Amasiya rayonu
Amasiya rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Ermənistanın Ağbaba mahalı ərazisində rayon. Rayon mərkəzi Amasiya kəndi olmuşdur.
== Tarixi ==
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər.
1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı
== Amasiya Rayon Partiya Komitəsinin birinci katibləri ==
Səfər Alməmmədov — 1924–1930
Cəfər Vəlibəyov — 1930–1936
Ələsgər Vəliyev — 1936–1938
Məsim Vəliyev — 1938–1939
Yeğişe Ağacanyan — 1939–1944
Nikol Harutunyan — 1944–1948
Muşek Hayrapetyan — 1948–1950
Marat Qukasyan — 1950–1952
Aleksan Kirakosyan — 1953–1956
Həbib Həsənov — 1956–1960
Hüseyn Məmmədov — 1960–1963
Azad Hovhannisyan — 1963
Levin Yeranosyan — 1963–1964
Harutun Hakopyan — 1964–1969
Məhərrəm Bayramov — 1969–1974
Cahangir Əliyev — 1974–1981
Zərbəli Qurbanov — 1981–1985
İldırım Bağırov — 1985–1988
Qəşəm Həsənov — 1988–1989
== Rayon XDS İcraiyyə Komitəsinin sədrləri ==
Hüseyn Salmanov — 1924–1926, İrəvan
Musa Hüseynov — 1926–1930, Balıqlı
İbrahim Qəribov — 1930–1931, Güllübulaq
Mirzə Bəşirov — 1931–1936, Zəngibasar
Rza Şeyxzadə — 1936–1939, İrəvan
Yaqub Qəribov — 1939–1948, Vedi
Əli Məmmədov — 1950–1952, Mehri
Abram Qurginyan — 1952–1961
Harutyun Hakopyan — 1961–1963
Levon Bdoyan — 1963–1965
Cahangir Əliyev — 1965–1969, Düzkənd
Murat Hakopyan — 1969–1986
Murat Harutyunyan — 1986–1989
== Əhalisi ==
=== Şəxsiyyətləri ===
Amasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır.