qızılbalıqkimilər

qızılbalıqkimilər
qızılbalıqkimi
qızılbaş
OBASTAN VİKİ
Qızılbalıqkimilər
Qızılbalıqkimilər (lat. Salmoniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bu dəstə siyənəyəbənzər əcdaddan başlanğıc götürüb. Uzunluğu 2,5 sm-dən 1,5 m-ə qədərdir. Üzgəcləri tikansızdır. Pulcuqları xırda olub bədən üzərində sıx yerləşmişdir. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrin soyuq və mötədil sularında yaşayırlar.

Digər lüğətlərdə