Canlılarda qıcıqlanma
Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır. Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır. Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir.
Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır.
== Qıcıqlanmanın mexanizmi ==
Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir.
Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar.