QUŞARMUDU

сущ. бот. глоговина, рябина:
1. дерево или кустарник сем. розоцветных
2. плоды этого дерева
QUŞABƏNZƏR
QUŞATAN
OBASTAN VİKİ
Quşarmudu
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Ağrıovunduran quşarmudu
Ağrıovunduran quşarmudu (lat. Sorbus torminalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Skandinaviyada, Avropanın Atlantik okeanın bitişən hissəsində, Orta Avropada, Kiçik Asiyada təsvir edilmişdir. 8-10 (15) m hündürlüyündə, 15-30 bəzi hallarda 60 sm- diametrində olan ağacdır. Yaşlı budaqların qabığı tünd boz, cavanlarınkı sarı-yaşıl rəngdə olur. Tumurcuqları və zolağları, yarpaqları çılpaq, uzunsaplaqlıdır, konturu dəyirmi, yumurtavarı və ya enli ovaldır. Yuxarı hissəsi sivridir, qaidəsinə yaxın hissəsi enli pazşəkillidir, dəyirmi və ya azca ürəkvarıdır, 3-5 cüt sivri dilimi vardır, kənarı xırda mişardişlidir. Üstdən tünd, altdan açıq, yan damarları 3-7 cütdür. Çiçək qrupu çoxçiçəkli, budaqcıqları tüklüdür. Kasacığı az və ya çox keçətüklü, ucbucaq dişlidir.
Biosseri quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Buş quşarmudu
Buş quşarmudu (lat. Sorbus buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiyada və Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoğlarda enli və ya yumurtavarı- ellipsvarı, meyvəsiz zoğlarda isə neştərvaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılımtıl keçəvari tükcüklüdür. Qaidədən pazvarıdır. Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə, daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır. Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilmişdir.
Erməni quşarmudu
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Fyodorov quşarmudu
Fyodorov quşarmudu (lat. Sorbus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Osetiya ərazisindən toplanılan herbari nümunələrinə əsasən təsvir edilmişdir. Hündürlüyü 2 m olan kol və ya ağacdır. Yarpaqları 7-10 sm uzunluqda, kənarları ikiqat, bəzən də dərin dişcikli olub, tərsyumurtavari və ya ellipsvaridir. Ucu sivriləşmiş, qaidəyə doğru isə paz şəkilli daralmışdır. Yarpağın alt səthində damarlar aydın seçilir. Yarpaq saplağı qırmızı-qonur rəngdədir. Çiçəklər qalxan çiçək qrupunda toplanmışdır. Çiçək saplaqları çılpaqdır.
Hamarvari quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Krım quşarmudu
Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır. Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir. İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Kuznetsov quşarmudu
Kuznetsov quşarmudu (lat. Sorbus kusnetzovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır. Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir. Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii). Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır.
Luristan quşarmudu
Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır. Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Miqariya quşarmudu
Miqariya quşarmudu (lat. Sorbus migarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Miqariya quşarmudu 0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükcüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivari, dəyirmidir, 5-10 sm uzunluqda, 4,5-8 sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlarının arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir.
Qafqaz quşarmudu
Qafqaz quşarmudu (lat. Sorbus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur. Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir.
