rastlaşmaq
rayon sədri
OBASTAN VİKİ
Babək (rayon)
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Ağdərə (rayon)
Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci il tarixində ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Barselonnet (rayon)
Barselonnet (fr. Barcelonnette) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Provans Alpları. Prefektura — Barselonet. Rayonun əhalisi 2006-cı ildə 7,968 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8 nəf. / km². Rayon ərazisi — 1028 km².
Bastiya (rayon)
Bastiya (fr. Bastia) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Korsika . Prefektura — Bastiya. Rayonun əhalisi 2006-cı ildə 105 917 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 77 nəf./ km². Rayon sahəsi — 1382 km².
Bayonna (rayon)
Bayonna (fr. Bayonne) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti —Atlantik Pireney. Prefektura — Bayonna. Rayonun əhalisi 2006-cı ildə 266.312 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəfər / km². Rayon ərazisi — 2270 km².
Bayyö (rayon)
Bayyö (fr. Bayeux) — Fransanın Normandiya regionun rayonlarindan (fr. Arrondissement) biri. Departamenti — Kalvados. Suprefektura — Bayyö. Rayonun əhalisi 2014-cü ildə 74.292 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 76 adam / km². Rayon sahəsi — 977 km².
Belfor (rayon)
Belfor (fr. Belfort) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Belfor ərazisi. Suprefektura — Belfor. Rayon əhalisi 2006-cı ildə 141201 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 232 nəf / km². Rayon ərazisi — 609 km².
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Berjerak (rayon)
Berjerak (fr. Bergerac) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Dordon. Suprefektura — Berjerak. Rayon əhalisi 2006-cı ildə 108238 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf. / km². Rayon sahəsi — 2182 km².
Betün (rayon)
Betün (fr. Béthune) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Suprefektura — Betün. Rayonun əhalisi 2014-ci ildə 286.219 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 404 nəf / km². Rayon sahəsi — 707,6 km².
Bezanson (rayon)
Bezanson (fr. Besançon) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Du. Prefektura — Bezanson. Rayon əhalisi 2006-cı ildə 259.168 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 104 nəfər / km² . Rayonun sahəsi — 2497 km².
Bezye (rayon)
Bezye (fr. Béziers) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ero. Suprefektura — Bezye. Rayonun əhalisi 2006-cı ildə 282 843 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 95 nəf. / km². Rayonun sahəsi — 2987 km².
Blay (rayon)
Blay (fr. arrondissement de Blaye, oks. arrondiment de Blaia) — Fransanın Akvitaniya reionun rayonlarından biri. Departamenti — Jironda. Suprefektura — Blay. Rayonun əhalisi 2011-ci ildə 84,652 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 108 nəf / km². Rayonun sahəsi – 782 km².
Blua (rayon)
Blua (fr. Blois) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Blua. Rayon əhalisi 2006-cı ildə 167,110 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 65 nəf / km². Rayon ərazisi — 2565 km².
Bobinyi (rayon)
Bobinyi (fr. Bobigny) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sen-Sen-Deni. Suprefektura — Bobinyi. Rayonun əhalisi 2006-cı ildə 572.550 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8,675 nəf / km². Rayon ərazisi — 66 km².
Bressüir (rayon)
Bressüir (fr. Bressuire) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Dö-Sevr. Suprefektura — Bressüir. Rayonun əhalisi 2006-cı ildə 93 538 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 58 nəf / km² . Rayon ərazisi — 1623 km².
Brest (rayon)
Brest (fr. Brest) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Finister. Suprefektura — Brest. Rayonun əhalisi 2006-cı ildə 361 877 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 257 nəf / km² . Rayon ərazisi — 1408 km².
Brianson (rayon)
Brianson (fr. Briançon) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Alplar. Suprefektura — Brianson. Rayonun əhalisi 2006-cı ildə 34 015 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 16 nəf / km² . Rayon ərazisi — 2138 km².
Brinol (rayon)
Brinol (fr. Brignoles) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Var. Suprefektura — Brinol. Rayonun əhalisi 2006-cı ildə 130 259 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 58 nəf / km² . Rayon ərazisi — 2 260 km².
