir) Xınalıq dili (1990-cı ildən cəhd edilir) Saxur dili (1990-cı ildən, latın qrafikası ilə paralel) Sez dili (1993-cü ildən) Çeçen dili (1938-ci ildən, 1991–2000-ci illərdə həmçinin latın qrafikası) çin qolu Dunqan dili (1953-cü ildən) İtelmen dili (1980-ci ildən) Koryak dili (1937-ci ildən) Çukot dili (1937-ci ildən) Buryat dili (XIX əsr sonu — XX əsr əvvəli, monqol qrafikalı ilə paralel; 1939-cu ildən) Kalmık dili (1924–1930; 1938-ci ildən) Monqol dili (1940-cı ildən) Daur dili (1957-ci ildən cəhd edilir) Nanay dili (XIX əsr sonu cəhdləri; 1928–1929; 1937-ci ildən) Negidal dili (2009-cu ildən) Orok dili (2008-ci ildən) Oroçi dili (2000-ci ildən) Sibin dialekti (1957-ci ildən cəhd edilir) Udegey dili (1937-ci ildən) Ulçi dili (2001-ci ildən) Evenk dili (XIX əsr sonundan cəhd ; 1937-ci ildən) Even dili (1937-ci ildən) Azərbaycan dili (1939–1991; 1991–2001-ci illərdə paralel surətdə latın qrafikası ilə birgə.
Kiril qrafikası
Kiril qrafikası, köhnə mənbələrdə Kirill (azərb-kiril. Кирилл) — bir çox dillərin əlifbalarının qrafiki təsviri. Kiril əlifbası aşağıdakı slavyan dillərində istifadə olunur: belarus dili bolqar dili makedon dili rusin dili rus dili serb dili ukrayna dili çernoqor dili Bu əlifba həmçinin keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər. Həmin ölkələr aşağıdakılardır: Qazaxıstan Qırğızıstan Moldova Tacikistan Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930–1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.
Kompyuter qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir. Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir. Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələri Bu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası. Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü)) qrafikadan hələ də geniş istifadə olunur.
Kompüter qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir. Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir. Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələri Bu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası. Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü)) qrafikadan hələ də geniş istifadə olunur.
Kvadratik funksiyanın qrafiki
Latın qrafikalı Azərbaycan əlifbası
Latın qrafikalı Azərbaycan əlifbası — Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasının bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812–1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Axundov teatr və dram əsərləri yazmasına baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur. Axundov Tiflisdə tərcüməçi kimi fəaliyyət göstərmiş və əlifba düzəlişi işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdir ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı. Əvvəlcə Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncüsü, əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa yazı yazmaq asanlaşar.
Latın qrafikası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Obyekt-yönlü qrafika
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafika
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.

Digər lüğətlərdə