Qafqazmənşə quşarmudu
Böyük Qafqaz quşarmudu (lat. Sorbus caucasigena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Quba rayonu yuxarı dağ meşə qurşağında rast gəlinir. Azərbaycanın nadir bitki növlərindən biridir. VU A2c+3cd. Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Saxalın, Yaponiya, Koreyada rast gəlinir. Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qorodkov quşarmudu
Qorodkov quşarmudu (lat. Sorbus gorodkovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Roopa quşarmudu
Roopa quşarmudu (lat. Sorbus × roopiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. Çoxillik ağac və kol bitkisidir. Yarpaqları lələkvari-bölünmüş, dərili, alt tərəfi boz-keçəlidir. Çiçəkləməsi may, iyun aylarındadır. Meyvələri uzunsov, qırmızıdır. Dəniz səviyyəsindən 1200-2500 metr hündürlüklərdə bitir. Torpağa tələbkar deyildir. Quraqlığa, istiyə davamlıdır.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Stankov quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. Torpağa az tələbkar, şaxtaya davamlıdır. Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Tamamşyan quşarmudu
Tamamşyan quşarmudu (lat. Sorbus tamamschjanae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 2–5 m-ə çatan kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari olub, 2,5–9 sm uzunluqda, 1,5–5 sm enindədir, qaidəyə yaxın hissəsi pazvari daralmışdır, uc hissəsi isə kütdür. Üst səthi tünd yaşıl, çılpaq, alt səthi isə sıx boz və ya ağımtıl keçətükcüklüdür. Kənarı kiçik dişcikli olub, kifayət qədər dərin qısa dilimlidir. Yan damarlarının sayı 7–9 cütdür. Çiçək qrupu çoxçiçəkli qalxanvaridir. Çiçək saplağı ilk vaxtlar tükcüklü olub, sonralar çılpaqlaşır.
Taxtacan quşarmudu
Taxtacan quşarmudu (lat. Sorbus takhtajanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Azərbaycan, İran, Qafqaz, Ermənistan, Ön Asiyada və Türkiyədə bitir. Bu növ Asiya quşarmudları üzrə mütəxəssis N.S.Qabrielyan tərəfindən akademik Armen Leonoviç Taxtacanın şərəfinə təsvir edilmişdir. Hündürlüyü 5-7 m-dək, alçaqboy, hamar qabıqlı, az budaqlanan ağacdır. Dişcikli, iki rəngli yarpaqları ilə gözəldir, üstü tünd yaşıl, alt tərəfi ağ tükcüklərlə sıx örtülümşdür. Çiçəkləri ağ, meyvələri narıncı və ya qırmızıdır. Yavaş böyüməsi ilə fərqlənir. May-iyunda çiçəkləyir, meyvələri avqustda yetişir. Qışa davamlıdır, meyvə verir, calaqla və s.
Yunan quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. Torpağa az tələbkar, şaxtaya davamlıdır. Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Çətirvari quşarmudu
Çətirvari quşarmudu (lat. Sorbus umbellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiya, Cənubi Avropada yayılmışdır. Hündürlüyü 5-7 m olan, yarpağı tökülən ağacdır. Çətiri enli, şaxələnmiş, sıxdır. Yarpaqları sadə, uzunluğu 3,5-6 sm, təxminən yumru və ya enli, ellipsvari, bünövrəsində pazşəkilli daralmış,üstü küttəhər-yumru, çoxsaylı, qısa, iti pərli, kənarları xırda oyuqvari-dişli, 6-9 damarcıqlı, dərilidir. Açıldıqda hər tərəfdən tükcüklü, sonra üstü tünd yaşıl, alt tərəfi tükcüklü, ağdır. Çiçəkləri xırda, ağdır, qonur, tükcüklü, diametri 12 sm-dək olan çətirvari qalxanlara yığılmışdır. Meyvələri xırda, hamartəhər-şarşəkilli, narıncı-qırmızı, gec yetişəndir. Mayda çiçəkləyir.
İkirəngli quşarmudu
İkirəngli quşarmudu (lat. Sorbus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Vətəni Çindir. Hündürlüyü 7 m-ə qədər olan yarpağı tökülən ağacdır. Düz budaqlı gövdəsi və lələkvari bölünmüş, uzunluğu 25 sm olan yarpaqları vardır. Payızda yarpaqları qırmızı rəngdə olur. Çiçəkləri və giləmeyvələri ağ, çəhrayı rənglidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir. Rütubət sevəndir. Torpağa tələbkar deyildir.
Böyük Qаfqаz quşarmudu
Quşarmuduyarpaq sorbariya
Quşarmuduyarpaq sorbariya (lat. Sorbaria sorbifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sorbariya cinsinə aid bitki növü. Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur. 3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir.

Digər lüğətlərdə