Briud (rayon)
Briud (fr. Bonneville) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Luara. Suprefektura — Briud. Rayonun əhalisi 2006-cı ildə 46 149 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 1529 km².
Briye (rayon)
Briye (fr. Briey) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Mört və Mözel. Suprefektura — Briye. Rayonun əhalisi 2006-cı ildə 160 735 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 141 nəf / km² . Rayon ərazisi — 1143 km².
Daks (rayon)
Daks (fr. Dax) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 196 899 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 3194 km².
Dol (rayon)
Dol (fr. Dole) — Fransanın Franş-Konte regionun rayonlarından biri. Departamenti — Yura. Suprefektura — Dol. Rayon əhalisi 2006-cı ildə 79 734 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 68 nəf / km². Rayon ərazisi — 1180 km².
Dünkerk (rayon)
Dünkerk (fr. Dunkerque) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Dünkerk. Rayonun əhalisi 2012-cı ildə 377 314 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 235 nəf / km² . Rayon ərazisi — 1608 km².
Aza rayonu
Aza rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Aza kəndi olmuşdur. Aza rayonuna 11 kənd daxil idi. 1921-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə, Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və Dəstə kəndlərini əhatə etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir.
Aznakay rayonu
Aznakay rayonu (tatar. Aznaqay rayonı, Азнакай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. Şimaldan Muslim, şimal-qərbdən Sarmanov rayonu, qərbdən Aktnış, cənubdan respublikanın Buqulma və Yutazı rayonları ilə, şərqdən Başqırdıstanın Bakalı və Şaran rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Aznakay şəhəridir. Rayon respublikanın cənub-şərqində yerləşir. Təbii baxımdan Şərqi Zakamyenin meşə-çöl zonasına daxildir. Relyef yüksək bir düzənlikdir. Yüksək yarusluluq, quruluş və yamacların açıq asimmetriyası ilə xarakterizə olunur. Ural dağları ərəfəsində, Buqulma yaylasındakı ərazi Buqulma-Belebey dağının şimal-şərqini tutur (Çatır-Tau dağı regional əlamətlidir və onun ayrılmaz hissəsidir) və geniş İk vadisinin sol sahilini bitişik İks-Zain su hövzəsi ilə əhatə edir..
Azov rayonu
Azov rayonu — Rusiya Federasiyasında, Rostov vilayətində inzibati-ərazi vahidi. Rayon mərkəzi Azov şəhəri rayon tərkibinə daxil deyil. Azov rayonu Rostov vilayətinin cənub-qərb hissəsində, Taqanrok körfəzinin Cənub sahilində yerləşir. Don çayının deltasında yerləşən rayonun sahəsi — 2966,0 km²-dir. Rayon ərazisi fərqli landşaft formaları ilə zəngindir. Ərazidə cənubi rus çölü, sahil rayonu, don deltasının qoruq ərazisi diqqəti cəlb edir. 1884-cü ildə rayon ərazisində Aleksandrovski meşəsi salınmışdır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azov dənizi sahilləri sürrətlə məskunlaşmağa başladı. Bölgə əhalisi əsasən Ukraynadan və Rusiyanın Mərkəzi quberniyasından gələnlərin hesabına artırdı. Çöl ərazilərində qısa zamanda çoxlu kəndlər və xutorlar formalaşdı.
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
Azərbaycan iqtisadi rayonları
Azərbaycanın iqtisadi rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir.
Azərbaycan rayonlarının siyahısı
Azərbaycanın inzibati bölgüsü — Azərbaycanda 67 rayon, 11 respublika tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər rayonudur, ən kiçik rayon isə Sədərək rayonudur.
