Çətirvari quşarmudu
Çətirvari quşarmudu (lat. Sorbus umbellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Kiçik Asiya, Cənubi Avropada yayılmışdır.
Hündürlüyü 5-7 m olan, yarpağı tökülən ağacdır. Çətiri enli, şaxələnmiş, sıxdır. Yarpaqları sadə, uzunluğu 3,5-6 sm, təxminən yumru və ya enli, ellipsvari, bünövrəsində pazşəkilli daralmış,üstü küttəhər-yumru, çoxsaylı, qısa, iti pərli, kənarları xırda oyuqvari-dişli, 6-9 damarcıqlı, dərilidir. Açıldıqda hər tərəfdən tükcüklü, sonra üstü tünd yaşıl, alt tərəfi tükcüklü, ağdır. Çiçəkləri xırda, ağdır, qonur, tükcüklü, diametri 12 sm-dək olan çətirvari qalxanlara yığılmışdır. Meyvələri xırda, hamartəhər-şarşəkilli, narıncı-qırmızı, gec yetişəndir. Mayda çiçəkləyir.