quşaparan
quşatan
OBASTAN VİKİ
Quşarmudu
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Adi quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Albov quşarmudu
Albov quşarmudu (lat. Sorbus albovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Naxçıvanda və Dağıstanda yayılmışdır. Növ ilk dəfə 1929-cu ildə Y.D.Sinzerlinq tərəfindən toplanılmış herbari nümunələrinə əsasən təyin edilmişdir. Qafqaz coğrafi areal tipinə aiddir. == Botaniki təsviri == Ağac və ya koldur. Tumurcuqları çılpaq və ya az tükcüklüdür. Yarpaqları tərsyumurtavari və ya ellipsvaridir. Qaidədən az daralmış və ya dairəvidir. Yuxarısı sivri və ya kütdür, adətən sivri ucludur, 7-10 sm uzunluqda, 4-7 sm enindədir.
Amerika quşarmudu
Amerika quşarmudu (lat. Sorbus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın şərq hissəsi, Şərqi Kanada, ABŞ-nın şimal-şərq və mərkəzi hissəsidir. Quron gölü və Yuxarı gölün şimal sahillərində Amerika quşarmudunun ən böyük nümunələri bitir. == Botaniki təsviri == Hündürlüyü 12 m çatan (40 fut) çoxillik ağacdır. Qabığı açıq boz, hamar, çıxıntılıdır. Yarpaqları mürəkkəb, qeyri-bərabər lələkvari, uzunluğu 6-dan 10 düymadək (15-25 sm), nazik, tünd yaşıl və ya qırmızı saplaqlıdır. Yarpaqcıqları 13-17 ədəd, lansetvari və ya uzun, oval, uzunluğu ikidən üç düymadək, qeyri-bərabər pazşəkilli və ya bünövrəsində yumrulanmış, kənarları dişli, ucu biz, oturaqdır. Tumurcuqdan tükcüklü çıxır, sonradan hamarlanır, yuxarısı tünd yaşıl, alt tərəfi açıqdır. Qönçələri tünd qırmızı, itidir.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Erməni quşarmudu
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. == Botaniki təsviri == Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Fyodorov quşarmudu
Fyodorov quşarmudu (lat. Sorbus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Osetiya ərazisindən toplanılan herbari nümunələrinə əsasən təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2 m olan kol və ya ağacdır. Yarpaqları 7-10 sm uzunluqda, kənarları ikiqat, bəzən də dərin dişcikli olub, tərsyumurtavari və ya ellipsvaridir. Ucu sivriləşmiş, qaidəyə doğru isə paz şəkilli daralmışdır. Yarpağın alt səthində damarlar aydın seçilir. Yarpaq saplağı qırmızı-qonur rəngdədir. Çiçəklər qalxan çiçək qrupunda toplanmışdır. Çiçək saplaqları çılpaqdır.
Hamarvari quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Krım quşarmudu
Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir. == Ekologiyası == İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Kuznetsov quşarmudu
Kuznetsov quşarmudu (lat. Sorbus kusnetzovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır. == Azərbaycanda yayılması == Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir. == Statusu == Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii). == Bitdiyi yer == Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır.
Luristan quşarmudu
Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Miqariya quşarmudu
Miqariya quşarmudu (lat. Sorbus migarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Miqariya quşarmudu 0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükcüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivari, dəyirmidir, 5-10 sm uzunluqda, 4,5-8 sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlarının arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir.
Qafqaz quşarmudu
Qafqaz quşarmudu (lat. Sorbus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur. Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir.
Qafqazmənşə quşarmudu
Böyük Qafqaz quşarmudu (lat. Sorbus caucasigena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Quba rayonu yuxarı dağ meşə qurşağında rast gəlinir. Azərbaycanın nadir bitki növlərindən biridir. VU A2c+3cd. Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Saxalın, Yaponiya, Koreyada rast gəlinir. Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qorodkov quşarmudu
Qorodkov quşarmudu (lat. Sorbus gorodkovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Roopa quşarmudu
Roopa quşarmudu (lat. Sorbus × roopiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. Çoxillik ağac və kol bitkisidir. Yarpaqları lələkvari-bölünmüş, dərili, alt tərəfi boz-keçəlidir. Çiçəkləməsi may, iyun aylarındadır. Meyvələri uzunsov, qırmızıdır. Dəniz səviyyəsindən 1200-2500 metr hündürlüklərdə bitir. Torpağa tələbkar deyildir. Quraqlığa, istiyə davamlıdır.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Stankov quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. Torpağa az tələbkar, şaxtaya davamlıdır. Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Çətirvari quşarmudu
Çətirvari quşarmudu (lat. Sorbus umbellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiya, Cənubi Avropada yayılmışdır. Hündürlüyü 5-7 m olan, yarpağı tökülən ağacdır. Çətiri enli, şaxələnmiş, sıxdır. Yarpaqları sadə, uzunluğu 3,5-6 sm, təxminən yumru və ya enli, ellipsvari, bünövrəsində pazşəkilli daralmış,üstü küttəhər-yumru, çoxsaylı, qısa, iti pərli, kənarları xırda oyuqvari-dişli, 6-9 damarcıqlı, dərilidir. Açıldıqda hər tərəfdən tükcüklü, sonra üstü tünd yaşıl, alt tərəfi tükcüklü, ağdır. Çiçəkləri xırda, ağdır, qonur, tükcüklü, diametri 12 sm-dək olan çətirvari qalxanlara yığılmışdır. Meyvələri xırda, hamartəhər-şarşəkilli, narıncı-qırmızı, gec yetişəndir. Mayda çiçəkləyir.
İsveçrə quşarmudu
İsveçrə quşarmudu (lat. Sorbus intermedia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. İsveçrə, Şərqi Danimarka, Finlandiya, Estoniya, Latviya, Polşada yayılmışdır. Hündürlüyü 10-20 m-dək, möhkəm gövdəli,diametri 60 sm-dən, 2-3 m-dək olan, boz qabıqlı ağacdır. Çətiri (kupol) minarə formalı, möhkəm, horizontal budaqlıdır. Yarpaqların uzunluğu 7-12 sm, eni 5-7 sm, yuxarısı yaşıl, alt tərəfi boz-ağ tükcüklü, kənarları xırda dişlidir. Payızda sarımtıldan boz-qonur rəngli olur. Çiçəklərin diametri 15-20 mm, 5 ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkciklidir. Meyvəsi narıncı-qırmızı, diametri 10 mm, uzunluğu 15 mm, payızın ortaları yetişir. Meşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs meşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, eləcə də meşə kənarlarında tək-tək və qrup halında təsadüf edilir.
Taxtacan quşarmudu
Taxtacan quşarmudu (lat. Sorbus takhtajanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Azərbaycan, İran, Qafqaz, Ermənistan, Ön Asiyada və Türkiyədə bitir. Bu növ Asiya quşarmudları üzrə mütəxəssis N.S.Qabrielyan tərəfindən akademik Armen Leonoviç Taxtacanın şərəfinə təsvir edilmişdir. Hündürlüyü 5-7 m-dək, alçaqboy, hamar qabıqlı, az budaqlanan ağacdır. Dişcikli, iki rəngli yarpaqları ilə gözəldir, üstü tünd yaşıl, alt tərəfi ağ tükcüklərlə sıx örtülümşdür. Çiçəkləri ağ, meyvələri narıncı və ya qırmızıdır. Yavaş böyüməsi ilə fərqlənir. May-iyunda çiçəkləyir, meyvələri avqustda yetişir. Qışa davamlıdır, meyvə verir, calaqla və s.
İkirəngli quşarmudu
İkirəngli quşarmudu (lat. Sorbus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Vətəni Çindir. Hündürlüyü 7 m-ə qədər olan yarpağı tökülən ağacdır. Düz budaqlı gövdəsi və lələkvari bölünmüş, uzunluğu 25 sm olan yarpaqları vardır. Payızda yarpaqları qırmızı rəngdə olur. Çiçəkləri və giləmeyvələri ağ, çəhrayı rənglidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir. Rütubət sevəndir. Torpağa tələbkar deyildir.
Quşarmuduyarpaq sorbariya
Quşarmuduyarpaq sorbariya (lat. Sorbaria sorbifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sorbariya cinsinə aid bitki növü. Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur. 3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir.
Böyük Qafqaz quşarmudu
Böyük Qafqaz quşarmudu (lat. Sorbus caucasigena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Quba rayonu yuxarı dağ meşə qurşağında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növlərindən biridir. VU A2c+3cd. == Bitdiyi yer == Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir.

Digər lüğətlərdə