QURŞAQTUTMA

i. id. wrestling

QURŞAQLIQ
QURŞAMAQ
OBASTAN VİKİ
Qurşaqtutma
Qurşaqtutma - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində keçirilən qurşaqyapışma yarışı keçirilir. Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adılarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış, adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar: Pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra “Cəngi" sədaları altında yarış başlanır. Pəhləvanlar beldən aşağı müxtəlif fəndlər işlədib bir-birinin qurşağından yapışır, biri digərini yıxmağa çalışır. Qalibə müxtəlif hədiyyələr verilir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb).

Digər lüğətlərdə