Açxoy-Martan rayonu
Açxoy-Martan rayonu (çeçen. Тӏехьа-Мартанан кӀoшт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Açxoy-Martan kəndidir. Rayon Açxoy-Martan adını Açxu çayı ilə Fortanqa (Мартанга) çayı arasındakı düzənlikdən almışdır. Açxoy-Martan rayonu ərazisində 12 yaşayış məntəqəsi var. Açxoy-Martan rayonu, Böyük Qafqaz dağ silsiləsinin ətəklərində , Çeçenistanın cənub-qərbində yerləşir. Şimalda Sunja rayonu ilə, şimal-şərqdə Qroznı rayonu ilə, şərqdə Urus-Martan ilə, cənubdan Şatoy rayonu ilə, qərbdən İnquşetiyanın Sunja rayonu ilə həmsərhəddir. Rayon ərazisi Assa, Sunja, Valerik, Fortanqa, Nitxoy, Şalaji və Açxu çayları ilə kəsişir. Bölgənin şimalında Çeçenistanın karbohidrogen xammalının paylama zonası var. Rayonda tikinti materialları yataqları (kərpic və kafel xammalı, dolomit) mövcuddur.
Ağcabədi rayonu
Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020). Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır. Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir. Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər, kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.
Ağdam rayonu
Ağdam rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdam şəhəridir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km², əhalisi 202.200 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər. Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22 fevral 1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev. Sərhəd rayonlar — Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Ağdərə.
Ağdağ (Culfa rayonu)
Ağdağ – Culfa rayonu ərazisində dağ (hünd. 1046,3 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin Pilələr qolunun şərqə ayrılan eyniadlı şaxəsində zirvə. Qaradərə çayının sağ sahilində, Dizə kəndindən 1 km şimalda Darıdağ platosunun cənub-şərq ətəyindədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, relyefdə kəskin ayrılan konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Dizə antiklinalının şimal-şərq qanadında yerləşir.
Ağdağ (Ordubad rayonu)
Ağdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3497,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan eyniadlı qolunun suayırıcısında, Nürgüt kəndindən 5,2 km şərq-cənub-şərqdə zirvə. Orta Eosen yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidayabənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarının təmas zolağını mürəkkəbləşdirən Saqqarsu dərinlik qırılmasının cənub qanadında yerləşir. Zirvədə və yamaclarında çoxsaylı diorit-porfirit daykaları açılır.
Babayurd rayonu
Babayurd rayonu — Rusiya Federasiyası Dağıstan Respubilkası yerləşir. Ərazisi 3.262 km² əhalisi isə 2012-ci il rəqəmlərinə görə 46.372 nəfərdir. Əhalisi etnik cəhətdən qumuq, avar və noqaylar dan ibarətdir.
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. 200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3500-ə yaxın eksponat toplanmışdır. Muzeydə 3780-ə yaxın eksponat qorunub saxlanaraq ekspozisiyalar, daimi və səyyar sərgilərlə nümayiş etdirilir. Onlardan 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir. Muzey binası ekspozisiya, eksponatların qorunub mühafizə edilməsi məqsədilə fond otağı, ekspozisiya–sərgi salonu və digər otaqlara ayrılmışdır. Ekspozisiyada ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyevə həsr edilmiş guşə yaradılmışdır. Guşədə müxtəlif sənədlər, fotolar, kitablar, qəzetlər, jurnal materialları nümayiş etdirilir.
Babək rayonu
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.
Babək rayonunun mineral bulaqları
Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaq var. Bunun da təqribən əllisi Babək rayonunun payına düşür. Babək rayonunda 50 mineral bulaq elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə qazılmışdır. Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir. “Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” mineral sularından üstündür. Cəhri mineral bulağı. Babək rayonu ərazisində Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya kənddə Kərbəlayi Əziz bulağı da deyirlər. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur. Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir.
