qızardılmış 2021

qızardılmış
qızardılmaq
qızarıb-bozarma
OBASTAN VİKİ
Qızardılmış badımcan
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Təndirdə qızardılmış kütüm
Təndirdə qızardılmış kütüm — Azərbaycanın milli yeməyi. Azərbaycanın cənub bölgələrində daha çox bişirilir. Süfrəyə narşərab və ya limon suyu ilə verilir. Kütüm balığı – 250 q. Pomidor – 50 q. Xiyar – 50 q. Baş soğan – 30 q. Keşniş – 15 q. Narşərab – 15 q. İstiot – zövqə görə.
Qızardılmış çörək qırıntısı
Qızardılmış çörək qırıntısı, suxari, və ya çörək qırıntısı yeməklərin tərkibinə çörək qırıntıları və ya xırda hissəciklər əlavə etmək, güvəclərin üstünə qoymaq, quş ətlərinin içlərinin doldurulması, güvəclərin daha da qalınlaşdırılması, şorbalara, küftələrə və bu kimi qidalara ucuz kütlə əlavə etmək və xüsusilə qızardılmış yeməkləri xırtıldayan etmək üçün istifadə olunmaq üçün nəzərdə tutulmuş olan dilimlənmiş quru çörək hissəcikləridir.

Digər lüğətlərdə