qurşaqlanmaq
qurşaqlaşma
OBASTAN VİKİ
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. == Haqqında == Şimal və Cənub tropikləri arasında isti işıqlanma qurşağı (və ya tropik qurşaq) yerləşir. Burada il ərzində Yer səthi çoxlu miqdarda istilik alır, iqlim çox istidir. Tropiklər və qütb dairələri arasındakı ərazilərdə Şimal və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Günəş burada zenitdə olmur. İlin dörd fəsli mülayim qurşaqlarda aydın hiss edilir. Şimaldan cənuba doğru iqlim istiləşir. İqlim isə bu qurşaqlar daxilində mülayimdir. Şimal qütb dairəsindən yuxarıda Şimal soyuq işıqlanma qurşağı, Cənub qütb dairəsindən aşağıda Cənub soyuq işıqlanma qurşağı ayrılır.
Van Allen Qurşaqları
Van Allen qurşaqları — adlanan və Yerin maqnit sahəsindən qaynaqlanan bu təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan mütəmadi olaraq yayılan bu şüalar insanlar üçün çox təhlükəlidir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı” Maqnit sahəsi həyatımız üçün çox böyük əhəmiyyətə malikdir. Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunmuş olur. Günəşdən gələn öldürücü kosmik şüalar Yer kürəsi ətrafındakı bu qoruyucu qalxandan keçə bilmir. 70 000 km uzaqlıqda maqnit halqaları çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü şüalardan qoruyur. Bu olmasaydı bəlkə də Yerdə həyat mövcud olmazdı. Göy üzündə bizim üçün yaradılmış qoruyucu qalxan var. Van Allen radiasiya qurşağı, enerjili yüklü hissəciklərin bir bölgəsi olub, bunların əksəriyyəti, planetin maqnit sahəsi tərəfindən bir planetin tutduğu və ətrafında tutulduğu günəş küləyindən qaynaqlanmaqdadır.
Yerin seysmik qurşaqları
Seysmik qurşaqlar– Tektonik zəlzələlərin müəyyən zonalar daxilində seysmik qurşaqların daxilində cəmləşməsidir. Alp-Himalay və Sakit okean ərazilərində zəlzələlər sıx cəmləşərək seysmik qurşaqlar əmələ gətirilər == Sakit okean seysmik qurşağı == Bu zonalardan ən böyüyü Sakit okean seysmik qurşağıdır. Kamçatkanın şərq sahillərindən başlayan bu zona Aleut adalarını keçməklə Alyaskaya doğru uzanır. Bu zona daxilində seysmiklik çox yüksəkdir. Kaliforniya ərazisi istisna olmaqla, onun cənub hissəsində seysmikliyin səviyyəsi nisbətən azalır. Sonra qurşaq mərkəzi Meksika, oradan isə Sakit okean sahilləri boyu cənubi Amerikaya tərəf uzanır. Digər tərəfdən bu iri seysmik qurşaq Kuril və Yapon adaları boyu keçir. Mərkəzi Yaponiyada zona iki-şərq və qərb qollarına ayrılır. Şərq qolu cənubda Marian adalarına qədər, Qərb qolu isə Filippin adalarını keçməklə cənuba doğru istiqamətlənir. Dünyada baş verən bütün zəlzələlərin 90 %-i, o cümlədən fəlakətli zəlzələlərin böyük əksəriyyəti bu zonada baş verir.
And dağlarının yüksəklik qurşaqları