Bala Buluq rayonu
Bala Buluq rayonu - Əfqanıstan İslam Respublikasının Fərah vilayətinin rayonlarından biri . Əhalisinin 95%-ini puştunlar (daha doğrusu puştunlar və birinci istifadə etdikləri dil puştunca olanlar, bura həmçinin rayonda məskunlaşmış evdə Azərbaycan türkcəsində kənarda isə puştunca və tacikcə - şərqi farsca danışan Qızılbaş Əfşarlar da daxildir !), 5%-ini isə taciklər təşkil edir. 2002-ci ilə olan məlumata əsasən rayonun əhalisi 100.429 nəfərdir . Farah Rod, Rabat, Afshar, Sartakht, Jangal Younis, Garmar, Takhsirak, Shikilah, Ranask, Todanak,Safar, Dizar, Roodidoz, Galamikh, Saji, Arif Abad, Bakhsh Abad, Zarmaardan, Dolat Abad, Saigangle,Deriab, Grani, Kal Qala, Charab, Damang Shak, Khal Goshki, Ajor, Shiwani, Kharsaki, Kholang,Alakini, Gange Abad, Aleria, and Alamch .
Balakatay rayonu
Balakatay rayonu (başq. Балаҡатай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yeni Balakatay kəndidir. Ufadan 278 km məsafədə yerləşir. Rayon Başqırdıstanın şimal-şərq hissəsində yerləşir. Qərbdən və cənub-qərbdən Başqırdıstanın Məsetle və Kıyğı rayonları ilə, şərqdə Çelyabinsk vilayətinin Nyazepetrovski və Kusinski rayonları ilə, şimaldan Sverdlovsk vilayətinin Artinski şəhər rayonu ilə həmsərhəddir. Sahəsi 3037 km²-dir. Rayonun ərazisi Ufa ilə Aya çaylarının aşağı axınları arasında, dəniz səviyyəsindən 300–400 m yüksəklikdə yerləşir. Ərazisi çay vadiləri və yarğanlarla güclü şəkildə bölünür. Şərq hissəsi Uralın qərb yamacındakı inkişaf etmiş silsilələr sisteminə malikdir.
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s.
Balaxanı-Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Baltas rayonu
Baltas rayonu (başq. Балтаc районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Starobaltas kəndidir. Rayonun ərazisi 1598 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bıstrıy Tanıp çayı axır. Ərazisində əsasən boz meşə və qara torpaqlar geniş sahə tutur. Enliyarpaqlı meşələr ərazisinin 21,6 % təşkil edir. Bölgədə neft (Şavyadinskoye, Stepanovski), gil (Baltaçevskoye, Yakşeevskoye, Seytyakovskoye) yataqları vardır. Baltas rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Baltaç rayonu
Baltaç rayonu (tatar. Baltaç rayonı, Балта́ч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Baltaç şəhəridir. Tatarıstanın Kukmara, Arça, Saba rayonları, Kirov vilayətinin Malmıj rayonu və Mari El Respublikasının Mari-Turekski rayonu ilə həmsərhəddir. Relyefi hündürlüyü 170–200 m olan yüksək bir düzənlikdir. Çay şəbəkəsi Şuşma çayı və onun qolları Arbor, Kuqubork və Kuşket ilə təmsil olunur. 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Kazan qəzası və Vyatka quberniyasının Mamadış qəzasına daxil idi. 1920-1930-cu illərdə rayon Arça və Mamadış kantonlarının, 1930-1932-ci illərdə isə Tyunterski rayonunun tərkibində idi. 2 mart 1932-ci ildə Tyunterski rayonu Baltaç adlandırıldı.
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.
Bavlı rayonu
Bavlı rayonu (tatar. Баулы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Bavlı şəhəridir. Qərbdən Buqulma rayonu, şimaldan Yutazinski rayonu ilə, şərqdən Başqırdıstan Respublikası ilə (Şaran, Tuymazı rayonları, Oktyabrski şəhər rayonu), Orenburq vilayəti (Severnı və Abdulinski rayonları) ilə həmsərhəddir. Rayonda əsasən qara və karbonatlı torpaqlar yayılmışdır. Rayonun ərazisi 1920-ci ilə qədər Samara əyalətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna daxil olur. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati bir qurumu olaraq rayon 10 avqust 1930-cu ildə qurulmuşdur. 4 yanvar 1963-cü ildə Bavlı rayonunun ərazisi Buqulma rayonuna daxil edilir. 12 yanvar 1965-ci ildə Bavlı rayonu yenidən qurulur.

Digər lüğətlərdə