qucaratlı

qucaratlı
qucarat
qucaratlılar
OBASTAN VİKİ
Qucaratlılar
Qucaratlılar - Hindistanda yaşayan hind-ari mənşəli xalq. "Qucaratlılar" termini "qucaratta", yəni "qucaratlıların torpağı" anlamındadır. Qucarat ştatının əsas əhali kütləsi olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, Daman və Diu, Madya Pradeş, Maharaştra, Racəstan, Andhra-Pradeş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır. Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət qucarlar (qucara) Pəncab, Himaçal Pradeş, Racəstan, Haryana, Cammu və Kəşmir və Şərqi Pakistan ərazisində yaşayırlar. Hind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Qucaratdeşa ərazilərində (müasir Qucarat və cənubi Racəstan) məskunlaşmışlar. Elə "qucarat" toponimi də Çalukya sülaləsinin (X əsr) dövründən məlumdur. 1406-cı ildə mərkəzi Ahmadabad olan Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin əvvəllərində güclənmişdir. Antropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi tipinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayılır.