qəpik
qəpik-quruş
OBASTAN VİKİ
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib. İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Ay və qara qəpik
Ay və quruş (Ay və qara şahı) — Somerset Moemin 1919-cu ildə yazılmış romanı. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.

Digər lüğətlərdə