QURBAĞA

Su dəyirmanında üst daşı oxla birləşdirən və fırlayan dəmirə el arasında qurbağa deyirlər. Formaca qurbağaya bənzəyir. Qabaqlar dəyirmanla bağlı qur­bağa yox, tövərə (Culfada indi də işlədilir) işlədilib. Görünür, fırlanma əlamətinə görə belə adlanıb, “dəyirmi” deməkdir. Rusca “крестовина” adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QURAQSIMAQ
QURBAN
OBASTAN VİKİ
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Qurbağa balıq
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. == İnkişafı == Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. == Tarixi == Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. == Məzmun == "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. == Nəşr == Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == Aydınlanma səyahəti == Xarici keçidlər == Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
Qızıl qurbağa
Qızıl qurbağa (lat. Bufo periglenes), kiçik və parlaq sarıdırınçı rəngli, tropik meşələrdə olan və indiki vaxtda soyu tükəndiyi sanılan bir qurbağa növüdür. 1989 dan bəri dünyanın heç bir yerində görülməmiş və hesabat edilməmişdir və IUCN tərəfindən soyu tükənmiş olaraq təsnif etmişdir. Soyunun tükənməsinin qlobal istiləşmənin gətirdiyi iqlim dəyişməsinə və suda quruda yaşayanlar əhalisinin azalmasının dəlilidir.
Adi quru qurbağası
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Ağac qurbağaları
Ağacqurbağaları (lat. Hylidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi. Dünyanın hər yerində olur. Cənubi Amerikanın tropik hissəsində və Avstraliyada daha çoxdur. Əksəriyyəti ağacda yaşayır. Bədənin uz. 2,5-13,5 sm-dir, cinsi və 400-dən çox növü məlumdur. Əksəriyyəti ağacda yaşayır. Ən böyük cinsi - əsl ağac qurbağası (Nula cinsi) 350 növü əhatə edir. Ağac qurbağasına Ukraynada və Qafqazda o cümlədən Azərbaycanda təsadüf edilir.
Dırmanan qurbağalar
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. == Qurbağanın ilk növü == Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Kiçik Asiya ağac qurbağası
Kiçik Asiya ağac qurbağası (lat. Hyla savignyi) — ağac qurbağaları fəsiləsinə aid olan növ. == Xarici əlamətləri == Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir. == Yayılması == Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.
Kiçik Asiya qurbağası
Kiçik Asiya qurbağası (lat. Rana macrocnemis) — Quyruqsuzlar dəstəsinə, əsl qurbağalar fəsiləsinə daxil olan qurbağa növü. == Təsviri == Bədəninin zunluğu 9 sm təşkil edir. Rəsgi dəyişkəndir. Parlaq boz rəngin üzərində tünd nöqtələr vardır. Kiçik Asiyadan tutmuş Qafqaz ərazisinə kimi yayılmışlar. Onlar İranın şimal-qərbi və kiçik bir populyasiya isə Türkmənistanın Kopetdağ silsiləsi sistemində müşahidə edilirlər. == Yayılma bölgələri və həyat tərzi == Onlara hətta 2400 m dəniz səviyyəsindən yüksəkdə olan ərazilərdə belə rast gəlirlər. Onlar meşə, subalp və apl çəmənliklərinə yayılırlar. Subalp və alp zonasında gecə və gündüz radələrində aktiv olurlar.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Qurbağakimilər
Qurbağalar
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Qurbağalı
Qurbağalı (qaq. Kırbaalı) — Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Qurbağalıçay
Qurbağalıçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Öz başlanğıcını Şərqi Göyçə silsiləsinin şimal-qərb yamacından alan çayın mənsəbo Kiçik Alagöl göldür. Öz adını ərazisində çoxlu qurbağanın olmasından almışdır.
Qurbağayabənzər kərtənkələlər
Phrynosomatidae (lat. Phrynosomatidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qurbağayabənzərlər
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Yaşıl quru qurbağası
Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir. Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.

Digər lüğətlərdə